“Ermənistan terrorçuları Şimali İraqdan Qarabağa göndərib”

14:44 09-10-2020 | icon 76 | Dünya
“Ermənistan terrorçuları Şimali İraqdan Qarabağa göndərib”

Türkiyənin Vaşinqtondakı diplomatik nümayəndəliyinin rəhbəri amerikalı mütəxəssislərə Ermənistanın Cənubi Qafqazdakı cinayətkar siyasətindən bəhs edib.

 

Ermənistan silahlı qüvvələrinin bölmələri işğal altındakı Dağlıq Qarabağdan geri çəkilmədən beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətindəki səyləri uğursuzluğa məhkumdur.

 

Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç bunu Vaşinqtonda “World Affairs Councils” tərəfindən təşkil edilən videokonfrans zamanı söyləyib.

 

“ATƏT-in Minsk qrupu tərəfindən göstərilən sülhməramlı “səylər” mövcud status-kvonu qorumaq və atəşkəsi təmin etmək istəyi ilə məhdudlaşır. Danışıqlar prosesində irəliləyiş yoxdur. Ermənistan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələb etdiyi kimi qoşunlarını Azərbaycan ərazisindən çıxarsa, döyüşlər bir gecədə bitəcək. Münaqişənin həlli istiqamətində görülən digər səylər isə uğursuzluğa məhkumdur”, - deyə Sərdar Kılıç vurğulayıb.

 

Türkiyə səfirinin sözlərinə görə, Azərbaycanın son onilliklər ərzində həyata keçirdiyi diplomatik səylər tarixi torpaqların işğaldan azad olunmasına gətirib çıxarmayıb.

 

“Cənubi Qafqazdakı son gərginliyin artması da Ermənistan silahlı qüvvələrinin təxribatlarının nəticəsidir. Erməni tərəfinin oxşar təxribatları iyulun 12-də Azərbaycanın Tovuz rayonu istiqamətində baş verib”, - deyə diplomat xatırladıb.

 

Suriyalıların Dağlıq Qarabağdakı döyüş bölgəsində olması ilə bağlı sualı cavablandıran Türkiyə səfiri qeyd edib ki, bu tip xəbərlər heç bir həqiqətə əsaslanmır, uydurmadır.

 

“Türkiyə suriyalı yaraqlıları Azərbaycana göndərməyib və onları maliyyələşdirmir. Bakının işğalçılarla mübarizə aparmaq üçün kifayət qədər hərbi qüvvəsi və silahı var. Azərbaycanın təcavüzə qarşı və işğalla mübarizə aparmaq üçün suriyalılara ehtiyacı yoxdur.

Suriya mövzusu İrəvan tərəfindən həqiqətləri təhrif etmək və ictimai rəyi cinayətlərdən, o cümlədən Azərbaycandakı dinc yaşayış məntəqələrini atəşə tutmaqdan yayındırmaq məqsədi ilə təbliğ olunur”, - deyə səfir əlavə edib.

 

Onun sözlərinə görə, Cənubi Qafqazdakı döyüş bölgəsində həqiqətən muzdlular və terrorçular var, lakin onlar Ermənistan silahlı qüvvələri tərəfində vuruşurlar. Söhbət PKK terror təşkilatından gedir.

 

Diplomat PKK terrorçularının İraqın şimalından Ermənistana göndərilməsinə dair dəqiq sübutların olduğunu qeyd edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dahi şair, mənzum dramaturgiyanın banisinin doğum günüdür

“Düşmən hücumu nəticəsində yaralanan azyaşlı həlak oldu”

Düşmən Naftalan - Tərtər rayonlarını atəşə tutur

Türkiyə Prezidenti Avropanın sonunun yaxınlaşdığını bildirdi

Ermənilərin cəhdi baş tutmadı - VİDEO

Vitse-prezidentdən işğaldan azad edilmiş ərazilərimizlə bağlı paylaşım - FOTO

Xalq artisti Qarabağ haqqında xatirələrini bölüşüb - VİDEO

XİN-dən Ermənistanın yenidən atəşkəsi pozması ilə bağlı BƏYANAT

Səkkiz rayonumuz Ermənistan tərəfindən atəşə tutulur

Növbəti səyyar sənəd qəbulunun VAXTI

38 yaşlı kişi binadan yıxıldı

Ermənilər Daşkəsəni atəşə tutdu: - VİDEO

BŞİH məktəblərdə yenidənqurmaya 7,4 milyon manat sərf edəcək

Qarabağ qazisinin köməyə ehtiyacı var - FOTO

İdmançının nəhəng ilandan qaçmasını əks etdirən GÖRÜNTÜ