“Artıq heç bir dövlətin nazıyla oynamaq lazım deyil”

15:42 11-10-2020 | icon 711 | Siyasət
“Artıq heç bir dövlətin nazıyla oynamaq lazım deyil”

Hafiz Hacıyev: “Yenə bizi atəşə tuturlarsa, Dağlıq Qarabağdakı bütün yüksəklikləri dağıdıb onların başına tökməliyik”

 

“Təəssüf hissi keçirirəm ki, ordumuzun, xalqımızın belə bir ruh yüksəkliyi olduğu bir vaxtda Rusiyanın bu avantürasına getdik. Erməni isə yenə öz mənfur xislətini ortaya qoydu. Ermənistanın Gəncədə törətdikləri genosiddir və cavabı verilməlidir”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

 

Partiya sədri vurğulayıb ki, “humanitar atəşkəs” adı altında başladılan bu proses yenə də Ermənistanın və onun havadarlarının marqları çərçivəsində ortaya atıldı:

 

“Bu “atəşkəs” oyunundan sonra nələr baş verəcəyini çox yaxşı anlayırdıq və elə nəticənin də bu cür olacağını gözləyirdik. Çünki erməninin adı üstündədir, bütün dünya dövlətləri bilir ki, erməni hər zaman güdükdədir və fürsət düşən kimi soyqırımlara can atır. Gəncəni və Mingəçeviri raket atəşinə tutması da bunun bariz nümunəsidir”.

 

MMP sədri qeyd edib ki, Moskva görüşü insanlarımızda böyük xəyal qırıqlığı yaratmışdı. İctimaiyyət də belə bir danışığa getdiyimiz üçün təəssüf içində idi:

 

“Mən bilirdim ki, heç o dedikləri humanitar atəşkəsə başlamadan danışıqlara qarşı çıxacaqlar bu erməni dığaları. Əgər ermənilər atəşkəsə razıydılarsa, niyə dünən razılaşdırılmış saatdan yarım saat keçməmiş Ağdamı, Füzulini, Tərtəri və digər yaşayış yerlərimizi atəşə tutdular? Ardınca isə 10-dan 11-nə keçən gecə din sakinlərə qarşı sözün əsl mənasında soyqırıma cəhd etdilər. Gəncə camaatı dözümlük göstərir, yetər ki, torpaqlarımız işğaldan azad edilsin. Eyni zamanda, düşmənin Mingəçevirə atdığı raketlər vaxtında tərəfimizdən zərərsizləşdirilməsəydi təsəvvür edirsiz də nələr baş verərdi”.

 

H.Hacıyevin sözlərinə görə, danışıqlarmasasından qalxar qalxmaz Gəncəni, Mingəçüviri atəşə tutması həm də onu göstərir ki, Ermənistanda çoxhakimiyyətlilik höküm sürür:

 

“Koçaryanın gəlib Qarabağda oturması ondan xəbər verir ki, onlar çalışacaqlar ki, Paşinyanı hakimiyyətdən uzaqlaşdırsınlar. Çünki Paşinyanın ölkə daxilində artıq elə bir nüfuzu qalmayıb. Mən inanmıram ki, ermənilər bundan sonra da təxribatlardan əl çəksinlər. Onlar yenə bizi atəşə tuturlarsa, onda bizim qeyrətimiz, namusumuz olmalıdır ki, Dağlıq Qarabağ deyilən ərazidə bütün yüksəklikləri dağıdıb onların başına tökək. Biz torpaqlarımızı işğaldan azad etməliyik. Kifayətdir, yetər Rusiya bizim başımıza oyun açdı. Rus torpağı alıb verib erməniyə. Lavrovun da anası ermənidir, hər dəfə atəşkəs elan olunmasına çalışır və bu da bizim başımızın altına yastıq qoymaq deməkdir”.

 

H.Hacıyev bildirib ki, Azərbaycanın arxasında Pakistan, Türkiyə kimi qardaş ölkəmiz dayanıb, xalqımız bir yumruq kimi birləşib və bu gün kimdənsə torpaq istəmirik, öz torpaqlarımızı işğaldan azad edirik:

 

“Artıq heç bir dövlətin nazıyla oynamaq lazım deyil. Biz Xankəndini, Şuşanı, Laçını, Qubadlını, Zəngilanı, Kəlbcəri ermənilərdən boşaldıb əhalimizin ora köçürülməsiylə məşğul olmalıyıq”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın işğaldan azad edilmiş yaşayış məntəqələrinin sayı 78-ə çatıb”

Düşmən Tərtərdə pambıq emalı zavoduna raket zərbələri endirdi - FOTO/VİDEO

Xalqın günahı...

Mehriban Əliyeva paylaşım etdi

Azərbaycan adından vəsait toplayırlar - XƏBƏRDARLIQ

İşğaldan azad edilən Zəngilanda Azərbaycan bayrağı qaldırıldı - VİDEO

“Zəngilan azad edildi”

Düşmənin Qubadlı istiqamətindəki bölmələri məhv edilib - VİDEO

“İnşallah böyük qələbəmizin sevincini yaşayaq”

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqəyə qeydiyyat başa çatır

Direktor olmaq istəyən namizədlərin NƏZƏRİNƏ

"Qarabağın məşhur müəllimləri" layihəsinə başlanılır

Azərbaycan “İti qovan” istehsalına başladı - FOTO

“Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO

“Paşinyan uduzduğunu başa düşür və bilir ki, erməni xalqı onu asacaq”