Deputat seçiciləri ilə görüşüb, onların qayğıları ilə maraqlandı

17:25 13-10-2020 | icon 90 | Siyasət
Deputat seçiciləri ilə görüşüb, onların qayğıları ilə maraqlandı

"Sərhədyanı kəndlərdə yaşayan vətəndaşlarımızın, şəhid ailələrinin, müharibə veteranlarının istək və qayğıları daim diqqətdədir"

 

Millət vəkili Qənirə Paşayeva parlamendtə təmsil etdiyi 105 saylı Tovuz rayon seçki dairəsinə aid olan bir sıra kəndlərdə vətəndaşlarla görüşüb, onların qayğıları ilə maraqlanıb.

 

Versus.Az xəbər verir ki, görüşlərdə, seçicilərin daha öncə qaldırmış olduğu müxtəlif sosial məsələlərlə bağlı atılmış addımlar haqqında danışan Millət vəkili, əlaqədar dövlət orqanlarının alınmış cavabları onların diqqətinə çatdırıb.

 

Q.Paşayeva deyib ki, seçicilərin, o cümlədən sərhədyanı kəndlərdə yaşayan vətəndaşlarımızın, özəlliklə şəhid ailələrinin, müharibə veteranlarının istək və qayğıları daim diqqətdədir. Hər gün ünvanına onlarla məktub daxil olduğunu və onların vaxtında cavalandırıldığını deyən Millət vəkili, eləcə də, fərqli rabitə vasitələri ilə daxil olan müraciətlərin ardıcıllıqla öyrənildiyini, tədbir görülməsi üçün müvafiq dövlət orqanlarına göndərildiyini bildirib.

 

Q.Paşayeva hər bir millət vəkilinin, məmurun dövlət başçısı cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın xalqa yanarürəkli xidmətindən örnək almalı olduğunu deyib. Bu ilin iyulunda Tovuza xain düşmən hücumu, erməni hərbi təxribatı ilə ölkəmizin ən yeni tarixində yeni dönəm başladığını qeyd edən xanım millət vəkili, müzəffər ordumuzun yeni qələbələrlə sevindirəcəyinə xalqımızın hər bir fərdi kimi tovuzluların da sarsılmaz inamından qürur duyduğunu deyib.

 

Özəlliklə, indiki həssas dönəmdə, hər kəsin məsələlərə “Söhbətin mövzusu Vətənsə, gerisi təfərrüatdır” kəlamının ruhu ilə yanaşmalı olduğunu vurğulayan Q.Paşayeva, bu kəlamı “Ən vətənpərvər insan öz işini yaxşı görən insandır” kəlamının çox uyğun şəkildə tamamladığını bildirib.

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Türkiyə Prezidenti Avropanın sonunun yaxınlaşdığını bildirdi

Ermənilərin cəhdi baş tutmadı - VİDEO

Vitse-prezidentdən işğaldan azad edilmiş ərazilərimizlə bağlı paylaşım - FOTO

Xalq artisti Qarabağ haqqında xatirələrini bölüşüb - VİDEO

Səkkiz rayonumuz Ermənistan tərəfindən atəşə tutulur

XİN-dən Ermənistanın yenidən atəşkəsi pozması ilə bağlı BƏYANAT

Növbəti səyyar sənəd qəbulunun VAXTI

38 yaşlı kişi binadan yıxıldı

Ermənilər Daşkəsəni atəşə tutdu: - VİDEO

BŞİH məktəblərdə yenidənqurmaya 7,4 milyon manat sərf edəcək

Qarabağ qazisinin köməyə ehtiyacı var - FOTO

İdmançının nəhəng ilandan qaçmasını əks etdirən GÖRÜNTÜ

Ermənistana XƏBƏRDARLIQ

Düşmən Tərtəri atəşə tutur

Düşmən Goranboy, Tərtər və Bərdəni atəşə tutur