Ali təhsil diplomlarının tanınması proseduru ilə bağlı VACİB ADDIM

15:05 13-10-2020 | icon 237 | Təhsil
Ali təhsil diplomlarının tanınması proseduru ilə bağlı VACİB ADDIM

“Təhsil haqqında” qanun layihəsinə dəyişikliklə bağlı təklif olunan düzəlişlər qanunun bəzi müddəalarının təkmilləşdirilməsini nəzərdə tutur.

 

Versus.Az xəbər verir ki, bu barədə Milli Məclisin məlumatında bildirilir.

 

Bildirilib ki, bunu Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bu gün komitənin növbəti dəfə keçirilən onlayn iclasında çıxışı zamanı deyib. 

 

Bildirilib ki, Komitənin sədri Bəxtiyar Əliyev gündəliyə “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə” birinci oxunuşda sənədlərin müzakirəsinin daxil edildiyini qeyd edib.

 

“Təhsil haqqında” qanun layihəsinə dəyişikliklə bağlı bildirilib ki, təklif olunan düzəlişlər qanunun bəzi müddəalarının təkmilləşdirilməsini nəzərdə tutur. Belə ki, qanunun müvafiq maddələrində “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası” anlayışının daxil edilməsi, eləcə də, “xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” ifadəsinin “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” ifadəsi ilə əvəz edilməsi təklif olunur.

 

Bildirib ki, bununla da ali təhsil diplomlarının tanınması proseduru təkmilləşdiriləcək, tanınan sənədlərin əhatə dairəsi genişləndiriləcək ali təhsilə aid olan və ya ali təhsilə qəbul olunmaq imkanı verən subbakalavr diplomlarının da tanınma imkanı və proseduru yaradılacaq.  

 

Komitə sədri söyləyib ki, xarici ölkələrin səlahiyyətli orqanları tərəfindən verilmiş subbakalavr diplomlarının tanınması ilə xaricdə bu təhsili almış vətəndaşlarımızın, həmçinin, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin təhsillərini ölkəmizdə təhsilin növbəti pillələrdə davam etdirmək imkanları yaranacaq.

 

Müzakirəyə  çıxarılan “Peşə təhsili haqqında” qanun layihəsi “Təhsil haqqında”  qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğun olaraq hazırlanmışdır və terminalogiyanın eyniləşdirilməsi məqsədi daşıyır.

 

Qeyd edilib ki, həmin qanunda kvalifikasiya anlayışı belə verilir:

“Kvalifikasiya – şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunun dövlət təhsil sənədi ilə təstiq edilməsidir”.

 

Daha sonra Komitə sədri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində təmas xəttində vəziyyət barədə fikirlərini açıqlayıb. Ermənistanın təxribatları regionda təhlükə yaratdığı, işğalçının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan Ordusu lazımi addımların atıldığı vurğulanıb.

 

O bildirib ki, Ermənistandan fərqli olaraq, Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur:

 

“Sentyabrın 27-dən bu günədək bütün baş verənlər Ermənistanın faşist mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Son hadisələr bir daha göstərdi ki, Ermənistan işğalçı dövlətdir. Azərbaycan isə yalnız özünü müdafiə etmək üçün əks-hücum əməliyyatları həyata keçirir”.

 

Komitə sədri öz çıxışında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyətinə də toxunub, fikirlərini söyləyib. Bildirilib ki, oktyabrın 9-da Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin iştirakı ilə danışıqlar zamanı Dağlıq Qarabağda təmas xəttində humanitar atəşkəs elan edilməsi barədə razılıq əldə edilməsinə baxmayaraq, Ermənistan növbəti dəfə riyakarlıq göstərərək, oktyabrın 11-nə keçən gecə Azərbaycanın döyüş bölgəsindən kənarda yerləşən, ölkənin ikinci böyük şəhəri Gəncəni raket hücumuna tutub və nəticədə, mülkü əhali arasında ölənlər və yaralananlar var.

 

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər,  Ağdam, Ağcəbədi rayonlarının ərazilərini atəşə tutub. Biz bunu qəti şəkildə pisləyirik. Dünya birliyi də bu məsələdə Azərbaycanı dəstəkləyir.

 

Sonra komitənin sədr müavini Musa Qasımlı, deputatlar İsa Həbibbəyli, Etibar Əliyev, Ceyhun Məmmədov, Şahin Seyidzadə, Müşfiq Məmmədli, Aqiyə Naxçıvanlı, Eldar Quliyev, Tamam Cəfərova, Afət Həsənova, Anar İsgəndərov, Fatma Yıldırım, Kamilə Əliyeva sənədlərlə bağlı fikirlərini söyləyiblər, təkliflərini bildiriblər.

 

Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dahi şair, mənzum dramaturgiyanın banisinin doğum günüdür

“Düşmən hücumu nəticəsində yaralanan azyaşlı həlak oldu”

Düşmən Naftalan - Tərtər rayonlarını atəşə tutur

Türkiyə Prezidenti Avropanın sonunun yaxınlaşdığını bildirdi

Ermənilərin cəhdi baş tutmadı - VİDEO

Vitse-prezidentdən işğaldan azad edilmiş ərazilərimizlə bağlı paylaşım - FOTO

Xalq artisti Qarabağ haqqında xatirələrini bölüşüb - VİDEO

XİN-dən Ermənistanın yenidən atəşkəsi pozması ilə bağlı BƏYANAT

Səkkiz rayonumuz Ermənistan tərəfindən atəşə tutulur

Növbəti səyyar sənəd qəbulunun VAXTI

38 yaşlı kişi binadan yıxıldı

Ermənilər Daşkəsəni atəşə tutdu: - VİDEO

BŞİH məktəblərdə yenidənqurmaya 7,4 milyon manat sərf edəcək

Qarabağ qazisinin köməyə ehtiyacı var - FOTO

İdmançının nəhəng ilandan qaçmasını əks etdirən GÖRÜNTÜ