Onlar psixoloji sahədə maarifləndirilir

12:28 07-09-2018 | icon 15 | Gündəm
Onlar psixoloji sahədə maarifləndirilir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, nazirliyin Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən cəbhəboyu zonada yerləşən hərbi hissələrdə şəxsi heyətlə iş üzrə zabitlərin və psixoloqların iştirakı ilə psixoloji işin təşkilinə dair tədbirlər keçirilib.

 

Müdafiə Nazirliyindən Versus.Az-a verilən məlumata görə, hərbi hissələrin psixoloqları ilə “Hərbi qulluqçunun fərdi - psixoloji xüsusiyyətlərinin öyrənilməsi” mövzusunda keçirilən təlim-metodiki məşğələlərdə xidmətə yeni çağırılan və döyüş növbətçiliyinə yeni cəlb olunan hərbi qulluqçuların uyğunlaşma dövrünə xüsusi diqqətin yetirilməsi qeyd olunub, eləcə də hərbçilərə fərdi - psixoloji işə dair təlimat və tövsiyələr verilib.

 

Bundan əlavə, “Hərbi hissələrdə psixoloji işin təşkili və aparılması”, “Hərbi kollektivlərdə sosial psixoloji proseslərin öyrənilməsi” və “Hərbi qulluqçularla iş zamanı psixoloji amillərin rolu” mövzularında seminar məşğələlər keçirilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Hatay vilayətində türk dünyası gəncliyinə çağırış edib

Ruhən "xəstə" olan insanlara meydan oxuyan xanım

Solo konsert baş tutdu

Nazirlik məktəblərdə monitorinqlər aparmalıdır - BƏYANAT

“Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır”

İlyas İsmayılovun oğlu öldürüldü

Xərçəngin yayılmasının ağlagəlməz səbəbləri

"Ona Azərbaycanın daxili işlərinə burnunu soxmamasını məsləhət görürük"

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

"“Quba Məzarlığı”nın basdırılması cinayətdir”

Ziyalılar və ictimaiyyət nümayəndələri anım tədbiri keçirib

“Qar kölgəsi” ətrafında

Gecə 15-20, gündüz 24-29

“Əlillər evdən bayıra çıxa bilməyəcək”