“Əks-hücumlarımız davam etməlidir”

13:54 11-10-2020 | icon 199 | Siyasət
“Əks-hücumlarımız davam etməlidir”

Sərdar Cəlaloğlu: “Xalq olaraq istənilən itkiyə hazırıq, ta ki, Qarabağ, torpaqlarımız azad olsun”

 

Moskvanın Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə əldə etdiyi “humanitar atəşkəs” razılaşması erməni işğalçılarının, qatillərinin Gəncəni raket atəşinə tutması ilə faktiki olaraq ləğv olundu. Moskva danışıqlarının ermənilərin Gəncəyə atdığı raketlə cəfəng bir bəhanə olduğu bir daha bəyan edildi. Bu gün ictimaiyyət “Gəncədə, Mingəçevirdə mülki əhaliyə atılan raket zərbələri düşmənə qarşı hər birimizin silaha sarılmasını tələb edir. Yoxsa bu torpağın çörəyi bizə haram olar. Erməni quldurları, ermənilər son adamına qədər torpaqlarımızdan qovulmalıdır! Azərbaycan Ali Baş Komandanı dediyi kimi – “erməni işğalçıları it kimi qovulmalıdır!”-şüarı ilə ayağa qalxıb.

 

Azərbaycanın dünən gecə genosidə məruz qalması son “danışıqların” hansı mahiyyətini ortaya qoydu?..

 

Versus.Az xəbər verir ki, ADP sədri Sərdar Cəlaloğlu açıqlamasında dünən gecə Gəncə şəhərinə atılan raket atəşindən sonra Moskvada aparılan danışıqları Dağlıq Qarabağın azad olunması istiqamətində ən böyük xəyanət adlandırıb.

 

Onun sözlərinə görə, Gəncəyə atılan raket bir daha göstərdi ki, düşmən məkirlidir və hansısa xartici güclərin hansısa bəhanəsi ilə atəşkəsi dayandırmaq olmaz:

 

“Mənfur ermənilər bu cinayəti yenə də Rusiyanın egidası altında törətdi. Aprel döyüşlərində də Azərbaycan kifayət qədər irəliləyəndən sonra Rusiya Ermənistanı müdafiə eləmişdi. Rusiyanın taktikası bundan ibarətdir ki, müharibə başlasın və əgər Azərbaycan məğlub olursa, davam eləsin, üstünlük təşkil edirsə, dərhal dövriyyəyə girib tərəfləri atəşkəsə məcbur eləsin. İndi də eyni vəziyyət yarandı. Azərbaycanın müharibə yolu ilə ərazilərini azad etdiyini görüb danışıqlara başladı. Amma bu danışıqların aparılmasında Rusiyanın alt siyasəti göründü və ermənilər atəşkəsi başlamadan pozdu”.

 

ADP sədri Moskva görüşündə Türkiyənin hansı səbəblə kənarda qalmasına diqqət çəkib:

 

“Türkiyə bizim strateji müttəfiqimzidir, qardaşımızdır. Belə olduğu halda “atəşkəsdə” Türkiyənin mövqeyinin nəzərə alınmaması qəbulolunmazdır. Bu atəşkəs ermənilərə daha çox əl-qol açmağa imkan verdi. Ermənistan artıq Azərbaycanın işğal olunmuş ərazilərinə daha çox qüvvələr toplamağa başlayıb.  Belə olduğu təqdirdə Azərbaycan tərəfi daha böyük itkilər verə bilər. Gəncəyə çoxmərtəbəli yaşayış evinə atılan erməni raketi nəticəsində dinc sakinlər qətlə yetirilib. Hələ də dağıntılar arasından insan cəsədləri çıxarılır. Bu hadisə ermənilərin Azərbaycana qarşı növbəti genosididir. Bu fakt bir daha göstərir ki, bizim vətən müharibəmiz son erməni Azərbaycan ərazilərindən çıxana qədər davam eləməlidir. Biz siyasi partiyalar olaraq bu müharibəni başladığına görə Ali Baş Komandana dəstək vermişik və müharibəni davam etdirməsinə də dəstək verəcəyik”.

