“Artıq “Rusiya gəlir, Rusiya gəlir”- deyə, bizə xox gələ bilməyəcəklər” - MÜSAHİBƏ

15:27 08-10-2020 | icon 208 | Siyasət
“Artıq “Rusiya gəlir, Rusiya gəlir”- deyə, bizə xox gələ bilməyəcəklər” - MÜSAHİBƏ

Sərdar Cəlaloğlu: "Oktyabrın axırında Ərdoğanın Azərbaycana gəlib Qarabağda keçirilən paradda iştirakı gözlənilir”

 

Azərbaycana qarşı ərazi iddiaları, hərbi təxribatları, işğalçılıq siyasəti ilə saysız-hesabsız cinayətlər törədən Ermənistanın apardığı  ədalətsiz müharibə öz məntiqi məğlubiyyətini yaxınlaşdırıb.  Azərbaycan Şanlı Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə düşmənə qarşı əks həmlələrini davam edir. Dövlət başçımız belə bir gərgin ərəfədə uğurlu diplomatik gedişləri ilə dünya tətəfindən maraqla izlənir.

 

Bu günlərdə Prezident İlham Əliyevin media vasitəsi ilə Türkiyəyə verdiyi qardaşlıq mesajı və eləcə də Mövlud Çavuşoğlunun Bakı səfərində torpaqların işğaldan azad olunması ilə bağlı sərgilənən qətiyyətli mövqelərin əhəmiyyəti xüsusilə vurğulanır.

Prezidentin Türkiyə rəsmisi ilə apardığı son müzakirələr Azərbayacanın qatıldığı haqlı davasına hansı mənanı və gücü qatır?

 

Versus.Az xəbər verir ki, ADP sədri Sərdar Cəlaloğlu müsahibəsində maraqlı məqamlara toxunaraq, qələbənin çox yaxında olduğunu önə çəkib.

 

“İlham Əliyev ATƏT-in Dağlıq Qarabağda oynadığı oyunları  ifşa elədi”

 

- Sərdar müəllim, Prezidentin oktyabrın 5-də Türkiyənin məşhur kanalarından birinə verdiyi müsahibə, eləcə də xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü xüsusi vurğu ilə təhlil olunur. Bunlar Azərbaycan və Türkiyə ictimaiyyətinə, eləcə də işğalçıya, onu dəstəkləyən güclərə hansı mesajlarını vermiş oldu?

 

- İlham Əliyevin son müsahibəsində verdiyi bu bəyanat yalnız Dağlıq Qarabağla bağlı situasiya ilə əlaqədar deyil. Bu, özünü Azərbaycanın strateji siysətinin bəzi elementlərində əks elətdirdi. Məsələn, Prezidentin müsahibəsində belə bir fikir də var ki, biz Türkiyə ordusu modelində kiçik bir Azərbaycan ordusu yaradırıq. Türkiyə bizim qardaşımızdır. Biz onların, onlar da bizim maraqlarımızın yanındadır. Bu, artıq Azərbaycanın açıq şəkildə strateji müttəfiqinin Türkiyə olduğunu dünyaya bəyan etməkdir. Təbii ki, bunun əksi, Rusiya ilə əlaqələrdə müəyyən mənada uzaqlaşmanı göstərir.  İkinci bir tərəfdən İlham Əliyev olduqca qətiyyətli mövqe nümayiş etdirib ilk dəfə diplomatik dildən kənar, beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in Dağlıq Qarabağda oynadığı oyunları  ifşa elədi. Dedi ki, ATƏT 30 ildir bizi aldadır. Bu müddət ərzində erməni işğalçıları həmin ərazilərdə ciddi istehkamlar qurub, hər cəhətdən möhkəmləniblər. Bu da Azərbaycanın uduzmasına səbəb olan qüvvənin Ermənistan yox, Amerika, Rusiya, Fransa və digər beynəlxalq təşkilatların olduğunu göstərir.  Bu gün bizim xalqımıza qarşı törədilən cinayətlərə görə həm də o qüvvələr məsuliyyət daşıyır.  ATƏT-in Minsk qrupu Bişkek protokoluna uyğun olaraq işğal olunmuş ərazilərdə o istehkamların vaxtında qarşısının almamasına və nəticədə Azərbaycanda çox böyük itkilərə səbəb olduğuna görə beynəlxalq məhkəməyə verməlidir. Çox maraqlıdır ki, Prezident eləcə də beynəlxalq hüquqa açıq şəkildə bir etinasızlıq nümayiş etdirdi.

