Prezidentin həm döyüş, həm də informasiya cəbhəsində əldə etdiyi qələbələr

21:30 12-10-2020 | icon 147 | Siyasət
Prezidentin həm döyüş, həm də informasiya cəbhəsində əldə etdiyi qələbələr

Prezidentin xarici TV-lərə müsahibələri gələcək diplomatlar, poli­toloqlar üçün yaxşı “video dərs”lərdir

QƏNİRƏ PAŞAYEVA
/Milli Məclisin Mədəniyyət komitəsinin sədri/

 

İşğalçı Ermənistan xarici havadarlarının və şəbəkələşmiş erməni lobbisinin yaxından dəstəyi ilə öncəbhədəki mövcud durum haqqında beynəlxalq səviyyədə “informasiya vakkuumu” yaratmağa çalışır. Düşmən, öz yalan, hiyləgər siyasətini ənənəvi və yeni audito­ri­yalara sırı­mağa uğursuz cəhdlər göstərməkdədir. Daha öncələr də belə olub və necə deyərlər, biz artıq öyrəncəliyik: işğalçı hansı situasiyada harda, kimlərlə və necə addım ata bilər? – bizim bu suala qarşı sabit cavab­larımız vardır.

 

Azərbaycan Respublikası hələ əks-hücum əməliyyatından öncədən işğalçı ölkə tərəfindən törədilən ardıcıl, məqsədyönlü təxribatları, o cümlədən informasiya təxribatlarını və erməni yalanlarını sistemli şəkildə faş etdi, həqiqəti gün üzünə çıxardı. Bütün mümkün vasitələrdən istifadə etməklə, beynəlxalq səviyyədə ifşa etmə işi bugün də davam edir. Doğrusu, bu iş özlüyündə öncəbhədəki iş qədər önəmlidir, başqa sözlə, informasiya cəbhəsindəki mübarizə öncəbhədə əsgərlərimizin göstərdiyi fədakarlıqları tamamlanmaqdadır. Hələ iyulda Ermənistanın Tovuza təxribatçı hərbi hücumundan öncə, hadisənin gedişində və hadisədən sonra, Azərbaycan Prezidentinin bütün beynəlxalq plat­formalarda işğalçı Ermə­nistanın iç üzünü, təcavüzkar siyasətinin ifşa etməsi, ən yeni dönəm informasiya savaşımızda xüsusi səhifə təşkil edir. Beynəlxalq hüquq norma və prinsip­lərindən uzaq, daha doğrusu, həmin norma və prinsiplərə qarşı çıxan Ermənistanın Azərbaycana qarşı yeni işğal planları qurduğu Prezident tərəfindən bütün dünyaya duyuruldu. Örnək olaraq, cənab Prezidentin BMT Baş Assambleyasının 75-ci sessiyasındakı təsirli çıxışını xatırlatmaq istərdim. Ermənistanın tək­zibedilməz faktlarla sübuta yetirilən yeni işğalçılıq siyasətinin beynəlxalq ictimaiyyət tərə­fin­dən gərəkən təpkini almaması, işğalçıya xəbərdarlıq edilməməsi onu daha da ərköyün­ləşdirdi, yeni təxribatlara həvəsləndirdi. Və nəhayət, sentyabrın 27-də Ermənistan öz təcavüz­karlığını daha qanlı fazaya keçirdi. – Həmin istirahət günü, səhər saat 6-da başlayan yeni erməni təxribatına cavab olaraq, ordumuz bütün cəbhə boyu əks-hücuma başlamalı oldu.

 