 

S.Cəlaloğlu bildirib ki, ruslar “humanist danışıqları” ilə Azərbaycanı əla salmaqda davam edirlər:

 

“Baxın, Kareya ilə Amerika arasında müharibə olanda əsirləri 30 ildən sonra dəyişdilər, ruslar 2-ci dünya müharibəsindən sonra dağılan əraziləri alman əsirlərinə tikdirirdilər. Yəni müharibədən illər sonra əsirləri qaytardılar. İndi bu nə deməkdir, bunlar deyir ki, sən əsiri burax, mən də onu təkrar silahlandırıb üstünə göndərim. Ümumiyətlə, bizim onlarda əsirlərimiz yoxdur, onların bizdə əsirləri var. Dünyanın hansı müharibəsində müharibə gedə-gedə əsirlərin dəyişdirilməsindən söhbət gedirdi?!.

Meyitlərin götürülməsinə gəlincə, kim hansı ərazidə döyüşürsə, o ərazidə də meyitləri götürüb torpağa basdırmalıdır. Bu meyit götürmək, təbii ki, bu bir bəhanədir. Görürlər ki, Azərbaycan irəliləyir, Azərbaycan qələbə əzmindədir, ona görə də dünya gücləri, başda Rusiya olmaqla bizə qarşı təsir etməyə çalışırlar. Bunu bizim əzmimizi sındırmaq üçün edirlər. Mənə yüzlərlə zəng gəlir, ağlayanlar var, insanlar çox narahat və qəzəblidir. Belə halın davam etməsi axırda Azərbaycanın özündə bir destablizasiyaya gətirib çıxara bilər. Biz rusun oyunlarına getməməliyik. Cəbhədə minlərlə şəhid vermişik, minlərlə itkimiz var, evləri dağılanlar var. Görün nə deyir insanalarımız “evimiz dağılıb, orduya qurban olsun, canım qurban olsun, təki düşmən məhv edilsin, torpaqlarımız yağı düşməndən azad olunsun”. İndi də bu atəşkəsin nə demək olduğunu dünən axşam saat 2-də Gəncəyə atılan erməni raketi bizə göstərdi. Zatən dünya işğalçının, müharibənin kimin başladığını yaxşı bilir. Lakin bütünlükdə bu atəşkəs, aparılan mənasız danışıqlar Azərbaycanın gələcəyinin qaralmasına yönəlib”.

 

S.Cəlaloğlu bildirib ki, rusların Dağıstanda müəyyən təxribatçı qurupları yığaraq Azərbaycanda çevrliş etmək istəyində olması ilə bağlı məlumatlar var idi. Rusiya Azərbaycana qarşı niyyətini yerinə yetirə bilmədi. Çünki Azərbaycan xalqı Ali Baş Komandanın yanındadır və daha da sıx birləşəcək:

 

“Bir dənə də olsun müxalifət partiyası yoxdur ki, hökumətin Qarabağı azad etmək məqsədinin qarşısına çıxsın. Biz bu gün heç bir uğursuzluğa görə hökuməti ittiham eləmirik. Çünki Ordumuz irəli gedir və hər şey Qarabağ naminədir. Belə bir vəziyyətdə niyə “atəşkəsə” getməliydik. Rus kimdir ki, biz onun diqtəsi ilə gedək. Aprel döyüşlərində Putin şəxsən özü zəng edib döyüşləri dayandırmağı istəmişdi. Amma hətta razılıq əldə olunandan sonra da döyüş davam etdi”.