 

Beynəlxalq hüququn işğal haqqında ümumi qətnaməsi var. Mədəniyyət abidələrinin, mülki şəxslərin qorunması ilə bağlı konvensiyaları var. Amma bu konvensiyaların heç biri yerinə yetirilmir. Bu konvensiyaları yerinə yetirməyən dövləti cəzalandırmaq, beynəlxalq hüququn, BMT-nin vəzifəsidir. Amma o öz vəzifələrini  yerinə yetirmir. Ermənistan işğal etdiyi ərazilərdə abidəlırimizi, tariximizi məhv etməklə yanaşı, hələ bu gün də kənar rayonlarımızı – Mingəçeviri, Abşeronu, Naftalanı, Bərdəni, Ağcabədini, Beyləqanı və sair mülki yaşayış məntəqələrimizi raketlərlə bombalayır. Mülki insanlar, uşaqlar, qocalar vandalcasına öldürülür. Lakin görünən budur ki, həmin bu təşkilatlar susur, yaxud da cəfəng “danışıqlar” bəyanatı verir, bizi ittiham etməyə çalışırlar. Beynəlxalq hüquq işğal haqqında ümumi qətnamələrini yenə də pozmaqda davam edir. Buna görə də Azərbaycan Ermənistanı beynəlxalq məhkəməyə verməlidir. 

Eyni zamanda həmin qətnaməyə görə bütün dövlətlər işğal altında qalan dövlətə dəstək verməlidir. Və yaxud, işğala məruz qalan ölkə öz ərazilərini işğaladan öz bildiyi şəklildə  azad edə bilər. Biz indi ərazilərimizi hərbi yolla azad edirik, amma bizə deyirlər ki, azad eləmə. Eləcə də bizim yanımızda durmaq əvəzinə gedib Ermənistanın yanında dayanıblar. Məsələn Fransa deyir ki, guya Azərbaycan özü öz ərazilərini işğal edib və bununla barışmayacaq.

 

- Tariximizə nəzər salsaq, Ermənistanın Azərbaycana qarşı cinayətləri ta qədimdən başlayıb və yaxın tariximizdə azərbaycanlıları müxtəlif vaxtlarda İrəvandan deportasiya ediblər. Bizə qarşı soyqırımlar törədiblər və bu vandal siyasət bu gün də davam edir və mövqeyi dəyişməzdir. Belə bir düşmənə növbəti dəfə “danışıqlar” imkanı yaratmaqla regiona sülh gətirə bilərikmi?

 

- Bu gün Fransanın Ermənistanı dəstəkləməsinin dərin kökləri var. Birinci dünya müharibsindən sonra fransızlar erməniləri qızışdıraraq Türkiyədə dövlət yaratmağa nail olub. 1919-cu ildə Türkiyə ərazisində  daşnaqsütun erməni dövləti yaradıblar və hətta Ermənistan “Sevr” müqaviləsinə imza atıb. O vaxt Qafqazda erməni dövləti olmayıb. İkinci dünya müharibəsindən sonra Ermənistan artıq rusların əlində alətə çevrilib və ondan Türkiyəyə, Azərbaycana qarşı istifadə etməyə başlayıblar. Ermənilər türklərə ayrı-ayrı cəbhələrdə uduzmalarının acığını bizdən çıxıblar.

