“Müharibə çox ciddi və geniş yayılmış psixoloji problemlərə gətirib çıxarır”

12:37 10-10-2020 | icon 131 | Sağlamlıq
“Müharibə çox ciddi və geniş yayılmış psixoloji problemlərə gətirib çıxarır”

Nərminə Abbasova: “Elə etməliyik ki, yetişməkdə olan gənc nəsil psixoloji travma almasın

 

Son günlər cəbhə bölgəsindən ard-arda gələn xoş, eyni zamanda dinc əhalimizin mənfur ermənilər tərəfindən raket və digər silahlardan atəşə tutulması kimi bəd xəbərlər səngimir. Təsdiq olunub ki, xəbərlərin sevindirici, yaxud üzücü olmasından asılı olmayaraq insan psixikasına müəyyən mənada təsir etmiş olur.

 

Elə Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi NƏRMİNƏ ABBASOVA ilə də bu yöndə söhbət etdik.

 

Nərminə xanım son günlər cəbhə xəttində baş verən hadisələrlə bağlı yayılan informasiyaların bəd və xoş olmasından asılı olmayaraq, həyəcanın bəzən fəsadsız ötüşmədiyini vurğulayıb. Bildirib ki, insanlar qələbə xəbəri gözləyərkən də, qələbə xəbəri ilə yanaşı şəhidlər verdiyimizi eşidəndə də hətta psixoz vəziyyətə düşə bilir:

 

“İnsan xarakterindəki bədbinlik hətta yaxşı məlumatlara da şübhə ilə yanaşmağa vadar edir. Bir çox hallarda rəsmi olaraq yayılan yaxşı xəbərlər qeyri-rəsmi olaraq yayılan pis xəbərlərdən daha gec qəbul olunur. Bədbinlik bizi qoruyan bir cəhətdir. O həddini aşdıqda insan depressiyaya düşə bilər, az olduqda isə əhli-kef olar. Bədbinliyin qədərində olması isə insanı qoruyur. Fikir verirsinizsə, cəbhə xəttindəki vəziyyət, bəzi kəndlərin azad edilməsi ilə bağlı məlumatların yayılaraq daha sonra təsdiqlənməməsi cəmiyyətə ciddi psixoloji təsir göstərmədi. Qısamüddətli, yüngül təsirdən söhbət gedə bilər”.

 

Ümumiyyətlə, müharibə insanların həyatına təsir edən, onların həyatını dəyişən dəhşətli bir bəladır. Bu bəla insanların ölməsi, yaralanması, şikəst qalması, yaxınlarını, evini itirməsi və eyni zamanda qorxu, terror, dəhşət, əzab və göz yaşı deməkdir. Bütün bu səbəblərdən dolayı müharibə çox ciddi və geniş yayılmış psixoloji problemlərə gətirib çıxarır. Bu problemlər bir çox travmalar, travmadan sonrakı stress pozuqluqları, depressiv durumlardır.

 

Nərminə xanım deyir ki, travma insanın özününkü saydığı və ya sahib olduğu hər şeyi hədəfə alan gözlənilməz, ani, şiddətli və qorxuducu təsirlərin ortaya çıxması vəziyyətidir:

 

 

“Müharibə də bu təsiri yaradan travma faktorlarından biridir. Çünki müharibə zamanı insanın sahib olduqları açıq-aşkar bir şəkildə təhdid altında qalır. Ölüm, əsarət, təcavüz, işgəncə və sair bu təhdidlərdən bəziləridir. Müharibə müddətində insanın yaşadığı qorxu, dəhşət, çarəsizlik hissləri müharibə bitdikdən sonra azalsa da, bəzən yenə davam edə bilir. Yəni travma faktoru ortadan qalxsa da, travmadan sonra yaranan ruhi pozuntular ortaya çıxa bilər. Bu pozuntular içərisində ən çox rast gəlinəni “Travmadan Sonrakı Stress Pozuqluğu” və depressiyadır”.

 

N.Abbasova qeyd edib ki, müharibə zamanı insanlara zərər verən təsirlər həmçinin yaş dönəminə və cinsə görə də dəyişir:

 

“Qadınlar cəmiyyətdə hüzursuzluq yaradan bir çox hadisələrdən kişilərə nisbətən daha çox təsirlənirlər. Çünki hadisələr zamanı yaranan emosional reaksiyanı idarə etməkdə çətinlik çəkirlər. Lakin buna baxmayaraq kişilər doğuşdan etibarən öz evlərini və ailələrini qoruyacaq dözümlülükdə olurlar. Bunun nəticəsində də öz emosional reaksiyalarını nəzarətdə saxlamağı yaxşı bacara bilirlər. Müharibədən ən çox zərər görən qruplar uşaqlardır. Müharibədən zərər görmüş uşaqlarda əsəb, kəkələmək, yuxu pozuqluğu, iştah pozuqluğu, inkişaf geriliyi, kabus görmə, günahkarlıq duyğusu, özünə qapılma, qaranlıqdan və ya xəyali varlıqlardan qorxma, səbəbsiz ağlama, ağrılar, səslərə qarşı həddindən artıq həssaslıq, məktəbə getməyi və dərs öyrənməyi rədd etmə, yoldaşları ilə əlaqələrdə pozulmalar müşahidə olunur. Yeniyetmələrdə isə antisosyal davranışlar artır və özünə güvən duyğusu azalır. Gələcəyə aid plan qura bilmirlər.

