Ali təhsil diplomlarının tanınması proseduru təkmilləşdirilib

11:43 06-11-2020 | icon 540 | Təhsil
Ali təhsil diplomlarının tanınması proseduru təkmilləşdirilib

“Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara yeni anlayış daxil edilib. 

 

Versus.Az xəbər verir ki, Milli Məclisin plenar iclasında üçüncü oxunuşda qanun layihələrinə yeni - kvalifikasiya anlayışının daxil edilməsi ilə bağlı təklif müzakirə edilib. 

 

“Təhsil haqqında” Qanunun müvafiq maddələrində “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası” anlayışının daxil edilməsi, eləcə də, “xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” ifadəsinin “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” ifadəsi ilə əvəz edilməsi təklif olunur. Bununla da  ali təhsil diplomlarının tanınması proseduru təkmilləşdiriləcək, tanınan sənədlərin əhatə dairəsi genişləndiriləcək, ali təhsilə aid olan və ya ali təhsilə qəbul olunmaq imkanı verən subbakalavr diplomlarının da tanınma imkanı və proseduru yaradılacaq.  

 

Müzakirəyə çıxarılan “Peşə təhsili haqqında” qanun layihəsi “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğun olaraq hazırlanıb və terminologiyanın eyniləşdirilməsi məqsədi daşıyır. 

 

“Peşə təhsili haqqında” qanunda kvalifikasiya anlayışı belə verilir: “kvalifikasiya – şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunun dövlət təhsil sənədi ilə təsdiq edilməsidir.”

 

Qanun layihələri səsverməyə çıxarılaraq qəbul edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

““5-ci kolon”un qələbəni sıfıra endirmək kimi anti-təbliğatı ziyanımıza işləyə bilər” - MÜSAHİBƏ

Xan qızı Natəvanın evi düşmən işğalından əvvəl və sonra - FOTO

Şuşa məscidində ilk azan oxuyan əsgərimiz - FOTO

Futbol millimizin kod adı: “Sülhsevər”

Yığmamızın Millətlər Liqasındakı yeri dəqiqləşib

Türkiyə Macarıstanla bacarmadı

Cüdoçularımızın rəqibləri müəyyənləşdi

Pişiyi iki metrlik pitondan xilas etdilər - VİDEO

İki türk əsgəri şəhid olub, biri isə yaralanıb

Günahsız əfqanları öldürən avstraliyalı hərbçilər mühakimə ediləcək

Qənirə Paşayeva daha bir şəhidimizdən YAZDI

Qəhrəmanın ömür yolu: Qubadlıdan Qubadlıya…

Qarakənd faciəsindən 29 il ötür

Hava kəskin dəyişəcək, qar gözlənilir - XƏBƏRDARLIQ

“O dəhşətli partlayışın səsi bir anlıq bizi yerimizdə dondurdu” - MÜSAHİBƏ