 

- Bizi zəif görürdülər, səbəb nə idi?

 

- Xeyir, heç kəs zəiflə mübarizə aparmaz. Ermənilərin bizə qarşı düşmənçiliklərinin bir çoxunun, o cümlədən Azərbaycanın  vaxtında işğal olunmasının, Qarabağ probleminin yaranmasının əsas səbəblərindən biri məhz müəyyən qüvvələrin Türkiyəyə qarşı  fəaliyyəti ilə bağlıdır. Min illər ərzində  türk dünyasından-  Özbəkistandan, Qırğızısatandan və sair yerlərdən gəlib Türkiyədə vuruşub, orada məskunlaşan türklər olub. Türkiyə genişlənirdi.  Bunun qarşısını almaq üçün onlar Türkiyənin qarşısında elə bir sədd çəkmək istəyirdilər ki, Türk Dünyasından qopsun. Bunun üçün də Azərbaycan da parçalanmalı, yarsında fars hökuməti, yarsında rus hökuməti yaradılmalı idi. Elə bir konflikt yaradılmalı idi ki, o konflikt zaman-zaman qızışdırılıb destabilizasiya olunsun. Ermənistan 20-ci ildə yaranıb,  amma Qarabağ problemi Türkmənçay müqaviləsindən də qabaq yaranıb. Bu münaqişənin kökləri ermənilərdən də qabaq Avropa ölkələrinin regionda öz ocaqalarını yaratmaq ideyası ilə dərinə gedir. Amma Fransız qanmır ki, Ermənistanın Qarabağa aidiyyatı yoxdur.

 

- Sərdar müəllim, aydın məsələdir ki, bunlar həqiqətləri bilmək istəməyəcəklər. Amma həqiqət budur ki, dünən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıya gəldi və Türkiyənin Azərbaycanın yanında olduğunu bir daha söyləyərək “danışıqların” mümkünsüzlüyünü bildirdi. Qeyd etdiyimiz kimi, bir gün əvvəl də Azərbaycan Prezidenti Türkiyə kanalına müsahibəsinfə Türkiyə-Azərbaycan Birliyi məsələsinə toxundu və belə bir gərgin vəziyyətdə Türkiyənin qəti addımlar atmasını istədi. Bu istiqamətdə nələri söyləmk olar?

 

- Bu, Rusiya baş nazirinin Ermənistana səfərinə diplomatik dillə verilən bir cavabdır. İkincisi də, oktyabrın axırında Ərdoğanın Azərbaycana gəlib Qarabağda keçirilən paradda iştirakı gözlənilir. Torpaqlarımızın azad olunması ilə bağlı Qarabağda parad olacaq.

 

- Sərdar müəllim, əslində bu qələbə əzmli fikriniz insana nə qədər ruh versə də, yenə də sual yaranır: görəsən həqiqətənmi biz oktyabrın axırında qələbə paradının şahidi olacağıq?

 

- Əlbəttə ki, inanın. Bu dəqiqə biz Xankəndinin sərhədində dayanmışıq, Xankəndini qoruyan bütün ordu darmadağın edilib,  ordumuz Kəlbəcərdə, Ağdərədə, Laçındadır. Siz nə danışırsız?!. Mən bunu sözlərim obrazlı, bədii alınsın deyə demirəm. Sadəcə olaraq ermənilər orda nə edib: cavanları çıxarıblar, qoca erməniləri saxlayıblar. Bu da ona görədir ki, müharibədə ölsələr aləmə car çəksinlər ki, onlara qarşı genosid olub. Hətta erməni öz qocalarını öldürüb bizim üstümüzə ata bilər. Ona görə də ordumuz dayanıb və çıxmaları üçün onlara koridor verib.

 

- Ekspertlər deyir ki, cəbhədə yavaşıma hiss olunur. Bunu müharibədə 7 rayonun alınması və ondan sonra danışıqlara gedilməklə ermənilərə müəyyən güzəştlərin, statusların verilməsi ehtimalı ilə əlaqələndirirlər.

