“Prezidentə qardaş dediyimə görə məni yaltaq adlandıranlar, gözünüz aydın olsun”

21:26 09-10-2020 | icon 585 | Siyasət
“Prezidentə qardaş dediyimə görə məni yaltaq adlandıranlar, gözünüz aydın olsun”

Hafiz Hacıyev: “İlham Əliyevi qorumaq VƏTƏNİ, DÖVLƏTİ və XALQI qorumaqdır”

 

“Bu gün Hadrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzdək, Görəzilli kəndi, Qaracallı kəndi, Süleymanlı kəndi, Əfəndilər kəndi, Sur kəndi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən Ermənistanın işğalından azad edildi, gözləriniz aydın olsun!”

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Ordusunun daha bir qələbə sevincini “facebook” hesabında paylaşımında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev yazıb.

 

MMP sədri qeyd edib ki, uzun illərdir bir siyasətçi və partiya sədri olaraq Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyib və onun gec-tez erməni işğalında olan torpaqlarımızı geri alacağına inanıb:

 

“Ölkə prezidenti və əziz qardaşım İlham Əliyevi yaxından tanıdıgıma görə, onun cəsarətinə, iradəsinin möhkəm olmasına əmin idim. Xalqını həyatından artıq sevdiyini bildiyimə görə həyatımın 20 ilini qardaşımın yolunda apardıgım siyasi mücadilə bu gün öz müsbət nəticəsini verir”.

 

Hafiz Hacıyev bildirib ki, vaxtilə Azərbaycan televiziyalarında, internet resurslarında İlham Əliyev üçün “əziz qardaşım” ifadəsini işlədəndə, Prezidentin siyasi kursunu dəstəkləyərək fəaliyyəti yolunda mübarizə aparanda kimlərsə buna görə onu yaltaq adlandırırdılar:

 

“Məni yaltaq adlandıranlar, qınaq obyektinə çevirənlər və mənə “qardaşım demə” deyənlərə bu gün gözləriniz aydın olsun deyirəm. İndi bildinizmi ki, Hafiz Hacıyev həmişə haqqın yolunda olub. Mənim onu siyasi təlxəklərdən, hakimiyyət içindəki yırtıcılardan qorumaq üçün apardığım siyasi mücadilə bu gün öz qələbəsini çaldı. Onun da qardaşı yoxdur, mənim də. Biz iki qardaşıq. Biz Azərbaycan xalqının xoşbəxt yaşaması üçün mübarizə aparırıq”.

 

 

MMP sədri bildirib ki, Prezident İ.Əliyevin qorunub və bu günlərə gətirilməsində şəxsən özünün və sədri olduğu partiyanın böyük xidmətləri olub:

 

“Bu gün açıq şəkildə və daha ürəklə deyə bilərəm ki, mən partiya silahdaşlarımla birgə anti azərbaycan, anti İlham Əliyevçi qüvvələrə qarşı apardığımız mübarizədə doğru yolda olmuşuq və sevinirəm ki, mücadiləmiz uğurlu olub. Partiyam və mən bundan sonra da əziz qardaşımın ətrafında daha da sıx birləşəcəyik. Prezidentimizi daxili şər böhtandan qorumaqla siyasi müdafiəsini axıra qədər davam etdirəcəyik!

Biz zəfər çalacağıq!

İlham Əliyevi qorumaq Vətəni, Dövləti və Xalqı qorumaqdır!

İlham Əliyevlə irəli!

Eşq olsun Ali Baş Komandanıma!

Qarabağ Azərbaycandır”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Hanı bizim Rusiyadakı azərbaycanlılar, niyə səsləri çıxmır?”

Neymarbombardirlər siyahısında ikinci pilləyə yüksəldi

Ermənistan xristianların Gəncədəki məbədinə də ziyan vurub - VİDEO

İspaniya Ukraynadan əliboş dönür - VİDEO

“Daha səkkiz kənd işğaldan azad olundu”

Manyak haqqında filmin çəkildiyi ev satışa çıxarıldı - FOTO

"Paşinyan elə zənn edirdi ki, böyük dövlətlər gəlib onun yerinə vuruşacaqlar”

İlham Əliyev “France 24” televiziya kanalına müsahibə verib

Qırğızıstan müxalifəti Bişkek küçələrini tərk etmək istəmirlər

Vaqif məqbərəsi Şuşanın işğalından əvvəl və indi - FOTO

DTX-dan erməni terroru təhlükəsi barədə XƏBƏRDARLIQ

“Tezliklə Füzuli rayonu ilə bağlı yaxşı xəbərlər gələcək”

Karantin yenidən sərtləşdirildi

“Ərazilərimizin təkrar hücuma məruz qalmasına dözməyəcəyik”

Dövlət qurumlarında iş qrafiki dəyişdirildi