37-ci Balkan Riyaziyyat Olimpiadasında uğurlu nəticə - FOTO

15:56 05-11-2020 | icon 210 | Təhsil
37-ci Balkan Riyaziyyat Olimpiadasında uğurlu nəticə - FOTO

Rumıniyada təşkil olunan 37-ci Balkan Riyaziyyat olimpiadasında iştirak edən məktəblilərimiz uğurlu nəticə göstəriblər.

 

Versus.Az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, 18 ölkədən 108 məktəblinin virtual şəkildə qatıldığı yarışda komandamızın bütün üzvləri qaliblər sırasında yer alıb. 

 

Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Abbas Məmmədov gümüş medal, həmin liseyin 10-cu sinif şagirdi Toğrul Abbasov və 9-cu sinif şagirdi Fidan Qarayeva, eləcə də Bakı şəhəri 2 nömrəli texniki humanitar liseyin 10-cu sinif şagirdi Elçin Musazadə, 220 nömrəli məktəb-liseyin 11-ci sinif şagirdi Yusif Qasımov və Şuşa rayonu Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Vüqar Quliyev isə bürünc medal qazanıb. 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

““5-ci kolon”un qələbəni sıfıra endirmək kimi anti-təbliğatı ziyanımıza işləyə bilər” - MÜSAHİBƏ

"Ermənilərin apardıqları kilsə zəngi tarixi mahiyyət daşımır"

19 yaşlı qəhrəmanımız haqqında əfsanələr dolaşır

Ermənilər Laçını kütləvi şəkildə tərk edir - FOTO

Xan qızı Natəvanın evi düşmən işğalından əvvəl və sonra - FOTO

Şuşaya gedən yeni yol nə zaman istifadəyə veriləcək?

Şuşa məscidində ilk azan oxuyan əsgərimiz - FOTO

Dağlıq rayonlarda qar yağdı

Messinin klubdan getməsini istəyib

Tarix müəllimi şəhid olub

Futbol millimizin kod adı: “Sülhsevər”

Yığmamızın Millətlər Liqasındakı yeri dəqiqləşib

Türkiyə Macarıstanla bacarmadı

Cüdoçularımızın rəqibləri müəyyənləşdi

Pişiyi iki metrlik pitondan xilas etdilər - VİDEO