“30 ildir baş qatırlar, otururlar, danışırlar və dağılışırlar”

15:18 14-10-2020 | icon 119 | Siyasət
“30 ildir baş qatırlar, otururlar, danışırlar və dağılışırlar”

Rəcəb Tayyib Ərdoğan: "Biz Azərbaycana dəstək verdik və bu dəstəyi yenə də verəcəyik”

 

“Ermənistanın həm hücum edən tərəf, həm də atəşkəsi pozan tərəf olmasına baxmayaraq, Azərbaycana təzyiq göstərən ölkələrin məqsədi müharibəni dayandırmaq deyil”.

 

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin (Ədalət və İnkişaf Partiyası) qrup iclasında çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, Azərbaycanda mülki vətəndaşların yaşadığı ərazilərin raketlə vurulması o deməkdir ki, onların hədəfi başqadır:

 

“Azərbaycanı Türkiyə olaraq bütün varlığımızla müdafiə edib, yanında olacağıq”.

 

O qeyd edib ki, hazırda Türkiyədə təxminən 100 minə yaxın erməni yaşayır:

“Onlar burada rahat yaşayırlar. Biz onlara qarşı heç bir bir zaman neqativ münasibət göstərmədik. Amma ermənilər azərbaycanlı qardaşlarımızın torpaqlarını işğal etdilər. Azərbaycanlı əhali torpaqlarını tərk etmək məcburiyyətində qalıb.

İndi Azərbaycan işğal altında olan öz torpaqlarını istəyir, başqa bir tələb yoxdur. İstədikləri budur. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri - ABŞ, Fransa və Rusiya, xüsusən Fransa hələ də baş qatmaq taktikasından istifadə edir və məsələnin həllini ləngidir.

Burada işğal faktı var. Dünyada insan haqları, demokratiya varsa, siz də 30 ildir bu problemi həll etməkdə səlahiyyətlisinizsə, tez bir zamanda müzakirələri bitirib, həmin torpaqları sahiblərinə qaytarmalısınız.

Bir müzakirə 30 il müddətinə davam edə bilər? 30 ildir baş qatırlar. Otururlar, danışırlar və dağılışırlar. Bu qədər uzun çəkən məsələ deyil. Torpaları verin. İndi də vəziyyət bu həddə gəlib çatıb. Bizə zəng edirlər ki, biz mücahidləri guya Suriyadan Dağlıq Qarabağa göndəririk. Bizim belə dərdimiz yoxdur. Biz Azərbaycana dəstək verdik və bu dəstəyi yenə də verəcəyik”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqəyə qeydiyyat başa çatır

Direktor olmaq istəyən namizədlərin NƏZƏRİNƏ

"Qarabağın məşhur müəllimləri" layihəsinə başlanılır

Azərbaycan “İti qovan” istehsalına başladı - FOTO

“Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO

“Paşinyan uduzduğunu başa düşür və bilir ki, erməni xalqı onu asacaq”

Zəngilanın bir qəsəbəsi və 13 kəndi işğaldan azad edilib

Füzuli və Cəbrayılın daha bir neçə kəndi işğaldan azad edilib

“Azərbaycan və İran dövlət sərhədi tam nəzarətə götürüldü”

Rəsmləri ilə hər kəsi valeh etdi - MÜSAHİBƏ

Azərbaycan səni unutmayacaq - VİDEO

“Danışıqlara, sülhə məhz Paşinyan dəvət olunmalıdır” - MÜSAHİBƏ

“Ordumuz öz işini qüsursuz şəkildə həyata keçirir”

“Daha 13 kənd işğaldan azad edildi”

Dahi şair, mənzum dramaturgiyanın banisinin doğum günüdür