Düşmənin Tərtər, Ağdam və Goranboyu atəşə tutması nəticəsində bir nəfər xəsarət alıb

10:52 12-10-2020 | icon 123 | Qarabağ
Düşmənin Tərtər, Ağdam və Goranboyu atəşə tutması nəticəsində bir nəfər xəsarət alıb

Ermənistanın silahlı qüvvələri 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı terror əməllərini davam etdirir. 

 

Versus.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

 

Bildirilib ki, bu gün səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər, Ağdam və Goranboy  rayonu müxtəlif istiqamətlərdən intensiv raket və  ağır artilleriyadan atəşə tutulmuşdur.

 

Tərtər rayon Kəngərli kəndində top mərmilərinin partlaması nəticəsində 1970-ci il təvəllüdlü Bəylərov Firudin Kamal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

 

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud  şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir. 

 

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dahi şair, mənzum dramaturgiyanın banisinin doğum günüdür

“Düşmən hücumu nəticəsində yaralanan azyaşlı həlak oldu”

Düşmən Naftalan - Tərtər rayonlarını atəşə tutur

Türkiyə Prezidenti Avropanın sonunun yaxınlaşdığını bildirdi

Ermənilərin cəhdi baş tutmadı - VİDEO

Vitse-prezidentdən işğaldan azad edilmiş ərazilərimizlə bağlı paylaşım - FOTO

Xalq artisti Qarabağ haqqında xatirələrini bölüşüb - VİDEO

XİN-dən Ermənistanın yenidən atəşkəsi pozması ilə bağlı BƏYANAT

Səkkiz rayonumuz Ermənistan tərəfindən atəşə tutulur

Növbəti səyyar sənəd qəbulunun VAXTI

38 yaşlı kişi binadan yıxıldı

Ermənilər Daşkəsəni atəşə tutdu: - VİDEO

BŞİH məktəblərdə yenidənqurmaya 7,4 milyon manat sərf edəcək

Qarabağ qazisinin köməyə ehtiyacı var - FOTO

İdmançının nəhəng ilandan qaçmasını əks etdirən GÖRÜNTÜ