 

Partiya sədri bildirdi ki, danışıqlar gedə-gedə Paşinyanın müsahibə verərək, “Qarabağ probleminin yeganə bir həlli var, o da bütün dünya dövlətlərinin Qarabağı tanımasından keçir” deməsinin işğaldan əl çəkmədiyinin göstəricisidir:

 

“Prezident İlham Əliyev də deyirdi ki, əgər onlar yenə də təxribat eləsələr, atəşkəsə əməl eləməyəcəyik. Biz niyə atəşkəsə əməl eləməliyik. Erməni danışıqlar gedə-gedə deyir ki, Qarabağı işğaldan azad etməyəcək. Kimə lazımdır bu hoqqabazlıq. Prezidentin köməkçisi Hikmət Hacıyev deyirdi ki, bundan sonra Türkiyə ilə Rusiya bu məsələdə vasitəçi olacaq, bəs, niyə o danışıqlarda Türkiyə yox idi? Ermənistanın strateji müttəfiqi Rusiya, bizim də mütəfiqimiz Türkiyədir. Rusiya ilə Ermənistan Azərbaycanı təkliyib. Rusiya Azərbaycana xəyanətini göstərib, bu gün də o öz xəyanətini edir. Dünənə qədər Putin deyirdi ki, bu Azərbaycanın daxili işidir. Əgər daxili işimizdirsə, sənə nə var mən meyidimi götürmürəm. Bu nə deməkdir, dünyanın hansı ölkəsində müharibə gedə-gedə onu dayandırıb meyit götürüblər?! Yaxşı, 2-ci dünya müharibəsində neçə dəfə atəşkəs elan olundu ki, meyitlər götürülsün. Belə şey yoxdur axı, tutduğun ərazilərdə meyidin varsa onu şərəflə dəfn edirsən, düşmənin meyiti varsa traktorla qazıb basdırırsan, vəssəlam.

 

Düşünürəm ki, ölkə başçısı yenə də ermənilərin danışıqları bəhanə edərək Azərbaycanı raket atəşinə tutmnasını, günahsız uşaqların, qadınların, qocaların öldürülməsini nə Ermənistana, nə də Rusiyaya bağışlamayacaq. Bəyanat verəcək ki, Ermənistan danışıqlardan siyasi məqsədlər üçün istifadə edir, Azərbaycan ərazilərini raket atəşinə tutmaqla danışıqlara əməl edilmir və əks hücum davam etməlidir! Xalq olaraq biz istənilən itkiyə hazırıq, təki Qarabağ, torpaqlarımız azad olsun. Dövlətimiz əmin olmalıdır ki, xalq, siyasi partiyalar onun yanındadır və onu dəstəkləyir, nüfuzlu ölkələr Azərbaycanın tərəfindədir. Torpaqların azad olunması üçün bizə nə lazımdır? Biz Rusiyanın xəyanəıtinə cavabını verməliyik!” /hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqəyə qeydiyyat başa çatır

Direktor olmaq istəyən namizədlərin NƏZƏRİNƏ

"Qarabağın məşhur müəllimləri" layihəsinə başlanılır

Azərbaycan “İti qovan” istehsalına başladı - FOTO

“Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO

“Paşinyan uduzduğunu başa düşür və bilir ki, erməni xalqı onu asacaq”

Zəngilanın bir qəsəbəsi və 13 kəndi işğaldan azad edilib

Füzuli və Cəbrayılın daha bir neçə kəndi işğaldan azad edilib

“Azərbaycan və İran dövlət sərhədi tam nəzarətə götürüldü”

Rəsmləri ilə hər kəsi valeh etdi - MÜSAHİBƏ

Azərbaycan səni unutmayacaq - VİDEO

“Danışıqlara, sülhə məhz Paşinyan dəvət olunmalıdır” - MÜSAHİBƏ

“Ordumuz öz işini qüsursuz şəkildə həyata keçirir”

“Daha 13 kənd işğaldan azad edildi”

Dahi şair, mənzum dramaturgiyanın banisinin doğum günüdür