"Şuşa üç tərəfdən mühasirəyə alınıb, güclü hücum hazırlığı görülür” - FOTO

16:03 05-11-2020 | icon 602 | KİV
"Şuşa üç tərəfdən mühasirəyə alınıb, güclü hücum hazırlığı görülür” - FOTO

avia.pro: "Buraya daxil olandan sonra isə Xankəndinə yol tam açılır"

 

Ermənistan tərəfinin guya Azərbaycan hərbçilərini Şuşa şəhərindən bir neçə kilometr kənara uzaqlaşdırdığı barədə iddialar irəli sürməyinə baxmayaraq, məlum olub ki, əslində Azərbaycan ordusu şəhəri bir gecədə üç istiqamətdən - cənubdan, qərbdən və şərqdən mühasirəyə ala bilib və indi şəhərə güclü hücum üçün son hazırlıq aparılır.

 

 

Bu barədə Rusiyanın avia.pro saytında dərc edilən məqalədə məlumat verilib.

 

Məqalədə təqdim olunan xəritədə qüvvələrin yerləşməsindən də aydın görünür ki, Şuşada erməni tərəfinin vəziyyəti çox əlverişsizdir:

 

“Güclü artilleriya zərbələrindən sonra Azərbaycan qüvvələri hücuma keçə və şəhərə daxil ola bilərlər. Buraya daxil olandan sonra isə Xankəndinə yol tam açılır”.

 

Rusiya saytı yazır ki, ötən həftə ərzində Azərbaycan ordusu aktiv hücumlarını dayandırmasına baxmayaraq, son 24 saat ərzində Qarabağda, eləcə də Ermənistanla sərhəddə beşdən artıq yaşayış məntəqəsini ələ keçirə bilib.

 

Məqalənin sonunda bildirilir ki, bu gün Qarabağın 40 faizi uğrunda döyüşlər gedir, bölgənin 20 faizi isə separatçı rejimin silahlılarından tam təmizlənib və artıq Azərbaycan ordusunun nəzarətindədir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

Akademik Nailə Vəlixanlıdan beynəlxalq təşkilatlara MÜRACİƏT

Türkiyədə zəlzələ - VİDEO

Kəlbəcər şəhərində Azərbaycan bayrağı QALDIRILDI

19 yaşında xalqın, dövlətin təqdirini QAZANMAQ

O dünyadakı məqamın yüksək olsun, CAVAD

Şuşada tapılan 32 illik HƏDİYYƏ

Adı – Xəyal, igidliyi – gerçək

Adını doğruldan...

Bakı Ali Neft Məktəbi - Doqquz il

Bu gün laçınlılar özlərinə qayıtdılar, özlərini tapdılar

Sakit, Şanslı, Diqqətli, Dost...

Məktəb direktoru vəfat edib

Akif İslamzadə və Brilliant Dadaşova 35 il sonra - VİDEO

BAYRAĞI UCA