“Rusiya hərbi təyyarələri Ermənistana naməlum yük daşıyır” - FOTO

14:53 07-11-2020 | icon 97 | Müharibə
“Rusiya hərbi təyyarələri Ermənistana naməlum yük daşıyır” - FOTO

Rusiya hərbi yük təyyarələri Ermənistana gəlməyə başlayıb.

 

Bu barədə “Avia Pro” xəbər verir.

 

Bildirilir ki, bir sıra mənbələrə görə, Rusiyanın hərbi yük təyyarəsi “İl-76” Mozdokdan Erebuni hərbi hava bazasına enib. Yükün nədən ibarət olduğu naməlum olaraq qalır, ancaq hava gəmisinin ictimaiyyətə açıq izləmə mənbələri tərəfindən izlənmədiyi bildirilir.

 

Uçuş transponderlər söndürülmüş vəziyyətdə həyata keçirilsə də, “Zapiski Oxotnika” “Telegram” kanalı tərəfindən ekipaj üzvlərinin danışıqlarının yayılması mümkün olub.

Söhbət Mozdokdan havaya qalxaraq Xəzər dənizinə doğru irəliləyən və daha sonra İran ərazisindən keçərək Ermənistanın hava məkanına daxil olan 78847 nömrəli “İl-76” təyyarəsindən gedir.

“Təsdiqlənməmiş məlumata görə, “İL-76” 78847 Rusiya Aerokosmik Qüvvələri Mozdokdan Erebuni hava bazasına daxil olub”, - deyə “Telegram” kanalında bildirilir.

 

Daha əvvəl 78847 nömrəli “İl-76”nın Suriyaya bir neçə uçuş həyata keçirdiyi məlumdur, lakin onun son uçuşları barədə məlumat əldə etmək hələ mümkün olmayıb.

 

Erebuni hərbi aviabazasına gələn təyyarənin göyərtəsində hansı yükün ola biləcəyi məlum deyil.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

““5-ci kolon”un qələbəni sıfıra endirmək kimi anti-təbliğatı ziyanımıza işləyə bilər” - MÜSAHİBƏ

"Ermənilərin apardıqları kilsə zəngi tarixi mahiyyət daşımır"

19 yaşlı qəhrəmanımız haqqında əfsanələr dolaşır

Ermənilər Laçını kütləvi şəkildə tərk edir - FOTO

Xan qızı Natəvanın evi düşmən işğalından əvvəl və sonra - FOTO

Şuşaya gedən yeni yol nə zaman istifadəyə veriləcək?

Şuşa məscidində ilk azan oxuyan əsgərimiz - FOTO

Dağlıq rayonlarda qar yağdı

Messinin klubdan getməsini istəyib

Tarix müəllimi şəhid olub

Futbol millimizin kod adı: “Sülhsevər”

Yığmamızın Millətlər Liqasındakı yeri dəqiqləşib

Türkiyə Macarıstanla bacarmadı

Cüdoçularımızın rəqibləri müəyyənləşdi

Pişiyi iki metrlik pitondan xilas etdilər - VİDEO