Nazirlikdən növbəti düşmən təxribatı ilə bağlı XƏBƏRDARLIQ

14:36 08-10-2020 | icon 540 | Sosial
Nazirlikdən növbəti düşmən təxribatı ilə bağlı XƏBƏRDARLIQ

Ermənistan bu dəfə “Facebook Messenger” üzərindən təxribatlarını davam etdirir.

 

Versus.Az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb.

 

Belə ki, guya türkiyəli əsgərlərin Qarabağ müharibəsində Azərbaycan tərəfində vuruşduğunu təsdiqləmək məqsədilə Azərbaycandan olan istifadəçilərə “Messenger” vasitəsilə türk dilində səs yazıları göndərilir, eləcə də, videozənglər edilir. Bu zəngləri edən şəxslər özlərini Türkiyə vətəndaşı kimi qələmə verir və qarşı tərəfdən informasiya əldə etməyə çalışırlar.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan xahiş edir ki, hazırkı dövrdə tanımadıqları şəxslərdən gələn mesaj və zənglərə cavab verməsinlər. Məlumatların düzgünlüyünü rəsmi mənbələrdən yoxlasınlar.

 

Həmçinin hər hansı kiberinsidentlə üzləşdiyinizdə və ya metodiki dəstəyə ehtiyacınız olduqda, www.cert.az saytı və ya [email protected] e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edin.

 

Xahiş edirik ki, baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini (screenshot) və digər elektron sübutları saxlayın və bizə göndərin.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycan “İti qovan” istehsalına başladı - FOTO

“Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO

“Paşinyan uduzduğunu başa düşür və bilir ki, erməni xalqı onu asacaq”

Zəngilanın bir qəsəbəsi və 13 kəndi işğaldan azad edilib

Füzuli və Cəbrayılın daha bir neçə kəndi işğaldan azad edilib

“Azərbaycan və İran dövlət sərhədi tam nəzarətə götürüldü”

Rəsmləri ilə hər kəsi valeh etdi - MÜSAHİBƏ

“Danışıqlara, sülhə məhz Paşinyan dəvət olunmalıdır” - MÜSAHİBƏ

Azərbaycan səni unutmayacaq - VİDEO

“Ordumuz öz işini qüsursuz şəkildə həyata keçirir”

“Daha 13 kənd işğaldan azad edildi”

Dahi şair, mənzum dramaturgiyanın banisinin doğum günüdür

“Düşmən hücumu nəticəsində yaralanan azyaşlı həlak oldu”

Düşmən Naftalan - Tərtər rayonlarını atəşə tutur

Türkiyə Prezidenti Avropanın sonunun yaxınlaşdığını bildirdi