"Rusiya buna bir həmsədr ölkə kimi borcludur"

20:58 12-10-2020 | icon 162 | Siyasət
"Rusiya buna bir həmsədr ölkə kimi borcludur"

Əlisahib Hüseynov: "Rusiyadan ikibaşlı siyasət yox, obyektiv vasitəçilik gözləyirik"

 

"Rusiyanın sülh təşəbbüslərini alqışlamaq olardı. Lakin Xarici İşlər nazirlərinin Moskva görüşündən sonra Ermənistan tərəfi üzərinə götürdüyü atəşkəs öhdəliyinə əməl etmirsə, deməli, bu təşəbbüslər formal xarakter daşıyır".

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov bildirib.
 
 
 
MHP sədri vurğulayıb ki, üstəlik, Rusiyadan Ermənistana “humanitar yüklər” adıyla silah-sursat daşınması davam edir və rəsmi Moskva bunu görməzdən gəlir:
 
 
"Bu isə "ikili standartlar" siyasətindən başqa bir şey deyil. Biz Rusiyadan bu cür ikibaşlı siyasət yox, obyektiv vasitəçilik gözləyirik. Rusiya buna bir həmsədr ölkə kimi borcludur. Rusiya işğalçı Ermənistanı xilas etməyə çalışmamalıdır. Bunu Prezident İlham Əliyev də RBK televiziya kanalına müsahibəsində vurğuladı. Ermənistanı himayə etmək yox, sülhə məcbur etmək, ağıllandırmaq lazımdır".
 
 
SEVDA
Versus.Az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dahi şair, mənzum dramaturgiyanın banisinin doğum günüdür

“Düşmən hücumu nəticəsində yaralanan azyaşlı həlak oldu”

Düşmən Naftalan - Tərtər rayonlarını atəşə tutur

Türkiyə Prezidenti Avropanın sonunun yaxınlaşdığını bildirdi

Ermənilərin cəhdi baş tutmadı - VİDEO

Vitse-prezidentdən işğaldan azad edilmiş ərazilərimizlə bağlı paylaşım - FOTO

Xalq artisti Qarabağ haqqında xatirələrini bölüşüb - VİDEO

XİN-dən Ermənistanın yenidən atəşkəsi pozması ilə bağlı BƏYANAT

Səkkiz rayonumuz Ermənistan tərəfindən atəşə tutulur

Növbəti səyyar sənəd qəbulunun VAXTI

38 yaşlı kişi binadan yıxıldı

Ermənilər Daşkəsəni atəşə tutdu: - VİDEO

BŞİH məktəblərdə yenidənqurmaya 7,4 milyon manat sərf edəcək

Qarabağ qazisinin köməyə ehtiyacı var - FOTO

İdmançının nəhəng ilandan qaçmasını əks etdirən GÖRÜNTÜ