Seçicilərin problemlərinin böyük bir hissəsi öz həllini tapıb

17:12 15-10-2020 | icon 181 | Cəmiyyət
Seçicilərin problemlərinin böyük bir hissəsi öz həllini tapıb

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonunda seçiciləri qəbul edib, onların müraciətlərini, qayğılarını dinləyib, onları maraqlandıran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparıb. Qənirə Paşayeva qaldırılan məsələlərin həlli istiqamətində bir sıra qurumlarla, təşkilatlarla müzakirələr aparıb və müraciətlərin böyük bir hissəsi öz həllini tapıb.

 

Versus.Az xəbər verir ki, sakinlərin müraciətləri arasında müalicə, təhsil, işə qəbul, ünvanlı sosial yardım, xəstəliyə görə əlillik pensiyası, su, qaz, işıq, yol infrastrukturu ilə bağlı problemlər, bəzi məhkəmə qərarlarının icrasına dair məsələlər daha geniş yer tutub.

 

Millət vəkili vətəndaşlarla müzakirələr zamanı onlarla koronavirus pandemiyasından qorunmaq istiqamətində də maarifləndirici fikir mübadiləsi aparıb. Millət vəkili eyni zamanda, cənab Prezidentin rəhbərliyi altında COVİD-19-un geniş yayılmaması, əhalimizin sağlamlığının qorunması ilə bağlı ümumrespublika miqyasında görülmüş mühüm işlərlə bağlı məlumatlar verib və bir daha COVİD-19-dan qorunmaq üçün qaydalara əməl etməyə çağırıb.

 

Komitə sədri həmçinin Ağstafa Regional Mədəniyyət İdarəsinin rəhbərliyinin iştirakı ilə, Aşıq Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin kollektivi ilə də görüşüb.

 

Qənirə Paşayeva qeyd edib ki, bölgədə mədəniyyət və incəsənətin inkişafı, mədəni irsin qorunması sahəsində önəmli işlərin görülməsinə ciddi ehtiyac var. Q.Paşayeva ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyətimizin qorunması və inkişafına böyük diqqətini və dəstəyini xüsusi vurğulayaraq, bölgələrimizdə də bu işlərin sürətlə getməsi üçün konkret təkliflərlə çıxış edib. 

 

Tovuz rayonunun mədəniyyət müəssisələrində çalışan əməkdaşlar özlərinin və habelə mədəniyyət müəssisələrinə müraciət edən vətəndaşların, özəlliklə, gənclərin istək və arzularını bölüşüb, təşəbbüs və təkliflərini bildiriblər.

 

İrəli sürülən təkliflərlə bağlı Mədəniyyət Nazirliyinə və digər aidiyyatı qurumlara müraciət edəcəyini deyən Komitə sədri, toxunulan məsələlərin də, münasib qaydada öz həllini tapması üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

SEVDA
Versus.Az

Xəbər lenti

Türkiyə Prezidenti Avropanın sonunun yaxınlaşdığını bildirdi

“Müsəlmanlara qarşı cəbhə açan Avropa öz sonuna doğru hazırlıq görməyə başladı”

Türkiyə-Fransa arasında diplomatik qalmaqal başlayıb

Hərbi-hava qüvvələrimiz Ermənistanın tankları, sığınacaqları və dayaq məntəqələri məhv edib

Azərbaycan snayperi 19 düşmən hərbçisini məhv etdi - VİDEO

Ordu irəliləyir, Prezident müjdələr verir, üzümüz gülür...

“Övladınızı başqasının torpağında qan tökməyə, işğal etməyə göndərməyin” - MÜSAHİBƏ

“Ermənistanı təslimçi sülhə məcbur etməliyik...”

Laçın və Qubadlı rayonları Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutulur

"Bu, cənab Prezident tərəfindən verilən açıq mesaj idi"

“Onurğa sütununun əyilməsi nəticəsində daxili orqanların fəaliyyəti də pisləşir”

Eldar Həsənovun həbs qətimkan müddəti uzadılıb

“Təmas xəttini keçmək asan deyildi, lakin biz bunu etdik”

Ermənistan ərazisindən Qubadlı rayonu atəşə tutulur

Kəlbəcər rayonunun yeraltı və yerüstü təbii sərvətləri yenidən öyrəniləcək

“Düşmən hücumu nəticəsində yaralanan azyaşlı həlak oldu”

Düşmən Naftalan - Tərtər rayonlarını atəşə tutur

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Gələn Müstəqillik Gününü zəfər alqışları ilə qeyd edəcəyik” - VİDEO

“Azərbaycanın işğaldan azad edilmiş yaşayış məntəqələrinin sayı 78-ə çatıb”

Düşmən Tərtərdə pambıq emalı zavoduna raket zərbələri endirdi - FOTO/VİDEO

Xalqın günahı...

Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı - VİDEO

Mehriban Əliyeva paylaşım etdi

Azərbaycan adından vəsait toplayırlar - XƏBƏRDARLIQ

İşğaldan azad edilən Zəngilanda Azərbaycan bayrağı qaldırıldı - VİDEO

“Zəngilan azad edildi”

Düşmənin Qubadlı istiqamətindəki bölmələri məhv edilib - VİDEO

“İnşallah böyük qələbəmizin sevincini yaşayaq”

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqəyə qeydiyyat başa çatır

Direktor olmaq istəyən namizədlərin NƏZƏRİNƏ

"Qarabağın məşhur müəllimləri" layihəsinə başlanılır

Azərbaycan “İti qovan” istehsalına başladı - FOTO