 

- Azərbaycan ona dəyən iqtisadi, mədəni ziyanın necə ödəniləcəyini müəyyən etmək üçün danışıqlara gedə bilər. Yaxud, danışıqlar Ermənistanla sonrakı əlaqələrin necə qurulmasına həsr oluna bilər. Amma Qarabağın statusu ilə bağlı danışıqlara gedilə bilməz. Bu, beynəlxalq hüquqa ziddir. İşğal haqqında qətnamənin 5-ci maddəsinin 3-cü hissəsində açıq şəkildə yazır ki, işğalçı dövlət işğalın nəticələrindən hər hansı şəkildə bəhrələnə bilməz. Əgər Azərbaycan bu işğalçıya hər hansı güzəşt edərsə, Azərbaycanın özünü məhkəməyə verərlər.  Bu, başqa bir president yarada bilər və başqa millətlər deyə bilərlər ki, Ermənistan silah götürüb sonda muxtariyyat qazandısa, biz də edə bilərik. Yaxud, Dağlıq Qarabağ probleminə üçüncü dövlət qoşularsa, bunun bir neçə uzağa gedən nəticəsi ola bilər. Birincisi, dünya müharibəsi yaranar, ikincisi dünya nizamı dibindən pozula bilər. Bu gün Hindistan Kəşmirin müxtariyyatını ləğv elədiyi bir vaxtda biz Ermənistana muxtariyyat verməliyik? İndi “danışıqqlar” məsələsi hər dəfə deyilirsə, biz nəyə görə bunu “Dağlıq Qarabağa status verilə bilər” kimi başa düşməliyik. Əvvəla Dağlıq Qarabağın ərazisi təkcə işğal olunmuş ərazilərdə deyil. Zəngəzur da Dağlıq Qarabağ xanlığının əsas ərazilərindən biridir. Biz Qarabağ deyəndə Zəngəzuru unutmamalıyıq. Biz Qarabağı azad ediriksə, Zəngəzur da azad olunmalıdır. Zəngəzurun azad olunması ilə Azərbaycanın Naxçıvanla, Bütün Türk dünyası ilə birləşməsi baş verəcək. Ermənistandan köçürülən 250 mindən çox azərbaycanlının taleyi necə olacaq? Əhalimiz öz yerlərinə qayıdacağı təqdirdə onların təhlükəsizliyi necə təmin olunacaq? Bax, bu məsələlər müzakirə olunmalıdır. 250 min azərbaycanlı İrəvana qayıdandan sonra onlara status verilməlidir ki, özlərini qoruya bilsinlər.

 

- Siz də dediniz ki, uzun illərdir Azərbaycan işğala məruz qoyulub, hüquqları pozulub və bu propsesdə də məhz böyük güclər iştirak edib. Və bu gün də torpaqlarımızın işğaldan azad olunması ilə bağlı beynəlxalq qətnaməyə fikir verilmir. Belə olduğu halda, təbii olaraq narahatlıq yaranır ki, yenə də güclər birləşib görüşüb danışıqlar keçirirsə yenə də əleyhimizə nəsə baş verə bilər.

 

