"Erməni Aznif Baqdasaryana inanmıram"

10:54 08-10-2020 | icon 612 | Siyasət
"Erməni Aznif Baqdasaryana inanmıram"

Dinarə Məmmədova: "Qaçmağa imkanı olsaydı, indi Ermənistandan dünyaya bağırırdı ki, bizi torpaqlarımızdan qovdular"

 

"İgid əsgərlərimiz işğalda olan torpaqlarımızı azad etməkdə davam edirlər. Düşmən panikaya düşərək, hərbi texnikanı qoyub qaçır. Əlacsız qalan separatistlər cəbhə bölgəsindən uzaq olan Azərbaycanın bir neçə şəhərini bombalayıtlar. Paşinyan hər gün dünya liderlərinə zəng vurub xahiş edir ki, Azərbaycana təzyiq etsinlər, müharibəni dayandırsınlar. Paşinyan kompromisə getmək istəyir və yalvarır ki, Azərbaycan kompromisə razılıq versin. Görəsən hansı kompromisdən danışır?"

 

Bunu Versus.Az-a açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) sədrinin müşaviri Dinarə Məmmədova bildirib.

 

Dinarə Məmmədova qeyd edib ki, kompromis üçün vaxt keçmişdə qaldı:

 

"Keçmişdə azərbaycanlıların qayıtdığı Dağlıq Qarabağa xüsusi status verməyə hazır idik. Buna getməyən Paşinyan indi kompromisdən danışır. Artıq gecdir. Torpaqlarımız erməni terroristlərdən təmizlənməlidir. Və azərbaycanlılar doğma torpaqlarına, yurdlarına gayıtmalıdırlar. Bundan sonra ermənilər Azərbaycan vətəndaşlığı qəbul edəcəklərsə, heç bir xüsusi imtiyazlı statussuz yaşıyacaqlar".

 

Sədrin müşaviri vurğulayıb ki, indi Paşinyanın göz yaşlarına heç kim inanmır. Xanim siyasətçi hətta bu gün xilas edilərək döyüş bölgəsindən təxliyə olunmuş Ermənistan vətəndaşı Aznif Baqdasaryana da inanmadığını bildirib:

 

"Aznif Baqdasaryan deyib ki, - “Azərbaycan xalqının erməni xalqı ilə heç bir işi yoxdur, sadəcə, məqsəd işğal altındakı torpaqlarını azad etməkdir”. Nə gözəl və ilk baxışdan səmimi sözlər... Birincisi, əgər belə düşünürsənsə ki, məqsəd işğal altındakı torpaqlarımızı azad etməkdir, onda niyə bu 30 il ərzində bunu ermənilərə demirdin? Niyə sənin kimi fikirləşənləri yığıb bir aksiya keçirmirdin, səsini çıxartmırdın? İkincisi, sənin bu sözlərin səmimi deyil, çünki sən, bomba zərbəsi nəticəsində huşunu itirmişdin və ermənilər səni qoyub gaçmışdılar. Sənin də qaçmağa imkanın olsaydı, indi Ermənistanda oturub dünyaya bağırıb deyirdin ki, azərbaycanlılar bizi “doğma” torpaqlarımızdan qovublar... Aznif, Stanislavskiy demişkən – İnammıram!"

 

LƏMAN
Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın işğaldan azad edilmiş yaşayış məntəqələrinin sayı 78-ə çatıb”

Düşmən Tərtərdə pambıq emalı zavoduna raket zərbələri endirdi - FOTO/VİDEO

Xalqın günahı...

Mehriban Əliyeva paylaşım etdi

Azərbaycan adından vəsait toplayırlar - XƏBƏRDARLIQ

İşğaldan azad edilən Zəngilanda Azərbaycan bayrağı qaldırıldı - VİDEO

“Zəngilan azad edildi”

Düşmənin Qubadlı istiqamətindəki bölmələri məhv edilib - VİDEO

“İnşallah böyük qələbəmizin sevincini yaşayaq”

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqəyə qeydiyyat başa çatır

Direktor olmaq istəyən namizədlərin NƏZƏRİNƏ

"Qarabağın məşhur müəllimləri" layihəsinə başlanılır

Azərbaycan “İti qovan” istehsalına başladı - FOTO

“Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO

“Paşinyan uduzduğunu başa düşür və bilir ki, erməni xalqı onu asacaq”