"İşğalçı ölkəyə tərəfimizdən sonuncu dəfə şans verildi"

17:53 10-10-2020 | icon 105 | Siyasət
"İşğalçı ölkəyə tərəfimizdən sonuncu dəfə şans verildi"

Əlisahib Hüseynov: "Ordu ilə bərabər diplomatiyamızın da mübarizəsi çox önəmlidir"

 

"Müharibə qurtarmayıb. Haqq davamız davam gedir. Müharibənin uğurla nəticələnməsində Ordu ilə bərabər diplomatiyamızın da mübarizəsi çox önəmlidir. Dünən Moskvada keçirilən görüşə də məhz siyasi-diplomatik mübarizəmizin bir hissəsi kimi baxmaq lazımdır".

 

Versus.Az xəbər verir ki, bunu xarici işlər nazirlərinin Moskva görüçü ilə bağlı açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov bildirib.

 

Son 12-13 gün - sentyabrın 27-dən başlayaraq - ərzində davam edən hərbi əməliyyatlarda Azərbaycan Ordusunun əsl qəhramanlıq nümunəsi göstərdiyini qeyd edən MHP sədri vurğuladı ki, bu müddət ərzində gedən döyüşlərdə Cəbrayıl rayonu, Hadrut qəsəbəsi, Suqovuşan və bir neçə kəndlərimizlə bərabər böyük strateji əhəmiyyətə malik olan yüksəkliklər də düşmən işğalından azad edilib:

 

"Düşmənin çoxlu sayda canlı qüvvəsi, silah və digər hərbi texnikaları, istehkam qurğuları məhv edilib, əsgər və zabitləri əsir götürülüb, xeyli hərbi texnikaları və silah-sursatları qənimət kimi ələ keçirilib. Düşmən ordusu Azərbaycan əsgərinin qabağında aciz qalaraq döyüş meydanından qaçmağa məcbur olub. Bu əks-hücum əməliyyatlarında düşmən mövqelərini darmadağın edən Azərbaycan Ordusu torpaqlarımızı bir-birinin ardınca işğaldan azad etməklə təkcə Ermənistana deyil, həmçinin bütün dünyaya öz gücünü və qüdrətini nümayiş etdirdi. Hərbi əməliyyatlarda qazanılan uğur və qələbələr, siyası və diplomatik müstəvidə də davam etdirilməkdədir".



Artıq əvəlkindən fərqli olaraq indi şərtlərin Ermənistan deyil, Azərbaycanın özü tərəfindən diqtə edildiyini bildirən Əlisahib Hüseynov dünənki görüşdə bunun bir daha sübut edildiyini vurğuladı:

 

"Okyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə iki günlük humanitar xarakter daşıyan atəşkəs elan olundu. Bu iki gün tərəflərə həlak olmuş və əsir düşmüş hərbçilərin dəyişdirilməsi imkanını verir. Bu iki gün, möhtərəm Prezidentimiz İlham Əliyevin sözü ilə desək, Ermənistana verilmiş son şansdır. Ermənistan münaqişənin beynəlxalq hüquq çərçivəsində həll olunması üçün işğal etdiyi ərazilərdən geri çəkilməlidir və çəkiləcək də. Odur ki, Moskva görüşündə əldə edilən humanitar atəşkəsə yanlış don geyindirmək, bunu bizim geri çəkilməyimiz kimi, məğlubiyyətimiz kimi dəyərləndirmək lazım deyil. Bu cür düşünənlər və bu fikirləri məqsədli şəkildə yayanlar cəmiyyətdə ruh düşkünlüyü yaratmağa çalışırlar. Ancaq buna imkan vermək olmaz. Cəmiyyətdə çaşğınlıq yratmağa heç kimin ixtiyarı yoxdur. Son günlərdə cəmiyyətdə vüsət almış
birliyimizə, milli həmrəyliyimizə, yüksək döyüş əhval-ruhiyyəmizə heç kim xələl gətirməməlidir. Əksinə, biz bundan sonra daha da bir olmalı, həmrəylik göstərməliyik. Əsas odur ki, biz bu 13 günlük döyüşlər ərzində dostumuzu da , düşmənimizi də gördük, yaxından tanıdıq. Düşmənlərimiz, bizi istəməyənlər həddindən çoxdur. Amma dostlarımız, müttəfiqlərimiz də az deyil. Odur ki, bizi ruhdan salmaq mümkün deyil. Qoy buna çalışan daxldəki və xaricdəki düçmənlərimiz də bunu bilsin. Hamı bilməlidir ki, bu razılaşma sadəcə “texniki atəşkəs” razılaşmasıdır, müvəqqəti anlaşmadır və bu razılaşma məhz Ermənistan tərəfinin israrlı yalvarışlarının nəticəsində baş tutub. Cənab Prezidentin də qeyd etdiyi kimi, indi Ermənistan baş naziri diz çöküb yalvarır. Onun bu günlərdə döymədiyi qapı, göndərmədiyi emissar qalmayıb. Bu da kimin kim olduğunu açıq-aydın göstərir".



