"Hər bir ailənin üzü gülsün və qazanı qaynasın"

06:23 23-08-2018 | icon 57 | Gündəm
"Hər bir ailənin üzü gülsün və qazanı qaynasın"

AXCP sədri Razi Nurullayev Qurban Bayramı münasibətilə xalqı təbrik edib.

 

Versus.Az-ın məlumatına görə, təbrikdə deyilir:

 

Əziz həmvətənlər!

Qurban Bayramınız mübarək! Kəsdiyiniz qurbanların uca Allahın dərgahında qəbul edilməsini arzu edirəm. Bu bayram həm də hər imkanlı kəsin mərhəmət göstərmək şansıdır ki, Allahın dərgahında hesabat verə bilsinlər. Ölkəmizdə on minlərlə imkansız ailələr var ki, bəlkə də aylarla ət üzünə həsrət qalır. Elə ailələr var ki, dərman almağa imkanı yoxdur.

Bu əziz gün həm də hesabat vermək zamanıdır. Kasıblara əl tutun, onlarla paylaşın və yardımsevər olun. Bu əziz gündə hər bir ailənin üzü gülsün və qazanı qaynasın.

 

Bizim ölkəmiz varlıdır, pulludur və əslində gərək heç kasıb olmasın. Əfsuslar ki, arzu etdiyimiz ölkəni qura bilməmişik və hələ də sosial ədalət ciddi pozulur, kasıblar və varlılar arasında kəskin üçurum var, qanunsuz yollarla varlananlar var, xalqdan oğurlayanlar var.

 

Optimist olun, inanın ki, arzu etdiyimiz Azərbaycanı quracağıq, sosial dövlət yaradacaq və qanunları şah edəcəyik. Məmur, vəzifəli şəxs xalqdan oğurlayan yox, ona xidmət edən olacaq. Qanunsuz əməl sahibləri isə gec-tez ədalət məhkəməsi qarşısında hesabat verəcəklər. Verə biləcəklərmi?

Bayramınız mübarək!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Yalnız möhürü və katibəsi olanlar

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Daha güzəştlik heç nə qalmayıb"

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Bu məhkumlarla bağlı qanun dəyişir