Akademikdən ziyalılarımıza ÇAĞIRIŞ

16:27 17-10-2020 | icon 224 | Cəmiyyət
Akademikdən ziyalılarımıza ÇAĞIRIŞ

Rasim Əliquliyev: “Arxa cəbhənin əsgəri kimi informasiya müharibəsində fəal iştirak etməliyik”

 

AMEA-nın vitse-prezidenti, İnfromasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev institutun Elmi şurasının onlayn iclasında çıxışı zamanı ziyalılara çağırış edib.

 

Versus.Az xəbər verir ki, akademik hazırda Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə rəşadətli ordumuzun ard-arda qazandığı mühüm qələbələrin ölkəmizdə böyük ruh yüksəkliyinin müşahidə olunduğunu qeyd edib.

 

Alimin sözlərinə görə, ön cəbhədə əsgərlərimizin böyük əzmkarlığı ilə yanaşı, arxa cəbhədə də bütün Azərbaycan xalqı dövlət başçısının ətrafında bir yumruq kimi birləşərək vətən uğrunda əlindən gələni edir, qəhrəman ordumuza tam dəstəyini nümayiş etdirir.

 

“Biz məqsədyönlü informasiya siyasətinin tərkib hissəsi kimi bu işə öz töhfələrimizi verməliyik”, - deyən alim İnformasiya Texnologiyaları İnstitutunun da ölkənin intellektual bir qurumu kimi müharibənin bütün ağırlığını dərk edərək bu çətin günlərdə həm ordumuza maddi-mənəvi dəstək göstərdiyini, həm də informasiya müharibəsində fəal iştirak etdiyini deyib.

 

“Bütün Azərbaycan ziyalıları arxa cəbhənin əsgərləri kimi öz potensialından maksimum şəkildə istifadə etməli, xarici həmkarları ilə əlaqələr qurmalı, kütləvi informasiya vasitələrində müntəzəm olaraq çıxışlar edərək Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdırmalıdır”, - deyə AMEA-nın vitse-prezidenti elm ictimaiyyətinə çağırış edib.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Türkiyə Prezidenti Avropanın sonunun yaxınlaşdığını bildirdi

Ermənilərin cəhdi baş tutmadı - VİDEO

Vitse-prezidentdən işğaldan azad edilmiş ərazilərimizlə bağlı paylaşım - FOTO

Xalq artisti Qarabağ haqqında xatirələrini bölüşüb - VİDEO

Səkkiz rayonumuz Ermənistan tərəfindən atəşə tutulur

XİN-dən Ermənistanın yenidən atəşkəsi pozması ilə bağlı BƏYANAT

Növbəti səyyar sənəd qəbulunun VAXTI

38 yaşlı kişi binadan yıxıldı

Ermənilər Daşkəsəni atəşə tutdu: - VİDEO

BŞİH məktəblərdə yenidənqurmaya 7,4 milyon manat sərf edəcək

Qarabağ qazisinin köməyə ehtiyacı var - FOTO

İdmançının nəhəng ilandan qaçmasını əks etdirən GÖRÜNTÜ

Ermənistana XƏBƏRDARLIQ

Düşmən Tərtəri atəşə tutur

Düşmən Goranboy, Tərtər və Bərdəni atəşə tutur