Versus.Az Cebhe.info-nun 3 yaşını təbrik edir

14:19 01-09-2018 | icon 91 | KİV
Versus.Az Cebhe.info-nun 3 yaşını təbrik edir

Bu gün Cebhe.info xəbər portalının 3 yaşı tamam olur. Eyni zamanda “Cümhuriyət” qəzetinin bir neçə illik fasilədən sonra yenidən nəşrə başlamasından 3 il ötür.

 

Versus.Az xəbər verir ki, Azərbaycanın xəbər məkanında özünəməxsus yer tutan, çeviklik, obyektivlik, dəqiqlik kimi əsas mediaprinsiplərinə daim əməl edən Cebhe.info saytı 2015-ci ilin 1 sentyabrından fəaliyyətə başlayıb.

 

Cebhe.info 3 il ərzində istinad edilən xəbər portallarından birinə çevrilib və öz oxucu auditoriyasını toplaya bilib. Cebhe.info xəbər portalı və “Cümhuriyət” qəzeti gündəlik və operativ xəbər istehsalı ilə yanaşı, oxucularına həm də siyasət, sosial, iqtisadi, idman, hüquq, geopolitika, mədəniyyət, tarix və digər mövzularda xəbərlər, reportajlar, araşdırmalar, maarifləndirici yazılar və fərqli maraqlı materiallar təqdim edir.

 

Cebhe.info xəbər portalı və “Cümhuriyət” qəzeti xarici ölkələrdə yaşayan azərbaycanlıları daim diqqət mərkəzində saxlayıb, Güney Azərbaycan, Kərkük, Borçalı, Dərbənd türklərinin problemlərini müntəzəm şəkildə işıqlandırır.

 

Versus.Az saytının kollektivi Rəfail Becanov və Cebhe.info xəbər portalında, “Cümhuriyət” qəzetində çalışan digər həmkarlarını səmimi qəlbdən təbrik edir, onlara peşə fəaliyyətlərində uğurlar arzulayır.

Uğurlarınız bol olsun, əziz həmkarlar!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Hatay vilayətində türk dünyası gəncliyinə çağırış edib

Ruhən "xəstə" olan insanlara meydan oxuyan xanım

Solo konsert baş tutdu

Nazirlik məktəblərdə monitorinqlər aparmalıdır - BƏYANAT

“Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır”

İlyas İsmayılovun oğlu öldürüldü

Versus.Az Talk TV kollektivini təbrik edir

Xərçəngin yayılmasının ağlagəlməz səbəbləri

"Ona Azərbaycanın daxili işlərinə burnunu soxmamasını məsləhət görürük"

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

"“Quba Məzarlığı”nın basdırılması cinayətdir”

Ziyalılar və ictimaiyyət nümayəndələri anım tədbiri keçirib

“Qar kölgəsi” ətrafında

Gecə 15-20, gündüz 24-29