Liftdən istifadə koronavirusa yoluxma ilə nəticələnə bilər

09:27 05-11-2020 | icon 113 | Sağlamlıq
Liftdən istifadə koronavirusa yoluxma ilə nəticələnə bilər

Liftdən sizdən əvvəl koronavirusa yoluxmuş şəxs istifadə edibsə, sizin də xəstələnmə ehtimalınız var.

 

“Radio1”in məlumatına görə, bu barədə “Rospotrebnadzor”dan (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) xəbərdarlıq edilib.

 

Bildirilir ki, Portland Universitetinin alimləri koronavirusun lift vasitəsilə yayılmasını simulyasiya ediblər. Məlum olub ki, xəstə 10-cu mərtəbəyə getsə və növbəti sərnişin lifti birinci mərtəbəyə çağırsa, qapılar açılıb-bağlananda belə virusların təxminən 25 faizi havada qalır. Yəni növbəti sərnişin təhlükəli liftə minəcək.

 

Üstəlik, xəstənin nəfəsindəki viruslu aerozol düymələrin və liftin digər səthlərinin üzərinə yığılacaq. Buna görə də virusdan qorunmaq üçün yalnız maskalı halda liftə minməli və düymələr salfetin köməyi ilə basılmalıdır.

 

Qeyd edək ki, koronavirusa yoluxmaq üçün ən gözlənilməz yerlər siyahısında liftdən əlavə, metrolar, o cümlədən eskalator və köhnə qatarların vaqonlarını da göstərilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

Akademik Nailə Vəlixanlıdan beynəlxalq təşkilatlara MÜRACİƏT

Trampdan Ağ Evi tərk etmə ŞƏRTİ

Türkiyədə zəlzələ - VİDEO

Kəlbəcər şəhərində Azərbaycan bayrağı QALDIRILDI

19 yaşında xalqın, dövlətin təqdirini QAZANMAQ

O dünyadakı məqamın yüksək olsun, CAVAD

Şuşada tapılan 32 illik HƏDİYYƏ

Adı – Xəyal, igidliyi – gerçək

Adını doğruldan...

Bakı Ali Neft Məktəbi - Doqquz il

Bu gün laçınlılar özlərinə qayıtdılar, özlərini tapdılar

Sakit, Şanslı, Diqqətli, Dost...

Məktəb direktoru vəfat edib

Akif İslamzadə və Brilliant Dadaşova 35 il sonra - VİDEO