Qafqaz İslam Ordusu və Bakının azad edilməsi - 100

15:18 15-09-2018 | icon 55 | Mədəniyyət
Qafqaz İslam Ordusu və Bakının azad edilməsi - 100

Hər birimizin həyatında böyük rolu olmuş bu tarix bütün türk xalqlarının bir rəmzi kimi əsrlərlə yaşayacaq.

 

Milli Azərbaycan Tarixi Muzeyində AMEA Milli Azərbaycan Tarixi Muzeyi və Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı Səfirliyinin birgə təşkil etdiyi “MİLLƏT   SİZƏ   MİNNƏTDARDIR” adlı sərginin açılışı baş tutmuşsdur. Sərgi, QAFQAZ  İSLAM  ORDUSU VƏ  BAKININ  AZAD  EDİLMƏSİNİN 100 illiyinə həsr olunub.

 

Versus.Az-ın məlumatına görə, açılış mərasiminə dəvət olunmuş Azərbaycan Respublikası Milli Məclisinin deputatları, elm və mədəniyyət xadimləri, Azərbaycanda akkreditə olunmuş səfirliklərin işçiləri və KİV nümayəndələri Muzeyin Şərq zalında toplanmışdılar. Məhz, 100 il bundan əvvəl görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev həmin bu Şərq zalında başda Nuru Paşa olmaqla Qafqaz İslam Ordusunun komandanlığı şərəfinə ziyafət vermişdir. Və bu gün burada, sərginin açılışında Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin Dövlət Himnləri səsləndirildi.

 

     Mərasimin açılışında Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Erkan Özoral, akademik Nərgiz Axundova, tarix elmləri doktoru Dilarə Seyidzadə öz çıxışlarında  Türkiyənin Bakının azad olunmasındakı böyük rolundan danışaraq, bu iki qardaş ölkənin hər zaman bərabər və həmrəy olduqlarını qeyd etdilər.

 

     Çıxışlardan sonra sərgiyə baxış keçirildi.

    Sərgidə,Muzeyin fondlarında qorunan 120-dən artıq unikal tarixi eksponatlar təqdim olunub. Onların arasında türk və azərbaycan döyüşçülərinin silah və ləvazimatı, Bakı Soveti, Sentrokaspi Diktaturası və ingilis qoşunlarının silahları, döyüş yerlərində tapılmış artefaktlar. Azərbaycanlı döyüşçülərin təltif olunduöu ordenləri, Qafqaz İslam Ordusuna həsr olunmuş kitab və kataloqlar nümayiş olunur.

 

     Burada, həmçinin. Rəssam və heykəltəraş Əjdər Qafarovun hazırladığı “Nuru paşa” və “Həbib bəy Səlimov” büstləri, türk azərbaycan sərkərdələrinin portretləri nümayiş olunur.

    14 məlumat panelləri üzərində tamaşaçılara hərbi-siyasi hadisələri əks etdirən mətnlər, 100-ə yaxın fotoşəkil, döyüşlərin xəritəsi və s. materiallar təqdim olunur.

 

   Sərgidə bütün tamaşaçıların diqqətini zalın döşəməsində bitən lalələr cəlb etdi. Azərbaycanın istiqlalı uğrunda türk və azərbaycan döyüşçülərinin töküldüyü qanların rəmzidir bu lalələr.

Sərginin kuratoru elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri tarix elmləri üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovdur.  Sərgi 2018-ci il dekabrın 14-dək davam edəcək.

                                                                                                              Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Hatay vilayətində türk dünyası gəncliyinə çağırış edib

Ruhən "xəstə" olan insanlara meydan oxuyan xanım

Solo konsert baş tutdu

Nazirlik məktəblərdə monitorinqlər aparmalıdır - BƏYANAT

“Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır”

İlyas İsmayılovun oğlu öldürüldü

Xərçəngin yayılmasının ağlagəlməz səbəbləri

"Ona Azərbaycanın daxili işlərinə burnunu soxmamasını məsləhət görürük"

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

"“Quba Məzarlığı”nın basdırılması cinayətdir”

Ziyalılar və ictimaiyyət nümayəndələri anım tədbiri keçirib

“Qar kölgəsi” ətrafında

Gecə 15-20, gündüz 24-29

“Əlillər evdən bayıra çıxa bilməyəcək”