“Heç kim Azərbaycanla şərtlərlə danışa bilməz”

16:08 10-10-2020 | icon 85 | Siyasət
“Heç kim Azərbaycanla şərtlərlə danışa bilməz”

"Hərbi müstəvidə dəyişdirilmiş status-kvodan irəli gələrək, diplomatik status-kvo dəyişdirilir"

 

“Azərbaycan Respublikasının 30 ilə yaxın müddətdə işğal altında olan Cəbrayıl şəhəri və kəndləri, o cümlədən, Dağlıq Qarabağın inzibati ərazisinə daxil olan Hadrut yaşayış qəsəbəsi və ətraf kəndləri də işğaldan azad edilib”.

 

Versus.Az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində keçirilən brifinqdə bildirib.

 

Onun sözlərinə görə, bu, Ermənistan üçün böyük psixoloji zərbədir:

“Onlar bunun psixoloji zərbəsini yaşamaqdadırlar. Onlar başa düşməlidir ki, Azərbaycan işğal faktı ilə barışmayıb və heç zaman da barışmayacaq. İşğal olunan ərazilərimizi tam şəkildə işğaldan xilas etmək uğrunda mübarizəmiz davam edəcək.

Münaqişələr yalnız hərbi deyil, hərbi-siyasi yolla da davam etdirilir. Əsgərlərimizin yerlərdə qazandığı uğurları siyasi, diplomatik vasitələrlə də uğurlara çevirməliyik. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında diplomatik cəbhədə də üstünlüyümüz davam edir”.

 

H.Hacıyev qeyd edib ki, bu günə kimi münaqişənin həllində Ermənistanın Baş naziri Nikol Paşinyan yeddi şərtlə çıxış edirdi:

 

“O israr edirdi ki, danışıqların formatı dəyişdirilməli və qondarma rejim danışıqlar prosesində iştirak etməlidir. Onlar Azərbaycana işğal nəticəsində yaradılmış qondarma rejimi və nəticələrini sanki qəbul etməyə çalışırdılar.

30 ildir danışıqlar prosesində onların bu kimi fəaliyyətinə göz yumurdular. Bu gün hərbi müstəvidə dəyişdirilmiş status-kvodan irəli gələrək, diplomatik status-kvo dəyişdirilir. Azərbaycanla heç kim şərtlərlə danışa bilməz”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Düşmənin Qubadlı istiqamətindəki bölmələri məhv edilib - VİDEO

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqəyə qeydiyyat başa çatır

Direktor olmaq istəyən namizədlərin NƏZƏRİNƏ

"Qarabağın məşhur müəllimləri" layihəsinə başlanılır

Azərbaycan “İti qovan” istehsalına başladı - FOTO

“Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO

“Paşinyan uduzduğunu başa düşür və bilir ki, erməni xalqı onu asacaq”

Zəngilanın bir qəsəbəsi və 13 kəndi işğaldan azad edilib

Füzuli və Cəbrayılın daha bir neçə kəndi işğaldan azad edilib

“Azərbaycan və İran dövlət sərhədi tam nəzarətə götürüldü”

Rəsmləri ilə hər kəsi valeh etdi - MÜSAHİBƏ

Azərbaycan səni unutmayacaq - VİDEO

“Danışıqlara, sülhə məhz Paşinyan dəvət olunmalıdır” - MÜSAHİBƏ

“Ordumuz öz işini qüsursuz şəkildə həyata keçirir”

“Daha 13 kənd işğaldan azad edildi”