Ermənistanın son hərbi təcavüz aktı Kolumbiyanın nüfuzlu qəzetində - FOTO

09:32 15-10-2020 | icon 53 | KİV
Ermənistanın son hərbi təcavüz aktı Kolumbiyanın nüfuzlu qəzetində - FOTO

Kolumbiyanın ən aparıcı mətbu orqanlarından olan “El Espectador” qəzetində səfir Məmməd Talıbovun Dağlıq-Qarabağ münaqişəsi, Ermənistanın son təcavüz aktı və hazırkı hərbi əməliyyatlarla bağlı müsahibəsi dərc olunub.

 

Bununla bağlı Azərbaycanın Meksikadakı səfirliyi məlumat yayıb.

 

Müsahibədə münaqişənin tarixi haqda məlumat verən səfir, Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən dərhal sonra Ermənistan tərəfindən hərbi təcavüzə məruz qaldığını, Dağlıq Qarabağ və 7 ətraf rayon olmaqla Azərbaycanın beynəlxalq qaydada, eləcə də Kolumbiya tərəfindən tanınmış ərazilərinin beşdə birinin Ermənistan tərəfindən işğal edildiyini bildirib. 

 

Səfir münaqişəyə dair BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş dörd qətnamənin Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini, ancaq həmin vaxtdan 27 il keçməsinə rəğmən, Ermənistanın davamlı destruktiv mövqeyi səbəbindən münaqişənin həllində cüzi də olsa irəliləyiş əldə olunmadığını qeyd edib.  

 

27 sentyabr tarixindən etibarən Ermənistanın dinc yaşayış məntəqələrini artilleriya atəşinə tutmağa başladığını, hazırkı anadək bu hücumlar nəticəsində arasında azyaşlı uşaqlar da olmaqla çoxsaylı azərbaycanlı mülkü vətəndaşın həlak olduğu və yaralandığını, habelə son günlərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı terror əməli törədərək hərbi əməliyyatlar aparılan ərazidən uzaqda yerləşən Gəncə, Mingəçevir şəhərlərinə ballistik raket zərbələri endirdiyini məlumat verən diplomat, Azərbaycan ordusunun mülkü əhalinin təhlükəsizliyini təmin etmək və işğal olunmuş əraziləri azad etmək məqsədilə əks-hücum tədbirləri apardığını bildirib.

 

Münaqişənin masa ətrafında həllinin mümkünlüyünə dair müxbirin sualına cavab olaraq təmsilçimiz münaqişənin başlıca səbəbinin Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğu olduğunu, hazırda beynəlxalq ictimaiyyətin tərəfləri dialoqa çağırdığını, lakin bu addımın birtərəfli qaydada atıla bilməyəciyini, münaqişədə təcavüzkar tərəfin Ermənistan olduğunu, hər kəsin təcavüzkarla zərərçəkəni ayırd etməsi gərəkdiyini və beynəlxalq ictimaiyyətin BMT TŞ-nin qətnamələrinin yerinə yetirilməsi və Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsini tələb etməli olduğunu vurğulayıb. 

Müsahibənin mətni ilə bu linkdən tanış ola bilərsiniz:

 

https://www.elespectador.com/noticias/el-mundo/armenia-y-azerbaiyan-alto-el-fuego-humanitario-no-detuvo-las-confrontaciones-armadas-en-la-region/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Düşmənin Qubadlı istiqamətindəki bölmələri məhv edilib - VİDEO

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqəyə qeydiyyat başa çatır

Direktor olmaq istəyən namizədlərin NƏZƏRİNƏ

"Qarabağın məşhur müəllimləri" layihəsinə başlanılır

Azərbaycan “İti qovan” istehsalına başladı - FOTO

“Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO

“Paşinyan uduzduğunu başa düşür və bilir ki, erməni xalqı onu asacaq”

Zəngilanın bir qəsəbəsi və 13 kəndi işğaldan azad edilib

Füzuli və Cəbrayılın daha bir neçə kəndi işğaldan azad edilib

“Azərbaycan və İran dövlət sərhədi tam nəzarətə götürüldü”

Rəsmləri ilə hər kəsi valeh etdi - MÜSAHİBƏ

Azərbaycan səni unutmayacaq - VİDEO

“Danışıqlara, sülhə məhz Paşinyan dəvət olunmalıdır” - MÜSAHİBƏ

“Ordumuz öz işini qüsursuz şəkildə həyata keçirir”

“Daha 13 kənd işğaldan azad edildi”