Azərbaycan Onkoloqlar Cəmiyyətinin BƏYANATI

10:15 14-10-2020 | icon 164 | Sağlamlıq
Azərbaycan Onkoloqlar Cəmiyyətinin BƏYANATI

Azərbaycan Onkoloqlar Cəmiyyətinin sədri, akademik Cəmil Əliyev Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları, onların qarşısının alınması məqsədilə görülən tədbirlər və yaranmış vəziyyətlə bağlı dünyanın onkologiya sahəsində ixtisaslaşmış elm mərkəzlərinə, səhiyyə üzrə beynəlxalq ictimai birliklərə və tibb ictimaiyyətinə ünvanlanmış bəyanat verib.

 

Bəyanatda dünya tibb ictimaiyyətinə və onkoloji strukturlara Ermənistanın 27 ildir davam edən işğalçılıq siyasəti, onun regionda sülh və təhlükəsizlik üçün daim təhlükə mənbəyi olan məkrli siyasəti, bəzi beynəlxalq qurumların Azərbaycanını haqq işinə ikili standartlarla yanaşma cəhdləri və ölkəmizdə hazırda mövcud olan hərbi-siyasi vəziyyət barədə məlumat verilib.

 

30 ilə yaxın bir müddətdə davam edən nəticəsiz sülh danışıqları N.Paşinyan  rejiminin hakimiyyətə gəlməsindən sonra dalana dirənib, işğalçı rejim Azərbaycan qarşısında qəbuledilməz şərtlər irəli sürməyə və təhlükəli  iddialar qaldırmağa başlayıb. Paşinyan “Qarabaq Ermənistandır və nöqtə” şüarını irəli sürərək və onu “Yeni ərazilər üçün yeni müharibə” konsepsiyası ilə möhkəmləndirərək, əslində, danışıqlar prosesini mənasız edib və Azərbaycanı zorla müharibəyə təhrik edib.

 

Bəyanatda bildirilir: “Ermənistan Respublikasının silahlı qüvvələri 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini, eləcə də yaşayış məntəqələrini intensiv atəşə tutaraq təmas xətti boyunca Azərbaycan Respublikasına qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamışlar. Azərbaycanın Silahlı Qüvvələri isə özünümüdafiə hüququna və beynəlxalq humanitar normalara əsaslanaraq, Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin uyğun surətdə Ermənistanın işğalçı qüvvələrinə qarşı əks-hücum əməliyyatları keçirməyə qərar verib.

 

Həmin gündən etibarən təmas xəttindən 50-250 kilometr məsafədə yerləşən şəhər və rayonlarda - Gəncə,Mingəçevir, Füzuli,Yevlax, Goranboy, Naftalan, Biləsuvar, Ağdam, Tərtər, Ağcabədi, Bərdə, Xızı və digər yaşayış məntəqələrində yaşayan azərbaycanlı mülki əhalinin davamlı olaraq atəşə tutulması nəticəsində 41 mülki şəxs həlak olub və 207-dən çox şəxs müxtəlif dərəcədə yaranlanıb, 1185 ev, 57 coxmənzilli yaşayış binası və 148 mülki obyekt yararsız vəziyyətə düşüb.

 

O cümlədən, xeyli xüsusi mülkiyyət, su anbarı və Mingəçevirdəki elektrik stansiyası, Xəzər dənizindən Avropaya xam neft və təbii qaz nəql edən enerji boru kəmərləri (Bakı-Tbilisi-Ceyhan boru kəməri və Cənubi Qafqaz boru kəməri) və Tərtər bölgəsindəki regional məhkəmə binası, məktəblər, uşaq bağçaları, bazarlar və mağazalar məhz Ermənistan silahlı qüvvələrinin dağıdıcı hücumuna məruz qalıb. Oktyabrın 11-də isə   Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarının raket atəşinə tutulması nəticəsində 5-i qadın olmaqla 10 nəfər həlak olmuş, 35 nəfər yaralanmış, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib”.

 

Bəyanatda qeyd edilir ki, indiki Ermənistan-Azərbaycan silahlı qarşıdurmasının əsasında  Azərbaycanın beynəlxalq səviyyədə tanınan və tarixən Azərbaycan torpaqları olan Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonun qanunsuz işğalını qoruyub saxlamağa çalışan  erməni siyasəti dayanır.

