Abituriyentlərin qeydiyyatı şənbə və bazar günləri də aparılacaq

21:50 21-08-2018 | icon 62 | Təhsil
Abituriyentlərin qeydiyyatı şənbə və bazar günləri də aparılacaq

Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı şənbə və bazar günləri daxil olmaqla avqustun 28-dək aparılacaq.

 

Dövlət İmtahan Mərkəzindən Versus.Az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər avqustun 28‑dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının qərarına əsasən, 22-23 avqust 2018-ci il tarixlərinin qeyri-iş günləri olduğu nəzərə alınaraq, bakalavriat səviyyəsinə qəbul olan abituriyentlərin qeydiyyatını aparan komissiyaların 25-26 avqust (şənbə və bazar günləri) tarixlərində də fəaliyyət göstərməsi təmin ediləcəkdir.

 

Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

 

YELMAR
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

“Müxalifət şou göstərisindədir hələ ki” - MÜSAHİBƏ

Yalnız möhürü və katibəsi olanlar

Partiya sədrindən nazirə açıq məktub

Professor Qara Mustafayevlə vida mərasimi keçirilib

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Hamıya silah paylanacaq"

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Bu avtobuslarda pulsuz "Wi-Fi" olacaq

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Daha güzəştlik heç nə qalmayıb"

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