Bu tələbələrə iş təklif olundu

13:42 10-09-2018 | icon 205 | İqtisadiyyat
Bu tələbələrə iş təklif olundu

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC-nin tələbələr üçün keçirdiyi “Yay təcrübəsi 2018” proqramı uğurla başa çatıb.

 

Nazirlikdən Versus.Az-a verilən məlumata görə, “Xəzər”, Bakı Mühəndislik, Azərbaycan Dövlət İqtisad universitetlərinin və Azərbaycan Diplomatik Akademiyasının III və IV kurs tələbələrinin iştirakı ilə keçirilən təcrübə proqramı üç aylıq müddəti əhatə edib.

 

“Aztelekom”un Genişzolaqlı Xidmətlər, İnformasiya Texnologiyaları, Texniki, Maliyyə və İnsan Resursları departamentlərində təcrübə keçən tələbələr iş prosesində birbaşa iştirak edərək müasir texniki avadanlıqla tanış olmaq imkanı əldə ediblər.

Proqramın yekununa həsr olunmuş tədbirdə hər bir iştirakçıya “Aztelekom” MMC-nin sertifikatı və hədiyyələri təqdim olunub.

Tələbələrlə görüşdə “Aztelekom” MMC-nin İnsan resursları departamentinin direktoru Səidə Hüseynova bildirib ki, bu kimi layihələr gələcəkdə uğurlu əməkdaşlıq üçün istedadlı kadrların müəyyən olunmasına imkan yaradır.

 

Bundan əlavə, gənclərə uğurlu işgüzar həyatla bağlı faydalı məsləhətlər də verilib.

Ölkədə telekommunikasiya sahəsində ən iri müəssisələrdən olan “Aztelekom” MMC tələbələrə və istedadlı gənclərə karyeranın qurulmasında mütəmadi olaraq dəstək olmaq üçün sözügedən layihəni gələcəkdə də davam etdirəcək.

 

Qeyd edək ki, təcrübədə iştirak edərək yüksək nəticə göstərən tələbələrin adları təşkilatın kadr bazasında ehtiyat və potensial kadrlar statusunda saxlanılacaq.

“Yay təcrübəsi 2018” proqramını uğurla başa vuran bir neçə tələbəyə mövcud vakansiyalar üzrə iş təklifləri edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yerlə yeksan edəcəklər ki, Azərbaycana qalmasın” - MÜSAHİBƏ

AVMVİB-in təsis etdiyi xatirə medalı Şəhidin anasına təqdim edildi

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

AVMVİB və 713-cü batalyonun döyüşçüləri Qurtuluş Günündə

“Şəhid ailələrindən şəxsi mənafeyi üçün istifadə edənlər var”

Türkmənlərin fikir babasının qızı, milli liderin həyat yoldaşı...

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

"Vətənə oğul olanlar" - FİLM

AXCP-də film olayı, yoxsa xəyanət?

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu

Münasibətlərdə istismar olunmaq

"Füzuli Məmmədovun təcrübəsindən Avropada da istifadə olunmalıdır"

Mənim şəhid əsgər yoldaşım

"Mən səni qızım olasan deyə dünyaya gətirmədim"