Müharibənin yeni fazası başlayandan bəri Prezident İlham Əliyev dünyanın 10 nüfuzlu TV kanalına (“CNN International”, “CNN-Türk”, “Sky News”, “Euronews”, “Əl-Cəzirə”, “Əl-Ərəbiyyə”, “TRT Haber”, “Rossiya-1”, “Pervıy Kanal”, RBK) geniş mü­sahibələr verdi, Ermə­nistanın Azərbaycana qarşı başlatdığı elanolunmamış müharibənin tarixi, səbəbləri, hazırkı du­rumu, eləcə də dövlətimizin, xalqımızın haqlı möv­qeyi haqqında danışdı. Ermənistanın işğal­çılıq siyasətinə münasibətdə əsas götürülməli olan tarixi, hüquqi, siyasi, mənəvi və digər amilləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdıran dövlət başçımız, Azərbaycanın haqlı mövqeyini təkzibolunmaz faktlarla açıqladı. Necə deyərlər, hər kanalın öz dili ilə danışan cənab İlham Əliyevin verdiyi cavablar peşəkar dövlət xadimi, qətiyyətli Ali Baş Komandan, ustad diplomat və səmimi həmsöhbət örnəyini bütün dünyaya bir daha göstərmiş oldu. Mən bu məqamları, müsahibələrin ana mövzusundan, Azərbaycan hə­qiqətlərinin yayılmasından az önəmli hesab etmirəm. Yalnız həqiqəti demək yox, o həqiqəti necə demək də, özlüyündə bir hadisədir. Bu yerdə, RBK kanalına müsahibədən bir parçanı örnək gətirmək istərdim. Jurnalistin danı­şıqlarda Rusiyanın rolu barədə sualına cavabında cənab Prezident deyir: “...biz dəfələrlə Rusiya rəhbərliyinə müraciət etmişik ki, Rusiya rəhbərliyi Ermənistana siyasi təsir göstərmək vasitələrindən istifadə etsin, erməni tərəfini inandırsın ki, işğala son qoyulmalıdır.

 

Bu mövzu dəfələrlə müzakirə edilib və sizə deyə bilərəm ki, rusiyalı həmkarımla bütün çoxsaylı görüş­lərimdə bu mövzu ya müfəssəl, ya o qədər də ətraflı olmayan formada müzakirə edilib, lakin belə olmadı. Axı, gizli deyil ki, bu gün Ermənistan Rusiyadan 100 faiz asılı vəziyyətdədir. Onun təhlükəsizliyi Rusiya tərəfindən təmin edilir, pulsuz silahlanması Rusiya tərəfindən təmin edilir. Biz Ermənistana məxsus, bəlkə də milyardlarla dollar dəyərində texnikanı iki həftə ərzində məhv etdik. Onlarda bu pullar haradandır? Onların pulu yoxdur. Bütün bunlar Rusiyadan pulsuz göndərilir. Qaz təchizatı Rusiyadan güzəştli qiymətlərlə təmin olunur, elektrik enerjisi də müəyyən dərəcədə güzəştlə verilir. Dəmir yolları, rabitə, hərbi baza. Hətta Ermənistanın Türkiyə və İranla sərhədini rusiyalı sərhədçilər qoruyur. Əgər belə olmasaydı, sərhəd boş qalardı. Ermənistana təsir göstərmək üçün daha hansı ölkənin bu qədər vasitələri var? Heç bir ölkənin. Bəlkə də dünyada başqa elə iki ölkə yoxdur ki, onlardan biri digərindən bu qədər tam asılı olsun. Buna görə əminəm ki, Rusiya tərəfindən təkid göstərilsə, bizim status-kvonu dəyişməyimiz, təmas xəttini yarıb keçməyimiz nəticəsində İrəvanın ayılması nəzərə alın­maqla Rusiya qısa müddətdə Ermənistanı inandıra bilər: təkcə hərbi qarşıdurma baxımından deyil, bütövlükdə Ermənistanın gələcəyi üçün indiki vəziyyətdən yeganə çıxış yolu Azərbay­canla münaqişənin həllini tapmaqdır. Bu həll isə çox sadədir – onlar bizim ərazidən getməli, öz qoşunlarını çıxarmalı, bizim insanlar oraya qayıtmalı və biz yenidən yanaşı yaşamağa çalışmalıyıq.” – Nəzərə alaq ki mərkəzi iqamətgahı Moskvada olan RBK, Rusiyanın, ümumən rusdilli auditoriyanın nüfuzlu kanallarındandır. (Əlavə edim ki, müsahibənin mətni kanalın saytında yerləş­diril­dikdən qısa müddət sonra 42.637 baxış olmuşdu.) İnternet resurslarından başqa, müsahibə kanalın özündə yayınlanarkən tanış olanların daha böyük, çox­minli sayını nəzərə alsaq, yalnız bir müsahibə ilə həqiqətlərimizin hansı miqyasda tirajlan­dığını təsəvvür etmək mümkündür.) Bir rus kanalında Rusiya haqqında həqiqətlərin bu qədər səmimi, açıq səsləndirilməsi sıradan hal sayıla bilməz. Bu sözlər Rusiyanın Ermənistanın sülh­tanımaz davranışlarındakı məsuliyyət payının mükəmməl xəritəsini cızır. Mən bu sözləri Rusiyanın vergiödəyicilərini, məmurları, siyasi qurumları... ümumən rus vətəndaşlarını sadə bir sualın cavabına dəvət kimi qəbul edirəm: Rusiyaya yük olan ərköyün Ermənistana bu qədər aşırı və faydasız dəstəyə dəyərmi?.. Biz öz yazılarımızda, çalışma­larımızda, təbii ki daha çox Azərbaycan həqiqətlərinə vurğu edirik; burada, artıq qeyd etdiyimiz kimi, RBK-nın aid olduğu ölkənin həqiqətləri də təsvir edilir. Dövlət başçımızın həm RBK, həm dirgər nüfuzlu TV-lərə müsahibələri gələcək dip­lomatlar, poli­toloqlar üçün yaxşı “video dərs”lərdir; ümidvaram uyğun ali təhsil ocaq­la­rımız­dakı dəyərli müəllimlərimiz bunu nəzərə alacaq...

