Londonda Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə dəstək aksiyası keçirilir

21:47 09-10-2020 | icon 178 | Cəmiyyət
Londonda Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə dəstək aksiyası keçirilir

Böyük Britaniyada yaşayan azərbaycanlılar Azərbaycan Ordusunun işğal olunmuş əraziləri azad etmək üçün başladığı əks-hücum əməliyyatlarına dəstək olaraq aksiya keçiriblər.

 

Bu barədə Oxu.Az-a aksiyanın təşkilatçısı, “Böyük Britaniyadakı Azərbaycanlılar” (“Азербайджанцы в UK”) “Facebook” qrupunun admini Səbinə Quliyeva məlumat verib.

 

“Ermənistanın 2020-ci il 27 sentyabrda başlayan təxribatından sonra “Facebook” qrupumuz erməni təbliğatı və saxta xəbərlərinə qarşı mübarizəyə qalxdı. Biz vəsait toplayaraq Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı faktları nümayiş etdirən elektron tablolu yük maşının Londonun mərkəzi küçələrində hərəkət etməsini təşkil etdik.

 

Londonun mərkəzində bir neçə yerdə “Qarabağ Azərbaycandır !!!” plakatları asılıb.

 

Bundan əlavə, eyni plakatlara Londonu Böyük Britaniyanın böyük şəhərləri ilə birləşdirən bir neçə avtomagistralda da görmək mümkündür”, deyə S. Quliyeva qeyd edib.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Düşmənin Qubadlı istiqamətindəki bölmələri məhv edilib - VİDEO

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqəyə qeydiyyat başa çatır

Direktor olmaq istəyən namizədlərin NƏZƏRİNƏ

"Qarabağın məşhur müəllimləri" layihəsinə başlanılır

Azərbaycan “İti qovan” istehsalına başladı - FOTO

“Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO

“Paşinyan uduzduğunu başa düşür və bilir ki, erməni xalqı onu asacaq”

Zəngilanın bir qəsəbəsi və 13 kəndi işğaldan azad edilib

Füzuli və Cəbrayılın daha bir neçə kəndi işğaldan azad edilib

“Azərbaycan və İran dövlət sərhədi tam nəzarətə götürüldü”

Rəsmləri ilə hər kəsi valeh etdi - MÜSAHİBƏ

Azərbaycan səni unutmayacaq - VİDEO

“Danışıqlara, sülhə məhz Paşinyan dəvət olunmalıdır” - MÜSAHİBƏ

“Ordumuz öz işini qüsursuz şəkildə həyata keçirir”

“Daha 13 kənd işğaldan azad edildi”