- Bizim faciəmiz odur ki, “güclər birləşəndə”, qorxub dayanırıq. “Fransa bunu dedi”, “Amerika bunu dedi”- deyib, dərhal təslimçı mövqeyə köklənirik. Mən həmişə demişəm ki, biz Qarabağı azad etmək istəyiriksə, bütün dünya qarşımızda dursa da bunu etməliyik. Bunun başqa bir alternativi yoxdur. Yoxsa, Ermənistanın silahı yerə qoyacağını gözləməklə Qarabağı azad etməyimiz mümkün olmayacaq. Bunu düşünən adam demək ki, Qarabağı azad eləmək istəmir. Biz bu problemin arxasında daha çox gücün durduğunu nəzərə alıb torpağımızı azad etməyə cəhd eləməliyik. Hətta nəzərə almalıyıq ki, bu müharibəyə Fransa da qoşula bilər, Rusiya da. Amma “birdən Rusiya qoşular”- deyib dayansaq, torpaqları azad edə bilmərik. Zatən 30 ildir Rusiyanı düşünüb dayanmışıq. İndi situasiya dəyişib, indi Türkiyə artıq bölgədə söz sahibinə çevrilib. Türkiyənin iradəsi artıq beynəlxalq hüquqda işləməyə başlayıb. Türkiyənin arxasında duran dövlətlər kifayət qədər çoxdur. Bu gün Türkiyə diqqətini Qarabağ məsələsinə cəmləyib. Türkiyə Lliviya məsələlərində deyirdi ki, bu məsələni həll edib tezliklə Qarabağla məşğul olmalıyıq. Bu gün Türkiyənin qəti mövqeyi budur ki, Ermənistanla danışıqlardan söz gedə bilməz və axırıncı erməni Azərbaycan torpaqlarından çıxana qədər mübarizə aparılmalıdır. Azərbaycan ərazisinin suverenliyi təmin olunmalıdır, ondan sonra danışıqlar aparmaq olar. Danışıqlarda müzakirə olumağa çox məsələ var. Ermənistan kapitulyasiya olunmalıdır.  Prezidentin də dediyi kimi, elan etməlidir ki, Qarabağ Ermənistan deyil. Hitler döyüşdə məğlub olandan sonra danışıqlar başladı və Almaniya üzərinə öhdəliklər götürdü. Almaniya 4 yerə parçalandı, hansısa torpaqlardan imtina elədi. Ermənistan da kaputilyasiya olunmalıdır və biz şərtlərimizi deməliyik. Zəngəzurun qaytarılması, Azərbayacana vurduğu zərərin ödənməsi, bu qədə insan ölümünə, Xocalıya görə məhkəmədə cavab verməlidir. Biz 200 illik tarixi olan bu problemi həll etmək istəyiriksə, bunu birdəfəlik etməliyik.  Burda yenə də yüngüllük edib Xankəndində, Qarabağda yaşayan ermənilərə hüquq versək, yenə də bir neçə ildən sonra yeni iddialarla ayağa qalxacaqlar.

 

- Rusiya baş nazirinin Ermənistana gedişi hansı məqsədi daşıyır?

 

- Onlar strateji müttəfiqdirlər. Ermənistan uduzur və Paşinyan gündə 10 dəfə Rusiyaya zəng edir. Çox güman ki, Paşinyanla danışıb onu müəyyən şərtlərə razılaşdırmaq istəyirlər. Çavuşoğlu Azərbaycana gəlib Türkiyənin şərtlərini çatdırdı, o da Ermənistana gedib Rusiyanın şərtlərini çatdırdı. Sonradan bu proses Rusiya ilə Türkiyə arasında aparılan danışıqlar prosesində sona çatacaq.

 

- Türkiyə-Rusiya danışıqlarında ortaya qoyulan şərtlər bizim əleyhimizə işləməz?

 

- Yox! Bir şeyi biləsiz, Dağlıq Qarabağın azad olunması Azərbaycandan çox Türkiyəyə lazımdır. Qarabağ Ermənistanın indiki ərazisi boydadır. Bu işğalla Ermənistan iki dəfə böyüyürdü. Sizcə Ermənistanın regionda bu dərəcədə böyüməsinə Türkiyə razı olar? Yox!

 

- Nəzərə alaq ki, Türkiyənin, türk dünyasının regionda inkişafına, böyüməsinə razı olmayan qüvvələr də və bu gün çox aktivdirlər.

 

- Biz artıq birləşmişik. Artıq onlar bizə müdaxilə edə bilməzlər.

 

- Bu gün Azərbaycan ordusunun hərbi gücü, irəliyə doğru hərəkəti və Azərbaycan vətəndaşlarının əhval-ruhiyyəsi hansı səviyyədədir?

