“Xocalıya 382 km qaldı, Ağdamda yağış yağacaq”

17:07 05-11-2020 | icon 185 | Cəmiyyət
“Xocalıya 382 km qaldı, Ağdamda yağış yağacaq”

Uzun illər düşmən tapdağında qalan torpaqlarımızın azad olunması istiqamətində ordumuzun başladığı əks-hücum əməliyyatları, bir sıra ərazilərimizin azad olunması xalqımızda böyük ruh yüksəkliyi yaradıb. 

 

Artıq hər kəs vətən torpağının tamamilə yağı düşməndən təmizlənəcəyi günü səbirsizliklə gözləyir. Müxtəlif qurumlar, tanınmış şəxslər xalqımızı uzaqda olmayan zəfər gününə hazırlayır, desək, yanılmarıq. 

 

Belə addımlardan biri də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən atılıb. 

 

ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib ki, nazirliyin inzibati binasının qarşısındakı monitorda “Qarabağ Azərbaycandır” şüarı ilə Qarabağın hava durumunu və paytaxtdan bölgənin rayonlarına qədər olan məsafəni əks etdirən məlumatlar nümayiş etdirilir:

 

“Monitorda hava durumu ilə bağlı məlumatlar həmin ərazinin simvolu sayılan və o bölgəyə məxsus tarixi və təbiət abidələrini əks etdirən fotoşəkillər də yer alıb. Məqsəd Dağlıq Qarabağ bölgəsinin hava durumu ilə yanaşı, bu əraziləri təbliğ etmək və onun təbii, tarixi potensialı ilə bağlı əhalini bir daha məlumatlandırmaqdır”.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyədə Bozok Universitetinin dekanı, “Haber Türk” saytının yazarı, professor Kürşad Zorlu da “Twitter” səhifəsində Bakıda olduğu zaman yolda bəzi monitorların diqqətini çəkdiyini bildirib:

 

“İşğal altında olan və işğaldan azad edilən torpaqlara neçə kilometr qaldığını yazan tablolar vardı. Bu, çox mənalı idi”.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hava kəskin dəyişəcək, qar gözlənilir - XƏBƏRDARLIQ

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib - FOTO

ADLAR DƏYİŞDİ - Quşçubaba kəndi Baharlı, Tsakuri kəndi isə Hünərli oldu

Rusiyanın nümayəndə heyəti Bakı və İrəvana səfər edəcək

Türkiyənin Nişantaşı Universiteti 20 şəhid ailəsi üzvünə təqaüd ayırdı

I Qarabağ müharibəsinə yaşı çatmayan RÖVŞƏN II Qarabağ müharibəsinin ŞƏHİDi OLDU

Ağdam mənim ana yurdumdur

Türkiyə hərbçiləri yaxın zamanlarda Azərbaycana yollanır”

40-dan çox erməninin içində üç saat mühasirədə qalan qazimiz - FOTO

“Vətən darda olanda ailə-uşaq, sevgili, nişanlı, ana-ata yada düşmür”

Yeni zəfər tarixini yazan əsgərlərdən biri - İLQAR BÜRCƏLİYEV

“Azərbaycan ordusunun “dəmir yumruğu” düşməni məğlub etdi” - MÜSAHİBƏ

Prezident və Birinci vitse-prezident Ağdama səfər ediblər - VİDEO

Koronavirusun gözlənilməz NƏTİCƏSİ

Nazirlikdən ağac əkmək istəyən vətəndaşlara MÜRACİƏT