Ermənilər Goranboya “Smerç” raketi atıb - FOTO

16:46 05-11-2020 | icon 155 | Müharibə
Ermənilər Goranboya “Smerç” raketi atıb - FOTO

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq iriçaplı silahlardan və artilleriya qurğularından ordumuzun mövqelərini və yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir.

 

Versus.Az xəbər verir ki, düşmən dinc əhalini və mülki infrastrukturu hədəfə alaraq Azərbaycanın şəhərlərinə, rayonlarına, kəndlərinə mərmilər və qadağan olunmuş bombalar atır. Ermənilərin Goranboy rayonunun Meşəli kəndinə atdığı “Smerç” raketi yaşayış məntəqəsinə yaxın əraziyə düşüb. Atılan raketlərdən ayrılan iki bombacıq partlamayıb.

 

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşı Bəhruz Namazov APA-ya bildirib ki, ANAMA-nın təcili və təxirəsalınmaz əməliyyat axtarış qrupu əraziyə cəlb olunub və müvafiq tədbirlər görülüb. Hazırda həmin bombacıqların zərərsizləşdirilməsi istiqamətində işlər davam etdirilir. /APA/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

Akademik Nailə Vəlixanlıdan beynəlxalq təşkilatlara MÜRACİƏT

Şuşa döyüşlərində dastana dönən qardaşlar

Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi Qarabağa gələcək

Maradona dəfn olundu - FOTO

Trampdan Ağ Evi tərk etmə ŞƏRTİ

Helikopter işıq dirəyinə çırpıldı - VİDEO

Türkiyədə zəlzələ - VİDEO

Kəlbəcər şəhərində Azərbaycan bayrağı QALDIRILDI

19 yaşında xalqın, dövlətin təqdirini QAZANMAQ

O dünyadakı məqamın yüksək olsun, CAVAD

Şuşada tapılan 32 illik HƏDİYYƏ

Adı – Xəyal, igidliyi – gerçək

Adını doğruldan...

Bakı Ali Neft Məktəbi - Doqquz il