Bu şəxslərin mövsümi qripə qarşı vaksinasiya kampaniyasına başlanılacaq

13:13 10-10-2020 | icon 141 | Sağlamlıq
Bu şəxslərin mövsümi qripə qarşı vaksinasiya kampaniyasına başlanılacaq

Payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik, həmçinin infeksiya üzərində epidemioloji nəzarətin gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi zəruridir.

 

Versus.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin yaydığı məlumatda qeyd olunub. 

 

Bildirilib ki, COVID-19 pandemiyasının davam etdiyi müddətdə digər respirator xəstəliklərlə yanaşı, həm də mövsümi qripə yoluxmamaq üçün müəyyən qaydalara riayət etmək vacibdir. Diqqət yetirilməli ilk məqam immunitetin möhkəmləndirilməsinə nail olmaqdır ki, bunun üçün düzgün qidalanmaya riayət etmək lazımdır. Vitaminlərlə zəngin meyvə-tərəvəzlərin qida rasionuna daxil edilməli, qapalı məkanların tez-tez havalandırılmalı, tibbi maskalardan və dezinfeksiyaedici vasitələrdən istifadə olunmalı və fiziki məsafənin qorunmasına diqqət yetirməlidir.

 

Bununla yanaşı, qrip xəstəliyinin qarşısının alınması üsullarından biri də vaksinasiyadır. Məhz bu vaksinasiyanın ölkəmizdə də aparılması məqsədilə Səhiyyə naziri müvafiq əmr imzalayıb. Bu məqsədlə xüsusi əhali qrupları üçün ölkəyə mövsümi qrip əleyhinə vaksin artıq gətirilib. 

 

Oktyabrın 12-dən başlayaraq əhali arasından müəyyən olunmuş risk qruplarına aid şəxslərin mövsümi qripə qarşı vaksinasiya kampaniyasına start veriləcək. Bu kampaniya zamanı ilk növbədə tibb işçiləri, hamilə qadınlar və xroniki tənəffüs yolları xəstəliklərinə malik olan 6 aylıqdan yuxarı uşaqlar və böyüklər vaksinasiyaya cəlb ediləcəklər. Kampaniya çərçivəsində bu əhali qruplarından olan şəxslər yaşayış yeri üzrə əhaliyə xidmət göstərən ambulator-poliklinik müəssisələrə müraciət edərək, həkim baxışından keçib peyvənd vurdura bilərlər.

 

Kampaniya bir ay müddətində davam edəcək. Qeyd edək ki, peyvənd pulsuz olacaq. Artıq yerlərdə hazırlıq işləri tamamlanıb. Lakin bununla yanaşı digər profilaktik tədbirlərin də aparılması çox önəmlidir. Bu ilin payız-qış mövsümündə belə kompleks yanaşma ilə respirator infeksiyalarla xəstələnmə göstəricilərində epidemioloji stabilliyin əldə edilməsinə nail oluna bilər.

Xəbər lenti

Türkiyə Prezidenti Avropanın sonunun yaxınlaşdığını bildirdi

“Müsəlmanlara qarşı cəbhə açan Avropa öz sonuna doğru hazırlıq görməyə başladı”

Türkiyə-Fransa arasında diplomatik qalmaqal başlayıb

Hərbi-hava qüvvələrimiz Ermənistanın tankları, sığınacaqları və dayaq məntəqələri məhv edib

Azərbaycan snayperi 19 düşmən hərbçisini məhv etdi - VİDEO

Ordu irəliləyir, Prezident müjdələr verir, üzümüz gülür...

“Övladınızı başqasının torpağında qan tökməyə, işğal etməyə göndərməyin” - MÜSAHİBƏ

“Ermənistanı təslimçi sülhə məcbur etməliyik...”

Laçın və Qubadlı rayonları Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutulur

"Bu, cənab Prezident tərəfindən verilən açıq mesaj idi"

“Onurğa sütununun əyilməsi nəticəsində daxili orqanların fəaliyyəti də pisləşir”

Eldar Həsənovun həbs qətimkan müddəti uzadılıb

“Təmas xəttini keçmək asan deyildi, lakin biz bunu etdik”

Ermənistan ərazisindən Qubadlı rayonu atəşə tutulur

Kəlbəcər rayonunun yeraltı və yerüstü təbii sərvətləri yenidən öyrəniləcək

“Düşmən hücumu nəticəsində yaralanan azyaşlı həlak oldu”

Düşmən Naftalan - Tərtər rayonlarını atəşə tutur

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Gələn Müstəqillik Gününü zəfər alqışları ilə qeyd edəcəyik” - VİDEO

“Azərbaycanın işğaldan azad edilmiş yaşayış məntəqələrinin sayı 78-ə çatıb”

Düşmən Tərtərdə pambıq emalı zavoduna raket zərbələri endirdi - FOTO/VİDEO

Xalqın günahı...

Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı - VİDEO

Mehriban Əliyeva paylaşım etdi

Azərbaycan adından vəsait toplayırlar - XƏBƏRDARLIQ

İşğaldan azad edilən Zəngilanda Azərbaycan bayrağı qaldırıldı - VİDEO

“Zəngilan azad edildi”

Düşmənin Qubadlı istiqamətindəki bölmələri məhv edilib - VİDEO

“İnşallah böyük qələbəmizin sevincini yaşayaq”

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqəyə qeydiyyat başa çatır

Direktor olmaq istəyən namizədlərin NƏZƏRİNƏ

"Qarabağın məşhur müəllimləri" layihəsinə başlanılır

Azərbaycan “İti qovan” istehsalına başladı - FOTO