37 saylı məktəb Laçın rayonu üzrə ən yüksən nəticə göstərib

13:12 15-09-2018 | icon 149 | Təhsil
37 saylı məktəb Laçın rayonu üzrə ən yüksən nəticə göstərib

Səxavət Məmmədov: “Bu, bizim təhsildə qazandığımız ən böyük uğurlardan biridir”

 

 

Sentyabrın 15-də Azərbaycanın çoxmilyonlu təhsil ictimaiyyətinin bayramı - Bilik Günü qeyd edilir. Ölkəmizdə yeni dərs ili başlayır.

 

Versus.Az xəbər verir ki, Bilik Günü Laçın rayon 37 saylı tam orta məktəbdə də təmtəraqlı qeyd edilib. Tədbir Azərbaycanın Dövlət himni ilə başlayıb. Sonra məktəbin direktoru Səxavət Məmmədov çıxış edib. 2017-2018-ci tədris ilinin başa çatması, 2018-2019-cu tədris ilinin başlanması ilə əlaqədar ətraflı danışan direktor bildirib ki, məktəbi bitirən 35 şagirddən 24 nəfəri ali məktəblərə qəbul üçün sənəd verib:

 

“Onlardan 22-si respublikamızın müxtəlif ali məktəblərinə daxil olub, 2 nəfər 600-dən yuxarı, 3-ü 500-dən yuxarı bal toplayıb. 600-dən yuxarı bal toplayan şagirdimiz Yusifzadə Kərim Abbas oğlu Laçın rayonu üzrə ən yüksən nəticə göstərib. Bu da bizim təhsildə qazandığımız ən böyük uğurlardan biridir. Daha iki şagirdimiz isə kollecə daxil olub. O cümlədən 9-cu sinifi bitirən 21 şagirdimiz hər iki fəndən yüksək qiymət almaqla 10-cu sinifə qəbul olunub”.

 

Daha sonra Səxavət Məmmədov məktəbin hazırlıq qrupuna qədəm qoyan şagirdləri təbrik edib. Yeni tədris ilində müəllim kollektivinə və şagirdlərə uğurlar arzulayan direktor vurğulayıb ki, Azərbaycan təhsilinin bugünkü inkişafı öz mənbəyini ötən əsrin 70-ci illərindən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılan uzaqgörən və məqsədyönlü siyasətdən alıb, o vaxtdan başlayan qlobal miqyaslı təhsil quruculuğu sonrakı inkişaf üçün güclü təməl olub:

 

“Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir.

Mən əminəm ki, bu uğurlardan dolayı növbəti tədris ilində bizim məktəb daha yüksək nəticələr əldə edəcək”.

 

Daha sonra Laçın rayon icra başçısının sosial iqtisadi məsələlər üzrə müavini İlqar İlyasov çıxış edərək müəllim və şagirdləri, valideynləri yeni tədris ili münasibətilə təbrik edib. Məktəbin uğurlarına sevindiyini vurğulayan İ.İlyasov məktəbin rəhbərliyinə, müəllim kollektivinə yeni tədris ilində daha yüksək nəticələr əldə etməyi arzulayıb.

 

Laçın rayon təhsil şöbəsinin məsləhətçisi Şamo Qasımov da çıxışında hərkəsi yeni tədris ili münasibətilə təbrik edib. O, ən yüksək nəticə göstərən 37 saylı məktəbin direktor və müəllim heyətini bu münasibətlə alqışlayaraq, uğurlar arzulayıb.

 

A.Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Hatay vilayətində türk dünyası gəncliyinə çağırış edib

Ruhən "xəstə" olan insanlara meydan oxuyan xanım

Solo konsert baş tutdu

Nazirlik məktəblərdə monitorinqlər aparmalıdır - BƏYANAT

“Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır”

İlyas İsmayılovun oğlu öldürüldü

Xərçəngin yayılmasının ağlagəlməz səbəbləri

"Ona Azərbaycanın daxili işlərinə burnunu soxmamasını məsləhət görürük"

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

"“Quba Məzarlığı”nın basdırılması cinayətdir”

Ziyalılar və ictimaiyyət nümayəndələri anım tədbiri keçirib

“Qar kölgəsi” ətrafında

Gecə 15-20, gündüz 24-29

“Əlillər evdən bayıra çıxa bilməyəcək”