MHP-dən əks-hücum əməliyyatlarının davam etdirilməsi ilə bağlı PREZİDENTƏ MÜRACİƏT

17:21 11-10-2020 | icon 164 | Siyasət
MHP-dən əks-hücum əməliyyatlarının davam etdirilməsi ilə bağlı PREZİDENTƏ MÜRACİƏT

Əlisahib Hüseynov: “Ərazilərimiz işğaldan tam azad olunana kimi sülh danışıqları aparılmasın”

 

“Son hadisə həqiqətən də dəhşətlidir. Biz növbəti dəfə erməni vəhşiliyi ilə üz-üzə qaldıq. Ermənistan hakimiyyəti bir daha sübut etdi ki, onlar heç bir beynəlxalq hüquq normalarına, beynəlxalq razılaşmalara əhəmiyyət vermirlər”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov bildirib.

 

Partiya sədri vurğulayıb ki, ötən gecə Ermənistan tərəfi Rusiyanın vasitəçiliyi ilə imzaladığı atəşkəsin prinsiplərinə məhəl qoymayaraq, bütün cəbhə boyu ərazilərimizə qarşı hücuma keçib, eləcə də Gəncə və Mingəçevir şəhərlərini artilleriya və raket atəşinə tutub:

 

“Nəticədə böyük dağıntılar baş verib. Yenə də mülki vətəndaşlarımız həlak olub, bir çox insanlarımız yaralanıb. Bu bir daha onu göstərir ki, Ermənistan hərbi-siyasi rəhbərliyi öz yırtıcı və vandal xislətindən əl çəkməyib və bundan sonra da əl çəkmək fikri yoxdur. Bu təkcə biz azərbaycanlılara qarşı deyil, bütün insanlığa qarşı vəhşilikdir, bəşəriyyətə qarşı cinayətdir. Odur ki, dünya bu vəhşiliyə qarşı səssiz qalmamalıdır!”



Əlisahib Hüseynov qeyd edib ki, bu terror aktı, bu militarist davranış həm də Rusiyaya, onun rəhbərliyinə qarşı edilmiş böyük hörmətsizlik, saymamazlıq və təhqirdir. Partiya sədrinin sözlərinə görə, Rusiya rəhbərliyi də artıq dərk etməlidir ki, onların vasitəçiliyini və atəşkəs prinsiplərini Ermənistan rəhbərliyi nümayişkaranə şəkildə pozaraq ayaqlar altına atıb:

 

“Azərbaycan tərəfi isə tam əksinə, qəbul olunmuş humanitar atəşkəsin bütün prinsiplərinə tam əməl etməyə çalışır. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək, bu, Ermənistana verilən son şans idi. Lakin Ermənistan tərəfi bu son şansından da düzgün şəkildə etməyi bacarmadı, bu şansı dəyərləndirmədi.
Əslində Ermənistan heç bir zaman öz sözünü tutmayıb, həmişə öz imzasının altından qaçıb. İlham Əliyev “bizim sözümüz imzamız qədər keçərlidir, etibarlıdır” deyərək, hər zaman öz sözünün arxasında durur, Ermənistan rəhbərliyindən isə heç vaxt belə bir sivil davranış, ciddi siyasətçi əxlaqını görməmişik. Son 30
ilin hərbi-siyasi tarixi bu cür əyani nümunələrlə, faktlarla doludur. Ermənistan rəhbərləri həmişə öz imzalarının arxasından qaçıblar, yalana və hiyləyə əl atıblar. Təəssüflər olsun ki, bu gün də eyni mənzərəni müşahidə edirik. Paşinyan-Mnasakanyan cütlüyü atəşkəs razılaşmasına sadiqlik göstərə bilmədilər”.



Ə.Hüseynov bildirdi ki, Milli Həmrəylik Partiyası olaraq hesab edirik ki, erməni təxribatları və vəhşilikləri bizim birliyimizi, xalq-dövlət həmrəyliyini, əsgərlərimizin yüksək döyüş ruhunu heç cürə sarsıda bilməz:

 

“Biz düşmən aqressiyasının qarşısında bir addım geri çəkilməyəcəyik! Artıq atəşkəs pozulub, düşmən qəbul olunmuş humanitar atəşkəsin heç bir prinsipinə əhəmiyyət belə vermir və öz çirkin işğalçı niyyətindən vaz keçmir, itirdiyi əraziləri nəyin bahasına olursa-olsun geri almaq istəyir. Lakin məkrli düşmən bilməlidir ki, onun qarşısında qüdrətli Azərbaycan Ordusu dayanır. Bizim Ordumuz bizim torpaqlarımızı işğaldan azad edəcəkdir. Sülh təklifimizdən boyun qaçıran Ermənistanın “dərs”ini Ordumuzun əks-hücum zərbələri ilə verəcəyik!”

MHP Ali Baş Komandana müraciət edərək bildirir ki, artıq düşmən əldə olunan atəşkəs razılaşmasını pozduğuna və cəbhədən uzaqlarda yerləşən müxtəlif şəhərlərimizə ağır raket zərbələri endirərək, mülki şəxslərimizi hədəfə aldığına görə Ordumuzun həyata keçirdikləri əks-hücum əməliyyatları davam etdirilməli və işğal altında olan ərazilərimiz tam azad olunana kimi heç bir sülh danışıqları aparmamalıyıq:

 

“Bizim hər birimiz – bütün MHP üzvləri, bütün xalqımız Ali Baş Komandanımızın yanındayıq, Ordumuzun yanındayıq və Vətənimizə istənilən formada xidmət etməyə hazırıq!
Qarabağ bizim and yerimizdir! Qarabağ Azərbaycandır!”

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın işğaldan azad edilmiş yaşayış məntəqələrinin sayı 78-ə çatıb”

Düşmən Tərtərdə pambıq emalı zavoduna raket zərbələri endirdi - FOTO/VİDEO

Xalqın günahı...

Mehriban Əliyeva paylaşım etdi

Azərbaycan adından vəsait toplayırlar - XƏBƏRDARLIQ

İşğaldan azad edilən Zəngilanda Azərbaycan bayrağı qaldırıldı - VİDEO

“Zəngilan azad edildi”

Düşmənin Qubadlı istiqamətindəki bölmələri məhv edilib - VİDEO

“İnşallah böyük qələbəmizin sevincini yaşayaq”

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqəyə qeydiyyat başa çatır

Direktor olmaq istəyən namizədlərin NƏZƏRİNƏ

"Qarabağın məşhur müəllimləri" layihəsinə başlanılır

Azərbaycan “İti qovan” istehsalına başladı - FOTO

“Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO

“Paşinyan uduzduğunu başa düşür və bilir ki, erməni xalqı onu asacaq”