“Xeyli mülki şəxsin həyatı xilas edildi”

09:37 14-10-2020 | icon 185 | Gündəm
“Xeyli mülki şəxsin həyatı xilas edildi”

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ilə yaxın sərhəd zonasında yerləşdirdiyi raket komplekslərinin Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərindəki dinc əhali və infrastruktura doğru hədəflənlənməsi ilə bağlı fikirlərini bölüşüb. 

 

Versus.Az xəbər verir ki, bununla bağlı H.Hacıyev özünün “Twitter” hesabında paylaşımlar edib. 

 

“Ermənistan tərəfindən planlaşdırılan növbəti qəsdən və məqsədyönlü insan fəlakətinin qarşısı alındı. Ermənistanın atışa hazır olan ballistik raketi Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunun sərhəd zonasında start mövqeyində məhv edilib. Xeyli dinc sakininin həyatı xilas edilib”, - birinci paylaşımında o bildirib.

Prezidentin köməkçisinin digər paylaşımında qeyd edilir:

 

“Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərindəki dinc əhali və infrastruktura doğru hədəflənmiş Ermənistana məxsus ballistik raket kompleksləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilib. Başlanğıc sahəsi boş olub və orada heç bir mülki infrastruktur yoxdur”.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqəyə qeydiyyat başa çatır

Direktor olmaq istəyən namizədlərin NƏZƏRİNƏ

"Qarabağın məşhur müəllimləri" layihəsinə başlanılır

Azərbaycan “İti qovan” istehsalına başladı - FOTO

“Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO

“Paşinyan uduzduğunu başa düşür və bilir ki, erməni xalqı onu asacaq”

Zəngilanın bir qəsəbəsi və 13 kəndi işğaldan azad edilib

Füzuli və Cəbrayılın daha bir neçə kəndi işğaldan azad edilib

“Azərbaycan və İran dövlət sərhədi tam nəzarətə götürüldü”

Rəsmləri ilə hər kəsi valeh etdi - MÜSAHİBƏ

Azərbaycan səni unutmayacaq - VİDEO

“Danışıqlara, sülhə məhz Paşinyan dəvət olunmalıdır” - MÜSAHİBƏ

“Ordumuz öz işini qüsursuz şəkildə həyata keçirir”

“Daha 13 kənd işğaldan azad edildi”

Dahi şair, mənzum dramaturgiyanın banisinin doğum günüdür