Xan sarayı bərpa ediləcək

12:29 31-08-2018 | icon 44 | Mədəniyyət
Xan sarayı bərpa ediləcək

İçərişəhərdə XVII-XVIII əsrlərə aid xan sarayı bərpa ediləcək.

 

Versus.Az xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən qədim tarixi tikilinin yenidən qurulması, ətrafının abadlaşdırılması və texniki ləvazimatların təchizatı işlərinin satın alınması üçün təkliflər sorğusu elan edilib.

Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər sentyabrın 10-u saat 12:00-dək qəbul olunur.

 

Bakı xanlarının evi Böyük Qala küçəsi 44, 46, 48 və 50 ünvanlarında yerləşir və ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi sayılır.

Şirvanşahlar dövlətinin süqutundan sonra XVII əsrdə Azərbaycan ərazisində yaranan xanlıqlar dövründə Bakı xanları Şamaxı qapısının sol tərəfindəki ərazidə yerləşən sarayda yaşayıblar. 1806-cı ildə rusların Bakını işğal etməsindən sonra xan sarayında rus hərbi qarnizonu yerləşdirilib. Post-sovet dövründə isə bu ərazidə hərbi polis idarəsi yerləşirdi.

 

Vaxtilə bu ərazidə hovuzlu gül-çiçəkli bağça var imiş. Bu əzəmətli saraydan hazırda sadəcə giriş portalı və bərpa olunmuş kiçik məscid salamat qalıb. Xan sarayının ərazisində qala divarlarının dibində yeraltı hamam hələ də torpaq altında durur. Son orta əsrlərdə Bakı şəhərinin qala divarlarından kənarda da xan bağı və xan sarayı mövcud imiş.

1985-1986-cı illərdə Bakı xan sarayının ərazisinin bir hissəsində arxeoloji qazıntılar aparılıb. Buradan külli miqdarda maddi-mədəniyyət nümunələri ilə yanaşı, su-kəhriz sistemi və yeraltı memarlıq tikililəri də aşkar olunub.

 

Bakı xanlarının sarayında aşağıdakı xanlar yaşayıblar:

1747-1765 – I Mirzə Məhəmməd xan (Dərgahqulu xanın oğlu); 
1765-1784 – Məlik Məhəmməd xan (I Mirzə Məhəmməd xanın oğlu); 
1784-1791 – II Mirzə Məhəmməd xan (Məlik Məhəmməd xanın oğlu);
1791-1792 – Məhəmməd Qulu xan (I Mirzə Məhəmməd xanın oğlu);
1792-1806 – Hüseyn Qulu xan (Hacı Əliqulu Ağa xanın oğlu).

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Hatay vilayətində türk dünyası gəncliyinə çağırış edib

Ruhən "xəstə" olan insanlara meydan oxuyan xanım

Solo konsert baş tutdu

Nazirlik məktəblərdə monitorinqlər aparmalıdır - BƏYANAT

“Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır”

İlyas İsmayılovun oğlu öldürüldü

Xərçəngin yayılmasının ağlagəlməz səbəbləri

"Ona Azərbaycanın daxili işlərinə burnunu soxmamasını məsləhət görürük"

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

"“Quba Məzarlığı”nın basdırılması cinayətdir”

Ziyalılar və ictimaiyyət nümayəndələri anım tədbiri keçirib

“Qar kölgəsi” ətrafında

Gecə 15-20, gündüz 24-29

“Əlillər evdən bayıra çıxa bilməyəcək”