“Yalan yazıblar, bir qız zəng elədi ki..."

12:34 07-09-2018 | icon 244 | Mədəniyyət
“Yalan yazıblar, bir qız zəng elədi ki..."

3 gün əvvəl Azərbaycanın xalq artisti, tanınmış aktyor Rasim Balayevin xəstəxanaya düşməsilə bağlı məlumatlar yayılıb.

 

Versus.Az xəbərverir ki, Modern.az sevimli aktyorun sağlıq durumunun nə yerdə olduğunu öyrənmək üçün R.Balayevlə əlaqə saxlayıb.


Xaql artisti səhhətilə bağlı yazılanları təkzib edib:

“Yalan yazıblar. Bir qız zəng elədi ki, “səhhətiniz necədir?”. Dedim həkimə gedirəm, “tok”a-fizioterapeyaya yazıb həkim. Fizioterapeyaya hamı gedir də. Bu da götürüb yazıb ki, “Rasim Balayevin səhhəti pisləşdi, xəstəxanaya yerləşdirildi”. Bu adam yazdığının məsuliyyətini dərk etmir. Bilmir ki, mənim qohum-əqrəbam var. Guya elə bilib ki, mən reanimasiya demişəm. Reanimasiyaya adam özü getmir eyyy! Adam reanimasiyalıq olanda başqaları onu aparır”.

R.Balayev xəbəri yazan müəllifə etiraz etdiyini bildirib:

“Xəbəri oxuyandan sonra zəng vurdum. Dedim ayıbdır, utanmırsan?! Mənim bütün qohum-əqrabam zəng edir. Narahat olublar. Mən necə deyə bilərəm ki, reanimasiyaya gedirəm?! Üzümə qarşı deyir ki, “mən elə yazmasam, saytı oxumurlar”. Dedim sənin saytının oxunması üçün məndən, xəstəliyimdən istifadə edirsən?! Dedim bir də mənə zəng eləmə”.

Akrtoy hazırda özünü yaxşı hiss etdiyini vurğulayıb:

“Yaxşıyam, 70 yaşında adamın ayağında sinir ağrısı olması normaldır.  Niyə şişirdirlər axı?! İndi cavanlarda da bu hal var”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi-VİDEO

“Belə mətbuatın nəyini təbrik edəsən?” - MÜSAHİBƏ

Leyla Yunus Elçibəyi KQB agenti adlandırdı

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

Bu xəstəliyin ilkin mərhələsində həkimə müraciət mütləqdir

DGKA rəisi abituriyentlər və valideynlərlə görüşdü

“Azərbaycan mətbuatının ictimai fikrə təsir yükü var” - MÜSAHİBƏ

İnanılmaz: dənizdə boğulub "ölən" gənc ayıldı

Xarici diplomat AXH-nin ofisinə polis basqısı ilə maraqlanıb

Sosial şəbəkədə “qocalıq” trendi: Əyləncəli görünən təhlükələr

Əl quruması - iflici nədir və müalicəsi varmı? /FOTO-VİDEO/

Bakıda Aya Sofyadan daha gözəl məbəd niyə partladıldı? /Video/

ALDP Keçikçidağ ilə bağlı bəyanat verdi

Polis leytenantı özünü güllələdi

“Kahveçi +” inşaat şirkəti yubileyini və Milli Mətbuat gününü qeyd etdi