 

 

Həkim hesab edir ki, belə vəziyyətlərdə mütəxəssis dəstəyi mütləqdir. O, qeyd edib ki, müharibələr insan və cəmiyyət psixologiyasına təsir edir, narahatlığı artıraraq bir çox xəstəliklərə səbəb olur:

 

“Bu istiqamətdə döyüşlərdə iştirak edən fərdlərə, mütləq mütəxəssis nəzarəti lazımdır. Başda dövlət orqanları olmaqla hər kəsin öhdəsinə bu mövzuda böyük vəzifələr düşür. Sağlam bir nəsil yetişdirə bilmək üçün həm müharibəylə qarşılaşan fərdlərimizə, həm də bilvasitə müharibədən təsirlənən hər kəsə, nizamlı bir şəkildə, psixososial dəstəklər verilməlidir. Bizim “MayoMed”də bu yöndə də xidmətlər var”.

 

 

Müharibənin eyni zamanda insanları bir-birinə doğmalaşdıran hadisə olduğunu vurğulayan Nərminə xanımın sözlərinə görə, bu, onları genetik olaraq birlikdə müdafiə olunmaq davranışına vadar edir. Bu da cəmiyyətdə davam etməkdə olan şəxsi zəmində düşmənçiliklərin və ya çəkişmələrin aradan qalxmasına və fərdlər arasında mehribançılığın yaranmasına səbəb olur. Psixoloji zərərlərdən qorunmaq üçün unikal yollardan birinin də məhz bu cür sosiallaşmaq olduğunu deyən həkimin fikrincə, dini-ideoloji dəyərlərə bağlanmaq da cəmiyyəti bu cür hadisələrə qarşı dözümlü edir:

 

“Məsələn, faciə yaşamış insanın dini bağlılığı, həmin faciənin mənasızlığını və puç olması fikrini onun düşüncələrindən aparır. Beləcə, heyfislənmək əzabı azalan fərd, hadisəyə qarşı daha təmkinli olur. Müharibənin vətənimizdə, eləcə də dünyanın bir çox yerlərində baş verməsi əlbəttə ki, üzücü haldır. Lakin onu da unutmamalıyıq ki, bəzən döyüşsüz və əziyyətsiz də firavanlıq qazanmaq mümkün olmur. Biz millətimizə xas olan xüsusiyyətlərimizi itirməməliyik. Elə etməliyik ki, yetişməkdə olan gənc nəsil psixoloji travma almasın. Yoxsa sonradan dirçəlmək çox çətin olur. Dərdimizi elə qeyd etməliyik ki, şüurda neqativ psixoloji iz buraxılmasın. Əksinə, problemlərə söykənərək gənclərdə intiqam hissini, döyüş əzmini və qələbə əzmini artırmalıyıq”.

 

 

DİQQƏT!

 

Həkim-terapevt Nərminə Abbasova psixoloji travmalara məruz qalan, yaxud mövcud müharibə xəbərlərindən psixoloji gərginlik yaşayanları məsləhət almaları və müalicə olunmaları üçün Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqəyə qeydiyyat başa çatır

Direktor olmaq istəyən namizədlərin NƏZƏRİNƏ

"Qarabağın məşhur müəllimləri" layihəsinə başlanılır

Azərbaycan “İti qovan” istehsalına başladı - FOTO

“Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO

“Paşinyan uduzduğunu başa düşür və bilir ki, erməni xalqı onu asacaq”

Zəngilanın bir qəsəbəsi və 13 kəndi işğaldan azad edilib

Füzuli və Cəbrayılın daha bir neçə kəndi işğaldan azad edilib

“Azərbaycan və İran dövlət sərhədi tam nəzarətə götürüldü”

Rəsmləri ilə hər kəsi valeh etdi - MÜSAHİBƏ

Azərbaycan səni unutmayacaq - VİDEO

“Danışıqlara, sülhə məhz Paşinyan dəvət olunmalıdır” - MÜSAHİBƏ

“Ordumuz öz işini qüsursuz şəkildə həyata keçirir”

“Daha 13 kənd işğaldan azad edildi”

Dahi şair, mənzum dramaturgiyanın banisinin doğum günüdür