Azəbaycan Prezidentinin siyasi iradəsi, xalqın birliyi və güclü iqtisadiyyat

17:40 07-10-2020 | icon 162 | Cəmiyyət
Azəbaycan Prezidentinin siyasi iradəsi, xalqın birliyi və güclü iqtisadiyyat

Rasim Əliquliyev: “Alimlərimiz informasiya müharibəsinin önündə getməli, bu mübarizəyə öz töhfələrini verməlidir”

 

Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edilməsi istiqamətində Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyalarla bağlı AMEA İnformasiya Texnologiyaları İnstitutunun onlayn toplantısı keçirilib.

 

Versus.Az xəbər verir ki, toplantıda AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinin azad edilməsi istiqamətində ordumuz tərəfindən həyata keçirilən uğurlu əməliyyatlar haqqında danışıb.

 

Azərbaycanın Prezidenti İlham Əliyevin xalqa müraciətini xatırladan alim, bu gün siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq hər kəsin vətən uğrunda birləşdiklərini və dövlət başçısının siyasətini tam şəkildə dəstəklədiklərini deyib.

 

R.Əliquliyev bildirib ki, ölkə Prezidenti öz nitqində bütün həmvətənlərimizi vahid Azərbaycan bayrağı altında birləşdirərək onların fikir və düşüncələrini ifadə etmiş, ciddi arqumentlər gətirərək xalqı qələbəyə ruhlandırıb.

 

“Bu gün cəmiyyətin bütün təbəqələri, hər bir peşə sahibi öz imkanları çərçivəsində arxa cəbhədə Qarabağ uğrunda mübarizə aparan ordumuza dəstək verməlidir” deyə, alim əlavə edib.

 

AMEA-nın vitse-prezidenti dövlət başçısının uğurlu daxili və xarici siyasətindən söz açaraq qeyd edib ki, 30 il ərzində böyük bir inkişaf yolu keçmiş Azərbaycan bu gün güclü iqtisadiyyatı ilə dünya arenasına sürətlə inteqrasiya edir. Bunun nəticəsidir ki, ordumuz düşmənə layiqli cavab verərərk ard-arda mühüm qələbələr qazanır.

 

“İllərdir ki 1 milyondan çox həmvətənimiz öz doğma yurd-yuvasından didərgin düşüb” – deyən alim nəzərə çatdırıb ki, bu gün Azərbaycanın hər bir vətəndaşı sona qədər mübarizə aparmaq, qələbə qazanmaq və ölkənin ərazi bütövlüyünü təmin etmək uğrunda səfərbər olub.

 

Alim əlavə edib ki, ordumuzun əldə etdiyi uğurların əsasında dövlət başçısının siyasi iradəsi, xalqın birliyi və güclü iqtisadiyyat faktoru dayanır. Azərbaycanın bütöv xəritəsi dünya dövlətləri, eləcə də BMT tərəfindən tanınır. Bu gün biz haqlı olaraq öz torpaqlarımızın azad edilməsi uğrunda müharibə aparırıq. 

 

Akademik Azərbaycanın silahlı qüvvələrinin uğurlar əldə etməsində yüksək texnologiyaların, müasir qurğuların və kosmik peyklərin əvəzsiz rolundan da söz açıb. Bildirib ki, ölkə rəhbərinin ordu quruculuğu sahəsində apardığı məqsədyönlü islahatların nəticəsində intellektual texnologiyalarla təchiz olunmuş müasir və qüdrətli ordu formalaşıb.

 

AMEA-nın vitse-prezidenti hazırki şəraitdə informasiya müharibəsinin düzgün qurulmasının son dərəcə vacib olduğunu deyərək, bu istiqamətdə Azərbaycan ziyalılarının xüsusi rolunu vurğulayıb. Qeyd edib ki, alimlərimiz informasiya müharibəsinin önündə getməli, kütləvi informasiya vasitələrində müntəzəm çıxışlar etməli, bu mübarizəyə öz töhfələrini verməlidir.

 

R.Əliquliyev rəhbərlik etdiyi qurumun da Azərbaycan ordusuna dəstək verməyə hazır olduğunu deyib:

 

“Silahlı Qüvvələrə Yardım Fonduna ianə etmək, ehtiyac yaranarsa, Mərkəzi Qan Bankına qan vermək və digər tədbirləri həyata keçirməklə ordumuza dəstək olmalıyıq”.

 

Alim həmçinin institutun bir neçə əməkdaşının hazırda cəbhə bölgəsində düşmənə qarşı döyüşdüyünü diqqətə çatdırıb.

 

Akademik R.Əliquliyev çıxışının sonunda bütöv və müstəqil Azərbaycan uğrunda mübarizədə xalqın haqq səsini ucaltdığına görə dövlət başçısı İlham Əliyevə ölkənin ziyalıları adından minnətdarlığını bildirib, qəhərman ordumuza yeni qələbələr arzulayıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dahi şair, mənzum dramaturgiyanın banisinin doğum günüdür

“Düşmən hücumu nəticəsində yaralanan azyaşlı həlak oldu”

Düşmən Naftalan - Tərtər rayonlarını atəşə tutur

Türkiyə Prezidenti Avropanın sonunun yaxınlaşdığını bildirdi

Ermənilərin cəhdi baş tutmadı - VİDEO

Vitse-prezidentdən işğaldan azad edilmiş ərazilərimizlə bağlı paylaşım - FOTO

Xalq artisti Qarabağ haqqında xatirələrini bölüşüb - VİDEO

Səkkiz rayonumuz Ermənistan tərəfindən atəşə tutulur

XİN-dən Ermənistanın yenidən atəşkəsi pozması ilə bağlı BƏYANAT

Növbəti səyyar sənəd qəbulunun VAXTI

38 yaşlı kişi binadan yıxıldı

Ermənilər Daşkəsəni atəşə tutdu: - VİDEO

BŞİH məktəblərdə yenidənqurmaya 7,4 milyon manat sərf edəcək

Qarabağ qazisinin köməyə ehtiyacı var - FOTO

İdmançının nəhəng ilandan qaçmasını əks etdirən GÖRÜNTÜ