“Ali Baş Komandanımıza güvənərək səbrlə mübarizəmizi davam etdiririk”

17:13 12-10-2020 | icon 212 | Siyasət
“Ali Baş Komandanımıza güvənərək səbrlə mübarizəmizi davam etdiririk”

Könül İsmayılova: “Dinc əhalimiz öldürülür, şəhərlərimizə ziyan dəyir, şəhidlərimiz var”

 

Bu gün Rusiyanın Ermənistanın Qarabağda apardığı müharibəyə müdaxilə etməməsi və kənarda dayanması regionun əsas dövlətinin müsbət addımı kimi dəyərləndirilsə də, münaqişənin həlli missiyasını daşıyan ATƏT-in Minsk qrupunun həmsədr dövləti olaraq sərgilədiyi münasibət qeyri-ciddi, laqeyd yanaşma kimi qavranır. Ermənistan heç bir hüquqa məhəl qoymadan Azərbaycanın bütün ərazilərinə bombalar yağdırır. Evlər dağılır, mülki insanlar qətlə yetirilir və bu münaqişə ilə bağlı məsuliyyət daşıyan həmsədr dövlətlər, beynəlxalq təşkilatlar susur, danışanda isə Azərbaycanı ittiham edirlər. Bəs görəsən Moskva görüşündə qəbul edilən “humanitar atəşkəs”dən sonra Ermənistanın Mingəçevir və Gəncəyə raketlərdən zərbə endirəndə Rusiya niyə susdu?

 

Məsələ ilə bağlı Versus.Az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova Rusiyanın həmişəki kimi erməni mövqeyində qaldığını bildirdi.

 

Onun sözlərinə görə, Putin sentyabrın 27-dən başlayaraq Paşinyanı sözdə xeyli intizarda saxlasa da, iş əmələ gələndə Ermənistan tərəfdə olduğunu açıq göstərdi:

 

“Moskva görüşündə imzalanan bəyannamədən heç yarım saat keçmədi ki, Ermənistan erməni mənfurluğunu bir daha sübut etdi. Azərbaycanın güclü ordusu qarşısında zəif olan düşmən dinc sakinlərə qarşı terror etdi, növbəti soyqırıma cəhd etdi. Nəyə görə Azərbaycan insanları öz ərazilərində erməni bombaları ilə qətlə yetirilməlidir və nəyə görə beynəlxalq ictimaiyyət, eləcə də Rusiya Ermənistana qarşı təsir göstərməməlidir. Əgər Ermənistan Azərbaycanın sərhədlərini pozursa, Azərbaycan niyə qəsbkar dövlətin cavabını verməməlidir. Düzdür, ermənilər “humanitar atəşkəsi”də pozub ərazilərimizi raket zərbələrinə məruz qoyanda ordumuz əks-hücumlarla bunun qarşısını alır, amma fikrimcə bu yetmir. Dinc əhalimiz öldürülür, şəhərlərimizə ziyan dəyir, şəhidlərimiz var. Nə vaxta qədər düşmənin, yaxud onun havadarlarının nazıyla oynayacağıq?”

 

“Nəyə görə bu siyasi müsəlləh əsgərlərə efir verilmir?”

 

Könül İsmayılova vurğulyıb ki, bu gün istər iqtidar, istərsə də müxalifət partiyaları baş verənlərlə bağlı yalnız partiya daxilində deyil, ictimai olaraq da xalqa, dünyaya sözünü çatdırmalıdır:

 

“Təəssüflər olsun ki, bəzi televiziya kanallarımız ölkəmizin bu gərgin durumunda da ayrı-seçkilik edir, efirlərə eyni şəxsləri şıxarıb eyni fikri təkrar-təkrar söylədirlər. Partiyamızın sədri Hafiz Hacıyevin bu gün müsahibəsində dediyi kimi, məgər siyasi partiya rəhbərləri danışa bilmir? Axı bütün müxalifət partiyaları cənab Ali Baş Komandanın ətrafında sıx birləşdiklərini bəyan etdilər, onun müsəlləh əsgəri olduqlarını dedilər. Nəyə görə bu siyasi müsəlləh əsgərlərə efir verilmir? Partiya olaraq hər birimiz reallıqları xalqa çatdırmalı, lazım olduqca təmkinli olmağa çağırmalı, ümumi dərdimizi bölüşməliyik. Ruslar həmişəki kimi bizə, türk millətinə olan nifrətini həmişəki kimi açıq-aşkar ortaya qoyublar. Onların televiziyada apardıqları anti Azərbaycan təbliğatı, dövlətimizə qarşı təhqiri görürük. İctimaiyyət də bizi qınayır ki, nəyə görə bizim siyasilər susur. Susmuruq, saytlarda, qəzetlərdə, “youtube” kanallarında sözümüzü deyirik, sadəcə Azərbaycan televiziyalarında efir məkanımız məhduddur. Bax elə buna görədir ki, istər rus, istər erməni siyasiləri, jurnalistləri təbliğat baxımından bizi üstələyirlər”.

 

K.İsmayılova onu da xatırlatdı ki, seçkilərdən öncə Jirinovski  necə demişdi ki, istiqlalçı, türkpərəst, qərbpərəstlər milli məclisdə olmayacaq, elə də edildi:

 

“O üzdən Bakıdakı “5-ci kolon” da ağzına su alıb oturacaq. Amma yenə də MMP olaraq Ali Baş Komandanımıza güvənərək istər daxili, istərsə də xarici düşmənlərimizlə səbrlə mübarizəmizi davam etdiririk. Güc bizlərə düşür. Ruhdan düşmürük və Qələbəyə doğru gedirik.

Qələbə bizimdir! Qarabağ Azərbaycandır!”

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycan “İti qovan” istehsalına başladı - FOTO

“Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO

“Paşinyan uduzduğunu başa düşür və bilir ki, erməni xalqı onu asacaq”

Zəngilanın bir qəsəbəsi və 13 kəndi işğaldan azad edilib

Füzuli və Cəbrayılın daha bir neçə kəndi işğaldan azad edilib

“Azərbaycan və İran dövlət sərhədi tam nəzarətə götürüldü”

Rəsmləri ilə hər kəsi valeh etdi - MÜSAHİBƏ

“Danışıqlara, sülhə məhz Paşinyan dəvət olunmalıdır” - MÜSAHİBƏ

Azərbaycan səni unutmayacaq - VİDEO

“Ordumuz öz işini qüsursuz şəkildə həyata keçirir”

“Daha 13 kənd işğaldan azad edildi”

Dahi şair, mənzum dramaturgiyanın banisinin doğum günüdür

“Düşmən hücumu nəticəsində yaralanan azyaşlı həlak oldu”

Düşmən Naftalan - Tərtər rayonlarını atəşə tutur

Türkiyə Prezidenti Avropanın sonunun yaxınlaşdığını bildirdi