 

- Bu gün Azərbaycan ordusu qalibiyyət əhval-ruhiyyəsindədir. Adamlar zorla müharibəyə getmək istəyirlər. Ermənilər arvadları səfərbər edirlər, bizdə isə cavan oğlanı aparmırlar.  Mənim oğlum 10 dəfə müraciət edib, aparmırlar. Birinci cəbhədə könüllülərimiz çoxdur, ikinci də, qabağa gedib ermənilərlə vuruşmaq istəyən çoxdur. Xocalı soyqırımının qisasını almaq istəyənlər çoxdur, vətənin qisasını, şəhidlərin qisasını almaq istəyənlər çoxdur. Bizim iş adamlarının cəbhəyə yüksək dəstəyi var. Cəbhədə yemək-içmək kifayət qədərdir. Bizim əsgərimiz yemək-içməyin bolluğunda, ermən əsgəri isə acından ölür. Əsgərlərə paltara qədər aparırlar. Yəni ordumuza çox böyük dəstak var. Orduda qeyri-adi dərəcədə ruh yüksəkliyi var. Təbii ki, belə bir ordunu heç kim məğlub edə bilməz.  Arxamızda Pakistan, Türkiyə, Əfqanısatan kimi dövlətlərin durması ordunu arxayın bir vəziyyətə gətirib çıxardıb. Hamı bilir ki, Rusiya gəlsə, bu tərəfdən Türkiyə gələcək, Pakistan gələcək. Artıq “Rusiya gəlir, Rusiya gəlir”- deyə bizə xox gələ bilməyəcəklər. Belə bir ərəfədə beynəlxalq təşkilatlara məhəl qoymaq lazım deyil. Onlar boş-boş bəyanatlar verirlər. Çünki 30 ildir bu münaqişənin həlli ilə bağlı bir iş görməyiblər. Əksinə, münaqişə bir az da dərinləşib. Ona görə də bunların nə deməyinin bizim üçün heç bir əhəmiyyəti yoxdur. Bununla yanaşı ayrı-ayrı dövlətlər - Ukrayna, Macarıstan, Litva, Pakistan, Əfqanıstan, Türkiyə Azərbaycanı açıq şəkildə dəstəkləyirlər. Artıq Almaniyadan, İngiltiərədən Azərbaycanı dəstəkləyən bəyanatlar səslənir. İrandan Qarabağın Azərbaycan torpaqları oduğunu ifadə edən fikirlər var. Könüllü dəstəklər gəlir. Ümumiyyətlə, biz bu müharibəni başlatmaqla qalib gəlmişik. /hafta.az/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Hanı bizim Rusiyadakı azərbaycanlılar, niyə səsləri çıxmır?”

Neymarbombardirlər siyahısında ikinci pilləyə yüksəldi

Ermənistan xristianların Gəncədəki məbədinə də ziyan vurub - VİDEO

İspaniya Ukraynadan əliboş dönür - VİDEO

“Daha səkkiz kənd işğaldan azad olundu”

Manyak haqqında filmin çəkildiyi ev satışa çıxarıldı - FOTO

"Paşinyan elə zənn edirdi ki, böyük dövlətlər gəlib onun yerinə vuruşacaqlar”

İlham Əliyev “France 24” televiziya kanalına müsahibə verib

Qırğızıstan müxalifəti Bişkek küçələrini tərk etmək istəmirlər

Vaqif məqbərəsi Şuşanın işğalından əvvəl və indi - FOTO

DTX-dan erməni terroru təhlükəsi barədə XƏBƏRDARLIQ

“Tezliklə Füzuli rayonu ilə bağlı yaxşı xəbərlər gələcək”

Karantin yenidən sərtləşdirildi

“Ərazilərimizin təkrar hücuma məruz qalmasına dözməyəcəyik”

Dövlət qurumlarında iş qrafiki dəyişdirildi