 

Beləliklə, işğalçı Ermənistanın erməni lobbi şəbəkəsi və güclü havadarlara arxa­lanaraq, yeni­dən özü üçün münbit informasiya mühiti yaratmaq planı pozuldu. Bütün ictimaiyyət gördü ki Azərbaycanın dövlət başçısı Ali Baş Komandan kimi döyüş cəb­həsində nə qədər məqsədyönlü addımlar atırsa, informasiya cəbhəsində də eyni məqsəd­yön­lülüklə, qətiyyətlə dövlət və milli maraqlarımızı qoruyur. Bir sözlə, Prezidentin müsahibələrində Azərbaycana qarşı “feyk-nyus”lar ifşa edilir, Ermə­nistanın yalan üzərində qurulmuş informasiya maşınına sarsıdıcı zərbə vurulur. Prezident İlham Əliyevin məsələlərə operativ müdaxiləsi və reaksiyası, durumu ən düzgün şə­kildə qiymətləndirmək və idarə etmək bacarığını bariz şəkildə göstərir.

 

Dövlət başçısı taleyüklü anlarda Azərbaycanın milli maraqlarının müdafiəsinin necə təşkil edilməli olması ilə bağlı şəxsi örnək göstərir. Cənab Prezidentin istər daxili, istərsə də xarici auditoriya qarşısındakı çıxışları xalqın sözünü və mövqeyini ifadə edir, vətəndaşın ürəyindən xəbər verir. Bu müsahibələr bir daha nümayiş etdirir ki, Azərbaycan xalqı öz rəhbərini onun iradəsini ən layiqli şəkildə müdafiə etmək qabı­liyyətinə malik lider hesab edir, ona güvənir və tam dəstəkləyir. Əlbəttə, belə bir dəstək hər dövr üçün qiymətlidir, ancaq etiraf edək ki indiki həssas dönəmdə özəlliklə böyük önəm daşıyır. Prezidentin həm döyüş, həm də informasiya cəbhəsində əldə etdiyi qələbələr rəhbərin xalqa, xalqın rəhbərə ülvi duyğularının və qarşılıqlı hörmətinin təcallasıdır.

DÖVLƏTİMİZ VAR OLSUN!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Hanı bizim Rusiyadakı azərbaycanlılar, niyə səsləri çıxmır?”

İşğaldan azad olunan Hadrut qəsəbəsi - VİDEO

Azərin Türkiyədə terrorçu Ermənistanın Azərbaycana hücumlarından danışdı

İspaniya Ukraynadan əliboş dönür - VİDEO

Ermənistan xristianların Gəncədəki məbədinə də ziyan vurub - VİDEO

Neymarbombardirlər siyahısında ikinci pilləyə yüksəldi

“Daha səkkiz kənd işğaldan azad olundu”

Manyak haqqında filmin çəkildiyi ev satışa çıxarıldı - FOTO

"Paşinyan elə zənn edirdi ki, böyük dövlətlər gəlib onun yerinə vuruşacaqlar”

İlham Əliyev “France 24” televiziya kanalına müsahibə verib

Vaqif məqbərəsi Şuşanın işğalından əvvəl və indi - FOTO

DTX-dan erməni terroru təhlükəsi barədə XƏBƏRDARLIQ

Qırğızıstan müxalifəti Bişkek küçələrini tərk etmək istəmirlər

“Tezliklə Füzuli rayonu ilə bağlı yaxşı xəbərlər gələcək”

Karantin yenidən sərtləşdirildi