Gəmiçiliyin 160 illiyinə həsr olunmuş fotoqalereya açılıb

13:55 10-09-2018 | icon 202 | İqtisadiyyat
Gəmiçiliyin 160 illiyinə həsr olunmuş fotoqalereya açılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə “Gənclik” metrostansiyasında “Metro Gallery” layihəsi çərçivəsində “Gəmiçilik-160 il” mövzusunda fotoqalereya açılıb.

 

Versus.Az xəbər verir ki, bu dəfə paytaxt sakinləri və Bakının qonaqları stansiyanın hər dörd çıxışının əsas vestibüllərində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tarixini əks etdirən nadir fotoları görmək imkanı qazanıblar.

 

Foto sərginin ilk günündə rəsmi açılış mərasimi baş tutub. Açılışda çıxış edən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi Mehman Mehdiyev bildirib ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyinə həsr olunan sərgidə 90-dan çox foto nümayiş olunur:

 

“Fotoların hər biri Xəzərdə Azərbaycan gəmiçiliyinin müxtəlif dövrlərini əhatə edir. Burada Xəzər dənizində üzən ilk gəmilər, tanınmış dənizçilər, neft mədənləri, tacirlər haqqında maraqlı fotolara rast gəlmək mümkündür”.

 

Sərgidə müxtəlif arxivlərdən əldə edilən nadir fotolar nümayiş olunur. Onların əksəriyyəti araşdırmaçı-jurnalist, Bakı Media Mərkəzinin redaktoru, əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovun araşdırması ilə ortaya çıxıb. Gəmiçiliyin sifarişi əsasında tarixi-sənədli kitab yazan Müsəllim Həsənov qeyd edib ki, fotoların hər biri özündə böyük bir tarixi yük daşıyır. O bildirib ki, foto işlər həm Azərbaycanın, həm də Rusiyanın arxivlərindən əldə olunub.

Daha sonra çıxış edən uzaq səfərlər kapitanı Muxtar Axundov Gəmiçiliyin qəhramanlıqlarla dolu tarixi və bugünki dinamik inkişafı haqqında məlumat verib.

 

“Bakı Metropoliteni” QSC-nin nümayəndəsi isə Bəxtiyar Məmmədov deyib ki, bu tipli tədbirlər «Bakı Metropoliteni» QSC-nin davamlı reallaşdırdığı sosial yönümlü proqramlarının tərkib hissəsidir. “Ümid edirik ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ilə gerçəkləşdirilən bu sərgi böyük maraqla qarşılanacaq. Çünki, burada doğrudan da, heç yerdə rast gəlinməyən fotolar mövcuddur”.

 

Sərgilənən hər fotonun yanında yerləşdirilən paspartuda onun anotasiyası qeyd edilib. Bundan başqa, sərgi izləyicilərinə fotoşəkillər barədə virtual məlumat almasına da şərait yaradılıb. Belə ki, izləyicilər smartfonları vasitəsi ilə şəkillərdəki "QR” koddan istifadə edərək Bakı metropoliteninin rəsmi saytında yerləşdirilmiş elektron qalereyaya daxil ola və fotoların yüksək keyfiyyətlə nümunələrini yükləyə bilərlər.

Fotolar ilin sonuna kimi sərgilənəcək. Bununla, stansiya keçidlərindən istifadə edən metro sərnişinləri – paytaxt sakinləri və şəhərimizin qonaqları, eləcə də mövzu ilə maraqlanan hər kəs Xəzər sularında gəmiçiliyin inkişaf tarixinə virtual səyahətə çıxmaq fürsəti əldə edəcəklər.

 

Xatırladaq ki, bu il şanlı tarixə malik Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 160 illik yubileyini qeyd edir. Xidmət sahəsinin müxtəlifliyinə görə “AXDG” QSC unikal gəmiçilik şirkətlərdən hesab olunur.

Xəbər lenti

SÖZƏBAXAN MEDİYA, ƏLƏBAXAN QƏLƏMÇILƏR... VƏ "ZƏKAYİ SÖYÜŞ" ƏNƏNƏSİ...

“Əgər bir ölkədə öz xalqını aldadan bir mediya varsa, o ölkənin başqa bir düşmənə ehtiyacı yoxdur”

EYOF Bakı 2019: kişilər arasında idman gimnastikası yarışlarının finalçıları

Şəhriyar Məmmədyarov Maksim Vaşye-Laqravla ikinci görüşünü keçirib

EYOF Bakı-2019: Azərbaycan gimnastlarına böyük uğurlar arzulayıram - tamaşaçı

Azərbaycanda “Tarla günü” keçiriləcək

Ledi Qaqanın anası: Həmişə günah kişilərdə olur

Rezidenturaya keçirilmiş müsabiqənin NƏTİCƏLƏRİ elan olunub

Dövlət Komitəsində Ağdamın işğalının 26-cı ildönümünə həsr olunan anım tədbiri keçirilib

Böyük Britaniyada yeni baş nazir KİM oldu?

Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub

“Muzey əşyalarının daimi mühafizə portalı”na həsr olunan təqdimatın üçüncü mərhələsi keçirildi"

50-dən artıq məktəbdə robototexnika kursu yaradılacaq

Ağdam itkisi insanların şeirlərində, musiqələrindədir

Qoy, yağı düşmən sevinməsin!

Ağdamın işğalından 26 il ötür

XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi-VİDEO

“Belə mətbuatın nəyini təbrik edəsən?” - MÜSAHİBƏ

Leyla Yunus Elçibəyi KQB agenti adlandırdı

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

Bu xəstəliyin ilkin mərhələsində həkimə müraciət mütləqdir

DGKA rəisi abituriyentlər və valideynlərlə görüşdü

“Azərbaycan mətbuatının ictimai fikrə təsir yükü var” - MÜSAHİBƏ

İnanılmaz: dənizdə boğulub "ölən" gənc ayıldı

Xarici diplomat AXH-nin ofisinə polis basqısı ilə maraqlanıb

Sosial şəbəkədə “qocalıq” trendi: Əyləncəli görünən təhlükələr

Əl quruması - iflici nədir və müalicəsi varmı? /FOTO-VİDEO/

Bakıda Aya Sofyadan daha gözəl məbəd niyə partladıldı? /Video/

ALDP Keçikçidağ ilə bağlı bəyanat verdi

Polis leytenantı özünü güllələdi

“Kahveçi +” inşaat şirkəti yubileyini və Milli Mətbuat gününü qeyd etdi