“Təhsilə daha çox diqqət yetirməliyik”

15:05 10-09-2018 | icon 60 | Cəmiyyət
“Təhsilə daha çox diqqət yetirməliyik”

Qənirə Paşayeva gəncləri xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağırıb

 

 

Millət vəkili Qənirə Paşayeva Tovuz rayonu kəndlərində Yeni Dərs İli ilə bağlı məktəbləri ziyarət edib, məktəblərin direktorları və kollektivləri ilə görüşüb.

 

Versus.Az-ın məlumatına görə, məktəblərin qayğılarını dinləyib, direktorlarla, müəllimlərlə geniş fikir mübadiləsi aparan millət vəkili Qənirə Paşayeva  bildirib ki, hər bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar və bu istiqamətdə müəllimlərimizin üzərinə böyük vəzifələr düşür. Dövlət başçımız İlham Əliyevin  və ölkəmizin 1-ci Vitse-prezidenti Mehriban Əliyevanın təhsilə və gənclərimizin savadlı olmasına verdiyi böyük önəmdən danışan millət vəkili Q.Paşayeva ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir və hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənməlidirlər və bu istiqamətdə müəllimlərimizin də üzərinə böyük vəzifələr düşür deyib.

 

Q.Paşayeva qeyd edib ki, cəmiyyətin maariflənməsi, xüsusilə də savadlı, intellektual, vətənpərvər, daxili dünyaları zəngin olan gəncliyimizin yetişməsində və dünyagörüşünün formalaşmasında mütaliə xüsusi əhəmiyyət kəsb edir və gənclər arasında mütaliəyə meyilliyin artması üçün hamımız birlikdə daha çox çalışmalıyıq. 

 

Millət vəkili məktəblərdə fəal gənclərlə də görüşüb, onlara hədiyyə və kitablar təqdim edib, qayğı və fikirləri ilə maraqalanıb. Gəncləri xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran Qənirə Paşayeva onları zamanlarını mənasız işlərə və ya verilişlərə, teleseriallara, şou proqramlarına ayırmamağa çağırıb.

 

Q.Paşayeva məktəblərə kitablar da hədiyyə edib və kitab ən yaxşı dostdur deyərək gəncləri daha çox mütaliəyə çağırıb.

 

Millət vəkili balacalara da xüsusi diqqət ayırıb. Onlarla söhbət edən Qənirə Paşayeva analarla da geniş söhbət edib və balacaları zərərli təsirlərdən qorumağa, onların fiziki olduğu qədər mənəvi olaraq da sağlam böyüməsinə xüsusi diqqət etməyə çağırıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Yalnız möhürü və katibəsi olanlar

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Daha güzəştlik heç nə qalmayıb"

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Bu məhkumlarla bağlı qanun dəyişir