Millət vəkili ön cəbhə kəndlərində çalışan müəllimlərin Qurban bayramını təbrik edib

06:11 23-08-2018 | icon 185 | Qarabağ
Millət vəkili ön cəbhə kəndlərində çalışan müəllimlərin Qurban bayramını təbrik edib

Millət vəkili Qənirə Paşayeva  Qurban bayramı münasibətilə Tovuzda ön cəbhə kəndlərində müəllimlərlə görüşüb, onların bayramlarını təbrik edib.

 

Versus.Az-ın məlumatına görə, millət vəkili Qənirə Paşayeva müəllimlərlə görüş zamanı Qurban bayramının bir yardımlaşma, paylaşma bayramı olduğunu vurğulayaraq onlara Allahdan bütün dualarına çatmalarını diləyib, qayğı və problemləri ilə maraqlanıb.

 

Qurban Bayramı münasibətilə müəllimləri və bir sıra sakinləri öz hədiyyələri ilə təbrik edən millət vəkili Qənirə Paşayeva ön cəbhədə yaşayan ziyalıların, insanlarımızın fədakarlıqlarından, vətən və torpaq sevgisindən danışıb. O, müəllimlərin qayğı və problemləri ilə də maraqlanıb.

  Ön cəbhə kəndlərinin qəhrəman kəndlər olduğunu söyləyən Qənirə Paşayeva kənd sakinlərinin müharibənin ən gərgin dövründə də, bu gün də düşmənin bütün təxribatlarına baxmayaraq heç bir zaman öz evlərini tərk etməməsini, bununla da düşmənə ən layiqli cavab verməsinin hər kəs tərəfindən yüksək qiymətləndirildiyini bildirərək ön cəbhədə gənclərimizin təhsill, savadlı və eyni zamanda vətənpərvər yetişməsində fədakar müəllimlərimizin rolunu xüsusi vurğulayıb.

 

Müəllimlərlə görüşdə Qənirə Paşayeva başa çatmış dərs ilinin nəticələri, ön cəbhə kəndlərində tələbə adını qazanan gənclərin sayı, onların göstərdiyi nəticələr ilə maraqlanıb və gələn tədris ili bağlı müəllimlərin fikir və qayğılarını da dinləyib. O, tələbə adını qazanmış gəncləri də təbrik edərək ali məktəblərlə yanaşı teknikoma, peşə məktəblərinə üz tutan gənclər və onların göstəriciləri ilə də maraqlanıb.  Gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayıb. Millət vəkili gənclərin yetişməsində əməyi olan müəllimləri xüsusi təbrik edərək gələn il göstəricilərin bundan daha da yaxşı olacağına inandığını deyib.

 

Ön cəbhə məktəblərinin vəziyyəti ilə də maraqlanan millət vəkili Qənirə Paşayevaya Ağdam və Əlibəyli kəndlərində müəllimlər məktəbin əsaslı təmirə ehtiyacı olduğunu deyiblər. Bununla bağlı əvvəllər bir neçə dəfə müraciətlər etdiyini deyən millət vəkili Q.Paşayeva Ağdam və Əlibəyli  kəndinin məktəbinin doğurdan da əsaslı təmirə və yeni binaya ehtiyacı olduğunu bildirərək bununla bağlı müəllimlərin adından və onların adından millət vəkili olaraq təkrar xahişlə Təhsil nazirliyinə, yeni təhsil naziri Ceyhun Bayramova və hökumətə müraciət edəcəyini deyib. Ağdam və Əlibəyli kəndlərinin ön cəbhədə yerləşən qəhrəman kəndlərimizdən biri olduğunu vurğulayan millət vəkili bu müraciətə müsbət yanaşılacağına ümid etdiyini də vurğulayıb.  Əlibəyli kəndində də məktəbə gələn yolun təmir olunması və məktəbin üstündən keçən və məktəbə gələn elektrik naqilləri ilə bağlı problemi isə millət vəkili Q. Paşayeva rayon icra hakimiyyəti başçısı ilə müzakirə edəcəyini deyib.

Ön cəbhə kəndlərini ziyarətdən sonra millət vəkili Q.Paşayeva Əlibəylidə qaldırılan problemləri rayon icra hakimiyyətinin başçısı ilə müzkirə edib və o, qısa zamanda həmin problemlərin aradan qaldırılması üçün addımlar atılacağını bildirib.

 

Millət vəkili ön cəbhə kəndlərində eyni zamanda bir sıra gənclərlə də görüşüb, onların dərsləri, planları ilə də maraqlanıb və fikir mübadiləsi aparılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yerlə yeksan edəcəklər ki, Azərbaycana qalmasın” - MÜSAHİBƏ

AVMVİB-in təsis etdiyi xatirə medalı Şəhidin anasına təqdim edildi

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

AVMVİB və 713-cü batalyonun döyüşçüləri Qurtuluş Günündə

“Şəhid ailələrindən şəxsi mənafeyi üçün istifadə edənlər var”

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

"Vətənə oğul olanlar" - FİLM

Türkmənlərin fikir babasının qızı, milli liderin həyat yoldaşı...

Aprel şəhidinin xatirəsinə həsr olunan sənədli film - TƏQDİMAT

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu

Münasibətlərdə istismar olunmaq

AXCP-də film olayı, yoxsa xəyanət?

"Füzuli Məmmədovun təcrübəsindən Avropada da istifadə olunmalıdır"

"Mən səni qızım olasan deyə dünyaya gətirmədim"