Ə.Hüseynov MHP sədri olaraq Azərbaycan xalqına müraciətlə "bu sülh razılaşması deyildir, müharlbə də bitməyib, şanlı Ordumuz hər an tətikdədir" deyə vurğulayıb:

 

"Cənab Prezidentimiz dünən xalqa müraciətində də bir daha qətiyyətlə vurğuladı ki, “biz Qarabağı alacayıq, ya müharıbə, ya sülh yolu ilə”. Biz Prezidentimizin bu qətiyyətli və prinsipial mövqeyinə inanır və güvənirik. Bəzi dünya liderləri və Ermənistanın gizli-açıq havadarları da artıq bilməlidir ki, Ermənistan yenə də sözünü tutmayacağı və vasitəçilərin bundan sonra da ədalətli mövqe sərgiləməyəcəyi təqdirdə heç kəs hadisələrin hərbi müstəvidə inkişafının qarşısını ala bilməyəcəkdir.

Azərbaycan xalqı öz dövlətinin, öz Ordusunun yanındadır. Bizim güclü ordumuz var. Bunu bütün dünya gördü, bütün dünya şahid oldu ki, Azərbaycan Ordusu öz torpaqlarını hərbi yolla azad etmək iqtidarındadır. Sadəcə olaraq biz qan tökülməsini istəmirik. Azərbaycan xalqı sülhsevər xalqdır. Odur ki, işğalçı ölkəyə tərəfimizdən sonuncu dəfə şans verildi ki, həm döyüş meydanında yığılıb qalmış minlərlə hərbçilərinin meyitlərini götürsün, həm də işğalçılıq siyasətinə son qoymaq üçün real addımlar atsın. Əks təqdirdə Azərbaycan Ordusui Ermənistanı sülhə məcbur etməyin yolunu bilir".



LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Hanı bizim Rusiyadakı azərbaycanlılar, niyə səsləri çıxmır?”

İşğaldan azad olunan Hadrut qəsəbəsi - VİDEO

Azərin Türkiyədə terrorçu Ermənistanın Azərbaycana hücumlarından danışdı

İspaniya Ukraynadan əliboş dönür - VİDEO

Ermənistan xristianların Gəncədəki məbədinə də ziyan vurub - VİDEO

Neymarbombardirlər siyahısında ikinci pilləyə yüksəldi

“Daha səkkiz kənd işğaldan azad olundu”

Manyak haqqında filmin çəkildiyi ev satışa çıxarıldı - FOTO

"Paşinyan elə zənn edirdi ki, böyük dövlətlər gəlib onun yerinə vuruşacaqlar”

İlham Əliyev “France 24” televiziya kanalına müsahibə verib

Vaqif məqbərəsi Şuşanın işğalından əvvəl və indi - FOTO

DTX-dan erməni terroru təhlükəsi barədə XƏBƏRDARLIQ

Qırğızıstan müxalifəti Bişkek küçələrini tərk etmək istəmirlər

“Tezliklə Füzuli rayonu ilə bağlı yaxşı xəbərlər gələcək”

Karantin yenidən sərtləşdirildi