 

Mövcud silahlı münaqişənin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar da daxil olmaqla bütün beynəlxalq diplomatik səylərin Ermənistan hökuməti və rəhbərliyinin qeyri-konstruktiv yanaşması səbəbindən bu günə qədər nəticəsiz qalması xüsusi olaraq qeyd edilməlidir.

 

Ermənistan hökuməti Dağlıq Qarabağı və ona bitişik rayonları Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyan və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal,  qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrini, Qoşulmama Hərəkatı, Avropa Şurası və Avropa Birliyi kimi aparıcı beynəlxalq təşkilatların bir sıra qətnamələrini yerinə yetirməkdən açıq şəkildə boyun qaçırır. Ermənistanın hakim dairələri Azərbaycanın öz torpaqlarını azad etmək haqqını tanımaq istəmir, münaqişə bölgəsinə çoxlu sayda muzdlu döyüşçülər cəlb edir, yalan və  ikiüzlülüklə  münaqişənin coğrafiyasını genişləndirməyə çalışır.

 

Azərbaycan Respublikasının sərhədlərinin xarici təhdidlərə qarşı toxunulmazlığını qoruması və ərazilərindəki hər kəsin insan hüquq və azadlıqlarını təmin etməsı 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokolları da daxil olmaqla, beynəlxalq hüquqa dair bütün vəzifələrə və öhdəliklərə uyğundur. Azərbaycan hökuməti hər zaman silahlı qüvvələrin döyüşçülərlə mülki şəxsləri, hərbi obyektlərlə mülki obyektləri ayırd etməsini tələb edən beynəlxalq humanitar hüququn təməl prinsipinə əməl etdiyini bəyan edir. Bundan əlavə, Azərbaycan Silahlı Qüvvələri mülki insanları hədəfə alan və ya mülki insanların əmlakına zərər vuran hücumlara qarşı qadağaya əməl etmək öhdəliyini daim təsdiq edib və bu öhdəliyə dönmədən əməl edir.

 

Bəyanatda deyilir: “Biz, həmçinin, Azərbaycanın bütün tibb ictimaiyyəti, Azərbaycan hökumətinin ərazi bütövlüyünü bərpa etmək və bütün məcburi köçkünlərin hüquqlarını bir daha təsdiq edərək öz evlərinə qayıtmalarını təmin etmək səylərinin tərəfdarıyıq.

 

Ümid edirik ki, siz də işğal edilmiş torpaqların azad olunması, yüz minlərlə qaçqın və məcburi köçkünün öz doğma yurdlarına qayıtması, Ermənistanın heç bir müharibə qanunlarına sığmayan qanunsuz cəhdlərinin qarşısının alınması üçün öz haqq səsinizi ucaldacaqsınız”.

 

Bəyanatın sonunda Azərbaycan Onkoloqlar Cəmiyyətinin sədri akademik Cəmil Əliyev dünyanın bütün anoloji tibbi qurumlarını, dövlət və kommersiya strukturlarını, tibb ictimaiyyətini ölkəmizin qanunun aliliyinin, həmçinin, əsas insan hüquq və azadlıqlarının qorunmasına yönəlmiş çoxtərəfli səylərini dəstəkləməyə və Azərbaycanın ədalətli mübarizəsinin yanında olmağa çağırıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycan “İti qovan” istehsalına başladı - FOTO

“Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO

“Paşinyan uduzduğunu başa düşür və bilir ki, erməni xalqı onu asacaq”

Zəngilanın bir qəsəbəsi və 13 kəndi işğaldan azad edilib

Füzuli və Cəbrayılın daha bir neçə kəndi işğaldan azad edilib

“Azərbaycan və İran dövlət sərhədi tam nəzarətə götürüldü”

Rəsmləri ilə hər kəsi valeh etdi - MÜSAHİBƏ

“Danışıqlara, sülhə məhz Paşinyan dəvət olunmalıdır” - MÜSAHİBƏ

Azərbaycan səni unutmayacaq - VİDEO

“Ordumuz öz işini qüsursuz şəkildə həyata keçirir”

“Daha 13 kənd işğaldan azad edildi”

Dahi şair, mənzum dramaturgiyanın banisinin doğum günüdür

“Düşmən hücumu nəticəsində yaralanan azyaşlı həlak oldu”

Düşmən Naftalan - Tərtər rayonlarını atəşə tutur

Türkiyə Prezidenti Avropanın sonunun yaxınlaşdığını bildirdi