“Tezliklə Füzuli rayonu ilə bağlı yaxşı xəbərlər gələcək”

17:56 15-10-2020 | icon 540 | Gündəm
“Tezliklə Füzuli rayonu ilə bağlı yaxşı xəbərlər gələcək”

İlham Əliyev: "Uğurlu əməliyyatımız davam edir, hər gün bu rəqəmlər dəyişir"

 

“Azərbaycan ordusu hər gün uğurlu əməliyyatlar keçirir. Bu əməliyyatlar haqqında ictimaiyyətə məlumatlar verilir. Bizim əsas məqsədimiz torpaqlarımızın bütövlüyünü təmin etməkdir”.

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Türkiyənin NTV televiziyasına müsahibəsində deyib.

 

Dövlət başçısı bildirib ki, döyüş meydanında əsas hədəf strateji yüksəklikləri əldə etmək və böyük əraziləri nəzarət altına almaq idi:

 

“Dünən mənim tərəfimdən verilən açıqlama Azərbaycan xalqını növbəti dəfə sevindirdi. Füzuli rayonunun üç, Xocavənd rayonunun beş kəndi işğalçılardan azad edildi. Həm şimal, həm cənub, həm də şərq strateji yüksəkliklər bizim nəzarətimizdədir.

Uğurlu əməliyyatımız davam edir. Hər gün bu rəqəmlər dəyişir. Amma haradasa 40-dan çox yaşayış məntəqəsi – şəhərlər və kəndlər azad edilib. Yaxın vaxtlarda növbəti sevincli, xoş xəbərlər gələcək.

Əsas əməliyyatlar şimal və cənub istiqamətlərində aparılır. Füzuli rayonunun bir çox kəndlərini işğaldan azad etdik. Əminəm ki, tezliklə Füzuli rayonu ilə bağlı yaxşı xəbərlər gələcək”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dahi şair, mənzum dramaturgiyanın banisinin doğum günüdür

“Düşmən hücumu nəticəsində yaralanan azyaşlı həlak oldu”

Düşmən Naftalan - Tərtər rayonlarını atəşə tutur

Türkiyə Prezidenti Avropanın sonunun yaxınlaşdığını bildirdi

Ermənilərin cəhdi baş tutmadı - VİDEO

Vitse-prezidentdən işğaldan azad edilmiş ərazilərimizlə bağlı paylaşım - FOTO

Xalq artisti Qarabağ haqqında xatirələrini bölüşüb - VİDEO

XİN-dən Ermənistanın yenidən atəşkəsi pozması ilə bağlı BƏYANAT

Səkkiz rayonumuz Ermənistan tərəfindən atəşə tutulur

Növbəti səyyar sənəd qəbulunun VAXTI

38 yaşlı kişi binadan yıxıldı

Ermənilər Daşkəsəni atəşə tutdu: - VİDEO

BŞİH məktəblərdə yenidənqurmaya 7,4 milyon manat sərf edəcək

Qarabağ qazisinin köməyə ehtiyacı var - FOTO

İdmançının nəhəng ilandan qaçmasını əks etdirən GÖRÜNTÜ