"e-sosial" internet portalı iki ay ərzində hazır olacaq

15:04 14-09-2018 | icon 46 | İqtisadiyyat
"e-sosial" internet portalı iki ay ərzində hazır olacaq

Prezidenti İlham Əliyevin “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” 5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "e-sosial" internet portalının yaradılması iki ay ərzində reallaşacaq.

 

Nazirlikdən Versus.Az-a verilən məlumata görə, portalın yaradılması işlərinin cari ilin noyabr ayında tam yekunlaşdırılması təmin ediləcək. Bu istiqamətdə nazirlikdə müvafiq işlər davam etdirilir.

 

Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində dövlət xidmətlərinin vahid platforma üzərindən elektron formada təqdim edilməsi üçün "e-sosial" internet portalı mühüm mənbə rolunu oynayacaq. Ümumilikdə nazirliyin bütün xidmətləri avtomatlaşdırılmış formada bu portalda əhatə olunacaq. Geniş funksional imkanları özündə cəmləşdirəcək portal, eyni zamanda, müvafiq xidmətlərin sistemli, bir-biri ilə əlaqələndirilmiş şəkildə təqdim olunmasına təminat verəcək.

 

Dövlət başçısının 9 avqust 2018-ci il tarixli Fərmanı ilə nazirliyin tabeliyində yaradılacaq DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və DOST mərkəzlərinin fəaliyyəti üçün elektron infrastrukturda "e-sosial" internet portalı əsas alətlərdən biri olacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Yalnız möhürü və katibəsi olanlar

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Daha güzəştlik heç nə qalmayıb"

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Bu məhkumlarla bağlı qanun dəyişir