Ölkədə koronavirusa yoluxma faktı artıb

14:37 13-10-2020 | icon 82 | Sağlamlıq
Ölkədə koronavirusa yoluxma faktı artıb

Artıq payız-qış mövsümü başlayır və bir sıra kəskin respirator xəstəliklərin artımı gözlənilir. O ki, qaldı koronavirusa, yay aylarından bu günə qədər müşahidə edilən COVİD-19 infeksiyası ilə bağlı da yoluxmaların artacağı istisna edilmir.

 

Versus.Az xəbər verir ki, bu barədə açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

 

O bildirib ki, havaların soyuması, mövsümi respirator virusların artımı və koronovirusla bağlı vəziyyətin nəzarətdə saxlanılması üçün əvvəlcədən qabaqlayıcı tədbirlər görülüb:

“Bu gün koronavirusa yoluxma ilə bağlı faktlar artıb. Biz bunu gözləyirdik. Ümumiyyətlə xəstəliklər əksər hallarda soyuq havalarda artır. Bu bir tərəfdən insanlardan asılı olmayan bir məqamdır. Birinci növbədə günəş şüalarının azlığı və açıq mühitlərdə virusları öldürməməsidir.

Havanın temperaturunun dəyişkən olması, soyuq hava şəraiti ilə bağlı insanların qapalı məkanlara toplaşması, məkanlarda pəncərələrin qapalı saxlanılması və s. səbəblər xəstəliyin yayılmasını sürətləndirir. Bununla yanaşı soyuq havalarda yuxarı tənəffüs orqanlarında damarlar büzülür və bu da ona gətirib çıxarır ki, selikli qişaların müqaviməti azalır. Paralel olaraq davranış qaydaları, gigiyenik normalara əməl edilməməsi, ictimai yerlərdə qoruyucu vasitələrdən müvafiq qaydada istifadə olunmaması xəstəliyin daha da sürətli yayılmasına zəmin yaradır”.

 

Yoluxmanın artmasına səbəb olan amillər sırasında son günlər əhalinin Azərbaycan ordusunun düşmən üzərində qazandığı qələbəyə sevinərək küçələrə çıxmasını da qeyd edən T.Eyvazov insanları bu kimi məqamlarda karantin qaydalarına daha ciddi əməl etməyə səsləyib:

 

“Azərbaycan ordusuna dəstək məqsədilə gənclərin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qarşısına yığışması, heç bir qoruyucu maskalardan istifadə etməməsi, sosial məsafəni gözləməməsi koronavirusa yoluxmanın artmasına gətirib çıxarıb. Bu gün hökumət öz resurslarını iki istiqamətdə - koronavirusla mübarizəyə və torpaqlarımız uğrunda gedən müharibəyə ayırıb.

İnsanlar koronavirusa bir qədər laqeyd yanaşmağa başlayıblar. Maskalardan istifadə ciddi şəkildə azalıb. Dayanacaqlarda, ictimai nəqliyyat vasitələrində karantin qaydalarına əməl olunmur. Bu istər koronovirusla bağlı dalğalanma adlandırılsın, istərsə də ikinci dalğa, bütün hallarda yoluxmanın artacağı gözlənilirdi. Bunun qarşısının alınması üçün isə hansı qaydalara əməl olunmalıdır, bilirik. Bu barədə dəfələrlə maarifləndirici xarakterli məlumatlar paylaşılıb və paylaşılmağa da davam edir. Bu istiqamətdə nəzarət ciddi şəkildə gücləndirilməlidir”.

 

“Respublika üzrə bəzi məktəblərin distant təhsilə keçirilməsi, uşaqlar arasında yaranan sıxlığın qarşısının alınması üçündür. Uşaqlar koronavirusu simptomsuz keçirsə də, daşıyıcı kimi onlar ciddi təhlükə yarada bilər. İnfeksiyanın sürətlə yayılmasında isə onların rolu kifayət qədər çoxdur”, - deyə baş infeksionist sonda qeyd edib. /oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Hanı bizim Rusiyadakı azərbaycanlılar, niyə səsləri çıxmır?”

İşğaldan azad olunan Hadrut qəsəbəsi - VİDEO

Azərin Türkiyədə terrorçu Ermənistanın Azərbaycana hücumlarından danışdı

İspaniya Ukraynadan əliboş dönür - VİDEO

Ermənistan xristianların Gəncədəki məbədinə də ziyan vurub - VİDEO

Neymarbombardirlər siyahısında ikinci pilləyə yüksəldi

“Daha səkkiz kənd işğaldan azad olundu”

Manyak haqqında filmin çəkildiyi ev satışa çıxarıldı - FOTO

"Paşinyan elə zənn edirdi ki, böyük dövlətlər gəlib onun yerinə vuruşacaqlar”

İlham Əliyev “France 24” televiziya kanalına müsahibə verib

Vaqif məqbərəsi Şuşanın işğalından əvvəl və indi - FOTO

DTX-dan erməni terroru təhlükəsi barədə XƏBƏRDARLIQ

Qırğızıstan müxalifəti Bişkek küçələrini tərk etmək istəmirlər

“Tezliklə Füzuli rayonu ilə bağlı yaxşı xəbərlər gələcək”

Karantin yenidən sərtləşdirildi