Muğamçılarımız birinci yerə layiq görülüb

10:44 11-09-2018 | icon 179 | Mədəniyyət
Muğamçılarımız birinci yerə layiq görülüb

Özbəkistanın Şəxrisəbz şəhərində keçirilən I Beynəlxalq muğam (makom) sənəti Forumunda Azərbaycan yüksək səviyyədə təmsil olunub. Forumun rəsmi açılışında və keçirilən tədbirlərdə Azərbaycan mədəniyyət naziri Əbülfəs Qarayev iştirak edib.

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən Versus.Az-a verilən məlumata görə, Azərbaycanı bu il Özbəkistanın Şəxrisəbz şəhərində keçirilən beynəlxalq makom müsabiqəsində əməkdar artist Sahib Paşazadənin rəhbərlik etdiyi “Muğam” instrumental musiqi qrupu təmsil edib. Xanəndələr, əməkdar artist Nigar Şabanova, Bakıdakı Beynəlxalq Muğam Müsabiqəsinin laureatı Abgül Mirzəliyev, tarda Kamal Nuriyev, kamançada - əməkdar artist Toğrul Əsədullayev, qanonda - əməkdar artist Çinarə Heydərova, nağarada Emin Cəbrayılov çıxış ediblər.

 

Azərbaycandan “Heyratı” qrupunun solisti Nigar Şabanova və Özbəkistanın “Sakil” ansamblı müsabiqədə I yerə layiq görülüblər. İkinci yerə İran və Hindistan musiqiçiləri, III yerə isə Yaponiya, Türkmənistan və Tunis musiqiçiləri sahib olublar.

 

Bundan başqa, müsabiqənin qran-prisi Tacikistan Muğam Akademiyasına təqdim olunub.

Dünyanın 30 ölkəsindən müxtəlif musiqi qruplarının, muğamçıların iştirak etdiyi müsabiqədə I yerin əldə edilməsi ölkəmiz üçün böyük uğurdur və bu mədəniyyətimizin, milli musiqimizin, muğam sənətinin nailiyyətidir.

 

Qeyd edək ki, mükafat fondunun 10 min dollar təşkil etdiyi I yer üçün xüsusi diplom Özbəkistanın mədəniyyət naziri Baxtiyor Sayfullayev tərəfindən Azərbaycan musiqiçilərinə təqdim edilib və muğamçılarımızın çıxışları, təltifi iştirakçıların böyük alqışları ilə qarşılanıb.

 

GÖZƏL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yerlə yeksan edəcəklər ki, Azərbaycana qalmasın” - MÜSAHİBƏ

AVMVİB-in təsis etdiyi xatirə medalı Şəhidin anasına təqdim edildi

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

AVMVİB və 713-cü batalyonun döyüşçüləri Qurtuluş Günündə

“Şəhid ailələrindən şəxsi mənafeyi üçün istifadə edənlər var”

Türkmənlərin fikir babasının qızı, milli liderin həyat yoldaşı...

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

"Vətənə oğul olanlar" - FİLM

AXCP-də film olayı, yoxsa xəyanət?

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu

Münasibətlərdə istismar olunmaq

"Füzuli Məmmədovun təcrübəsindən Avropada da istifadə olunmalıdır"

Mənim şəhid əsgər yoldaşım

"Mən səni qızım olasan deyə dünyaya gətirmədim"