"Amerika bütün ölkələrdən demokratik seçki tələb edir, amma özü..."

10:21 06-11-2020 | icon 246 | Geopolitika
"Amerika bütün ölkələrdən demokratik seçki tələb edir, amma özü..."

Fuad Əliyev: "Azərbaycan Amerika ilə münasibətləri normal səviyyədə saxlamalı və 907-ci düzəlişin ləğv olunmasına çalışmalıdır"

 

"Hesab edirəm ki, Trampa garşı ədalətsizlik olub. Poçtla göndərilən səslər səsvermə gurtarandan sonra hesablanıb. Bu da qanuna ziddir".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

 

Hətta demokratiyanın beşiyində də qanun pozuntularının olduğunu vurğulayan partiya sədri qeyd edib ki, Amerikada keçmişdə belə qanun pozuntuları ilə seçilən prezident olub:

 

"Amerika bütün ölkələrdən demokratik seçkilər tələb edir, amma özü demokratik seçkilərin tələbinə uyğun seçkilər keçirmir. Hər dəfə seçkilərdə iki partiya iştrak edir. Bu bəyəm demokratiyanın göstəricisidir? Başqa ölkələrdə iki namizədlə keçirilən seçkiləri onlar alternativsiz adlandırırlar. Xatırlayırsızsa, 2008-ci ildə Azərbaycanda iştrak etdiyim prezident seçkilərində 7 namizəd olub. Bu seçkiləri alternativsiz adlandırmışdılar. Halbuki özlərində ancaq respublikaçı və demokrat partiyaları iştrak edir. Eynilə Konqressə seçkilərdə də. Böyük Britaniyada da eyni vəziyyət idi. Konservativ və Leyborist partiyalar bir-birilə rəqabət aparırdılar. Amma 20-25 il bundan qabaq üçüncü partiya, Liberal Demokrat partiyası siyasi səhnəyə daxil oldu. Və həmin dövrdən bu üç partiya Nazirlər Jabinetini formalaşdırırlar. İndi ABŞ-da keçirilən seçkilərə qayıdarkən, düzdür, ilkin nəticələrə görə Co Bayden irəlidədir, amma yekun nəticələri gözləmək lazımdır. Nəticələr dəyişə bilər".

 

Fuad Əliyevin fikrincə, Trampın səs toplaya bilməməsində böyük zərbə koronovirusdan gəlib. Belə ki keçən dörd il ərzində ABŞ iqtisadiyyatı artmışdı, işzizlik azalmışdı. Pandemiyaya görə isə 2020-ci ilin əvvəlindən hər şey dəyişdi:

 

"Koronavirus iqtisadiyyatın yüksəlişini dayandırdı, işsizlərin sayı sürətlə çoxaldı. Seçkilərə bir il qalmış bir neçə ştatda qaradərilərin polis tərəfindən öldürülməsi və Trampın polisləri müdafiə etməsi də elektorat baxımdan ona zərbə oldu".

 

Co Baydenin seçiləcəyi təqdirdə, ermənipərəst çıxışları baxımından Azərbaycana qarşı siyasətini sərtləşdirəcəyi məsələsinə gəlincə, ALDP sədri bildirdi ki, Bayden seçilsə, Azərbaycana qarşı ciddi dəyişiklik olmayacaq:

 

"Bayden heç erməniləri də dəstəkləməyəcək. Belə deyim, 100 il bundan əvvəl qəbul olunan qanunları kim prezident olursa olsun, dəyişə bilməz, dövlətin siyasətinə qarşı gedə bilməz. Global siyasət var. Global siyasəti də təkcə Amerika həll etmir. Sadəcə, Azərbaycan Amerika ilə münasibətləri normal səviyyədə saxlamalı və 907-ci düzəlişin ləğv olunmasına çalışmalıdır".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

Akademik Nailə Vəlixanlıdan beynəlxalq təşkilatlara MÜRACİƏT

Şuşa döyüşlərində dastana dönən qardaşlar

Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi Qarabağa gələcək

Maradona dəfn olundu - FOTO

Trampdan Ağ Evi tərk etmə ŞƏRTİ

Helikopter işıq dirəyinə çırpıldı - VİDEO

Türkiyədə zəlzələ - VİDEO

Kəlbəcər şəhərində Azərbaycan bayrağı QALDIRILDI

19 yaşında xalqın, dövlətin təqdirini QAZANMAQ

O dünyadakı məqamın yüksək olsun, CAVAD

Şuşada tapılan 32 illik HƏDİYYƏ

Adı – Xəyal, igidliyi – gerçək

Adını doğruldan...

Bakı Ali Neft Məktəbi - Doqquz il